Cəmiyyət

Azərbaycanda yanacağın yoxlanılması üçün laboratoriya yaradılır

15 Aprel 2010 09:33
Baxış: 536
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı "AzərTAc" dövlət agentliyinə istinadən xəbər verir ki, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov Nazirlər Kabinetində keçirilən müşavirədə deyib. Onun sözlərinə görə, dövriyyəyə buraxılan yanacaq məhsullarının Avropa standartları (Avro-2) əsasında bir sıra milli standartlar hazırlanıb və onlar iyulun 1-dən tətbiq olunacaq.

Ramiz Həsənovun sözlərinə görə, daxili bazarı keyfiyyətsiz məhsullardan qorumaq məqsədi ilə mütəmadi olaraq monitorinqlər aparılır. Nəzarət tədbirləri mülkiyyət formasından asılı olmayaraq bütün məhsul istehsalçıları və idxalçılarını əhatə edir: "Monitorinqlər nəticəsində hələ də bir sıra istehsalçılar və sahibkarlar tərəfindən keyfiyyətsiz ərzaq məhsullarının istehsalı və respublikaya idxal olunması aşkar olunur. Bununla bağlı tərəfimizdən qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər həyata keçirilir. Belə ki, insan həyatı və sağlamlığına təhlükə yaradan, normativ sənədlərə uyğun olmayan qida məhsulları istehsalçılarına və idxalçılarına qarşı ümumi dəyəri 97475 manat məbləğində cərimə sanksiyaları tətbiq olunub. Ölkədə istehsal olunan və idxal yolu ilə gətirilən 40 ton qənnadı məmulatları, 888 ton düyü, 10 ton süd məhsulları, 56 min litr alkoqolsuz içkilər və meyvə şirələri insan sağlamlığı üçün təhlükəli olduğuna görə dövriyyədən çıxarılaraq məhv edilib". Komitə rəhbəri bildirib ki, məhsullar komitənin nəzdində fəaliyyət göstərən, müasir avadanlıqla təchiz olunan və müvafiq təlimlər keçmiş ekspertlərə malik olan ərzaq laboratoriyasında sınaqlardan keçirilir.
 
Eyni zamanda, respublika ərazisində yerləşən 45 yanacaqdoldurma məntəqəsində məhsulların keyfiyyətinə dövlət nəzarəti həyata keçirilib. Aparılmış araşdırmalar nəticəsində 26 yanacaqdoldurma məntəqəsində nöqsanlar aşkar edilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.