“İmadəddin Nəsimi - 40 qəzəl”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Kitab Evi" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı "İmadəddin Nəsiminin farsca şeirlərinin Azərbaycan dilinə tərcüməsi və nəşri"layihəsi çərçivəsində "İmadəddin Nəsimi - 40 qəzəl" adlı kitabın və qəzəllərin səsləndirildiyi audiodiskin təqdimatını keçirib.
Layihənin rəhbəri "Kitab Evi" İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərova tədbir iştirakçılarını salamlayıb, bu məsuliyyətli layihənin uğurlu nəticəsinə sevindiyini bildirib və kitab haqqında yığcam məlumat verib.
O, bildirib ki, Nəsimi poeziyanı ərəb və fars dilləri səviyyəsinə qaldıran, doğma türkcəmizdə yazan bir mütəfəkkirdir. Buna görə də bütün elm və tədris müəsissələrində Nəsimini təbliğ etmək olduqca təqdirəlayiqdir. "İctimaiyyət bu günə qədər dahi şairin əsasən Azərbaycan türkcəsində yazdıqlarını tanıyır. Onun fars dilində yazdıqları işıqlandırılmayıb. Ancaq bu nəşrdə Nəsimi kimi mütəfəkkirin farsca yazdığı 40 qəzəlini orijinal dildən tərcümə etmişik", - deyə A.Nəzərova söyləyib.
Kitabın redaktoru və ön sözün müəllifi tarixçi alim, şair Şahin Fazil tərcümə olunan qəzəlləri yüksək qiymətləndirib, qəzəllərin orijinal mətninin, sətri tərcüməsinin və bədii tərcüməsinin bir yerdə verilməsinin məqsədəuyğun olduğunu bildirib. Sonra qəzəlləri farscadan tərcümə edən Dalğa Xatınoğlu çıxış edərək Nəsiminin hürufizmi inkişaf etdirməklə insan ruhunun kamilləşməsinə aparan yolu izah etdiyini bildirib.
Nəsiminin qəzəlləri Fizuliyə nisbətən asandır vurğulayan Ş.Fazil, onun öz yolu olduğunu söyləyib. Diqqətə çatdırıb ki, bu günə qədər Nəsimi "Allahsız bir şair" kimi təbliğ olunurdu. Bu, sovet dönəminin bir tələbi olsa da Nəsimi Allahı heç zaman inkar etməyib, əksinə şeirlərində qurandakı sürələri əks etdirib.
Yazıçı Səfər Alışarlı bu kitabın unikal bir layihə olduğunu deyib. Kitabın mətnşünaslar üçün əyani bir vəsait olduğunu söyələyən S.Alişarlı onların sonrakı araşdırmalarına kömək edəcək bir kitab olduğunu vurğulayıb. "Bu kitabla araşdırmaçılar Nəsiminin sirrlərinə daha yaxından bələd olacaqlar", -deyə S.Alişarlı əlavə edib.
Bildirilib ki, Azərbaycan cəmiyyəti Nəsimini uzun zamanlar Nizami Gəncəvinin, Rəsul Rzanın, Süleyman Rüstəmin yazılarında görüb. Ancaq onun örijinal mətndən çevirmələrini oxumaq olduqca sevindiricidir. Qeyd olunub ki, Nəsiminin son yüz ildə kütləvi təbliğatı Nəsiminin 600 illik yubileyində baş verib. Onun haqqında filmlər çəkilib, kitablar yazılıb. Bu müddət ərzində xalqımız Nəsimini unutmuş olsa da yenidən onu oxumağa başlayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
-
Maşını gecə park edərkən bu səhvi etməyin
-
Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
XƏBƏR LENTİ
-
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
-
Maşını gecə park edərkən bu səhvi etməyin
-
Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Tanınmış iş adamı vəfat etdi
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq





