Cəmiyyət

Günün qoroskopu: Qeyri-formal ünsiyyət üçün münasib gündür

1 Dekabr 2019 00:01
24 Şərh     Baxış: 4 327

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Vacib görüşləri və danışıqları, yaxşı olar ki, səhər çağına planlaşdırasınız - məhz bu dövr diqqətəlayiq məsələlərin müzakirəsi üçün daha uğurludur. Eyni zamanda, maliyyə və əmlak məsələlərini həll edə, büdcəni planlaşdıra, lazım gələrsə, kredit götürə bilərsiniz. Günün ortası isə müstəqil intellektual fəaliyyət üçün münasibdir. Cari işləri və uzun-uzadı layihələri bir kənara qoyub, doğrudan da, vacib olan problemləri həll etməyə çalışın. 

Axşam isə gözlənildiyindən daha çətindir. Emosional fon sabit deyil, adətən, sakit və təmkinli olan insanlar bu gün hisslərini gizlədə bilmirlər. Kaprizlərə, ötəri həvəslərə isə çox əhəmiyyət verilir. 

Buğa - Qeyri-formal ünsiyyət üçün münasib gündür. Bütün vacib məsələlərə insanların özlərini rahat hiss elədikləri yerlərdə - gəzinti zamanı, kafedə, hətta evdə, televizor seyr edərkən - aydınlıq gətirilir. Sizin maraqlarınızı bölüşən insanları, həmkarlarınızı evinizə dəvət edə bilərsiniz. Havadan-sudan bəhs edən mövzularla başlanan söhbət tədricən müştərək layihələrin qızğın müzakirəsinə çevrilə bilər.
Hüquqi məsələlər bu gün daha ləng həll olunur. Sənədləşdirmədə, lazımi imzaların alınmasına çətinliklər yarana bilər. Sevgililər bu gün xoş anlar yaşayacaqlar, ailəlilər isə fikir ayrılıqlarını yenib, mübahisələrə son qoya biləcəklər.

Əkizlər - bu gün baş verən hadisələr özlüyündə xırda və əhəmiyyətsiz olsa da, nədənsə onları ürəyinizə salırsınız. Bu səbəbdən həyəcanlarınız və narahatlığınız get-gedə artacaq. Mənəvi tarazlığı alkoqollu içki sayəsində düzəltməyə cəhd göstərməyin, bu, vəziyyəti düzəltməyəcək.
Sizin dərmanınız, bilirsiniz, nədir? - Ünsiyyət! Dostlarınıza zəng çatmır? Sadəcə, ağıllı və maraqlı hesab  etdiyiniz birinə ürəyinizi boşaldın. Günün ikinci yarısı çox qiymətli məlumat alacaq və onu öz mənafeyiniz üçün istifadə edəcəksiniz.

Xərçəng - bu gün sizin üzüyolalığınız və güzəştə getməyiniz hamını dəfələrlə təəccübləndirəcək. Bu xüsusiyyətlər sizə uğur qazanmaqda kömək edəcək. Nüfuzlu şəxslərin rəğbətini qazana, rəhbərliyin sizə dəstək olacağına zəmanət ala bilərsiniz. Biznesmen Xərçənglər bu gün sərfəli sövdələşmələr edəcəklər. Uzun müddət düşmənçilik etdiyiniz şəxslərlə barışa bilərsiniz. Hətta ən qatı bədxahınız belə bu gün sizinlə mehriban davranacaq.
Faydasız danışıqlar zəhlənizi tökəcək. Ən pisi isə ətrafınızdakıların belə söhbətlərin sadəcə vaxt itkisi ollmasını anlamamaq istəyidir. Bu səbəbdən münaqişqələr yarana bilər.

Şir - günün başlanğıcı o qədər də xoş olmayacaq. Çətinliklər və münaqişələr gözlənilir. Qarmaqarışıqlıq səbəbindən şərait barədə dolğun təsəvvür əldə etmək, düzgün qərarlar vermək çətindir. Gün ərzində, çalışın, sənədlərlə iş aparmayasınız, hesabat hazırlamaq və sənədlərə imza atmaqdan da çəkinin. Zərgər dəqiqliyi tələb edən işlərə də toxunmayın. 
Maliyyə problemləri gözlənilir. Pulları düşünmədən xərcləməyiniz gələcəkdə problem yarada bilər. Əyləncələrdən və şübhəli işlərdən imtina edin. Sevgidə isə bəxtiniz gətirəcək. Xoş məqamdan istifadə edərək şəxsi həyatınıza düzən verməyə çalışın. 

Qız - Birmənalı gün deyil, özünüzü ora-bura vurursunuz. İşdə münaqişələr gözlənilir. Ağlınıza nə gəlir, ağına-bozuna baxmadan deyirsiniz. Nə nüfuzlu insanlardan çəkinir, nə də nəticələr barədə düşünürsünüz. Onlar isə özlərini çox gözlətməyəcək.
Nəinki ətrafdakılarla, heç özünüzlə də yola gedə bilmirsiniz. Bir qədər zəhmət çəkib öz fikirlərinizi, arzu və istəklərinizi, məqsədlərinizi qaydaya salın. Sevgilinizlə açıq söhbət bir çox qaranlıq məqamlara aydınlıq gətirəcək.

Tərəzi - necə davranmağınızdan bu gün çox şey asılıdır. Şöhrətpərəst və qürurlu olsanız, munaqişədən qaça bilməyəcəksiniz, vaxtında kölgəyə çəkilsəniz, güzəştə getsəniz, öz mövqeyinizi qoruyaraq rəqiblərinizi ötə bilərsiniz. Rəhbər Tərəzilər gənc işçilərə qarşı bir qədər yumşaq davransalar, yaxşı olar. Sıravi işçilərə isə təşəbbüs göstərərkən kimisə incitməmək tövsiyə olunur.
Evdə qarışıqlıqdır, yaxınlarınızla ünsiyyətiniz istədiyiniz kimi alınmır. Ekstravaqant hərəkətlərdən qaçın, onlar uğursuz olacaq. Ola bilər ki, boşuna pul xərcləyəsiniz.

Əqrəb - enerjinizin azlığından şikayət etməyəcəksiniz. Bircə dərdiniz var: bu enerjiniz dağıdıcı xarakterlidir və onu dinc məqsədlərə yönəltmək elə də asan deyil. Çox inad edir, lazım gəlməyən yerdə müqavimət göstərir, güzəştə getmir, həmkarlarınız və rəhbərliklə münasibətləri korlayırsınız.   
Günün ikinci yarısı çoxdan gözlədiyiniz bir xəbəri alacaqsınız. Çox güman ki, o, pullarla bağlı olacaq. Axşamı sakit söhbətlərə, fikir mübadiləsinə, vacib məsələlərin müzakirəsinə həsr edin. Qonşularla, ümumiyyətlə, o qədər də uzaq olmayan insanlarla münasibətləriniz yaxşılaşacaq.

Oxatan - səhəriniz heç də pis açılmır. Əvvəlcədən qurduğunuz plana riayət edərək məqsədinizə doğru gedə bilirsiniz. Bədxahlarınız sizə mane olmağa çalışacaqlar, amma heç nəyə nail ola bilməyəcəklər: sizi saxlamaq çox müşküldür. İmicinizdə dəyişiklik edə, saç düzümünüzü, makiyaj stilinizi, yaxud qarderobunuzu dəyişə bilərsiniz. 
Axşama doğru çətinliklərlə üzləşə bilərsiniz. Çətin şəraitdən çıxış yolu var və siz onu görürsünüz, amma vəziyyəti düzəltmək üçün həmin şansdan istifadə etmək istəmirsiniz. Alternativ axtarmaqla isə vaxt itirirsiniz. 

Oğlaq - Ünsiyyətlə dolu gündür, amma kimsə bu ünsiyyətin daim xoş keçəcəyinə zəmanət verə bilməz. Qadınlar kişilərin onlara qarşı diqqətinin artması səbəbindən özlərini narahat hiss edə bilərlər. Kişilər isə öz maraqlarının nümayişi üçün heç də həmişə uyğun üsullar tapa bilmirlər. Kütləvi tədbirlərdə və ziyafətlərdə çox aktiv iştirakın nəticələri də xoş olmaya bilər.
Xoş tendensiyaların təsiri isə insanları daha inadcıl, qərarlı və məqsədyönlü edir, çətinliklərə müqavimət göstərməyə imkan yaradır. Günün ikinci yarısı maraqları və dünyaya baxışları ortaq olan insanlar arasında qarşılıqlı anlaşma əldə etmək elə də çətin olmayacaq.

Dolça - neytral gündür. Onu, əsasən, xırda məsələlərin yoluna qoyulmasına sərf edəcəksiniz. Cari işlər sizin daha vacib və mürəkkəb problemlərin həllinə diqqət ayırmanıza mane olur. Ancaq dərd eləməyin - onsuz da, onların həll olunması üçün yaxşı məqam hələ gəlib çatmayıb. Tərəfdaşlarınıza etibar edə bilərsiniz, onlar sizi heç bir halda yarı yolda qoymayacaqlar. 
Şəxsi həyatınızda bəzi çətinliklər yarana bilər. Səmimi deyilsiniz, öz hisslərinizi çox dərində gizlədirsiniz. Sevdiyiniz insanlarla səmimi olun, məhz bu cür münasibətlərdə ahəngdarlığa nail ola bilərsiniz. 

Balıqlar -  inadcıllığınız və dözümlülüyünüz işinizə yarayır. Başqalarının çaşqınlıqla geri çəkildikləri məqamlarda siz irəliyə addımlamaqda davam edir, daha nə qədər güc və vaxt sərf edəcəyiniz barədə fikirləşmirsiniz. Sizin öz gücünüzə inamınız "yoluxucu"dur: tezliklə anlayacaqsınız ki, sizi uğura inanan insanlar əhatə edirlər. 
Günün ikinci yarısı həm işgüzar, həm şəxsi münasibətlərdə təşəbbüs göstərmək lazımdır. Öz ideyalarınızla bölüşün, təkliflərinizi verin, tərəddüd etməyin, sizi dəstəkləyəcəklər.

Milli.Az

loading...

Şərh yaz:

24 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 1 Dekabr 00:01400

    Teze ay sabahimiz bazarimiz uqurlu maraqli gozel olsun !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 1 Dekabr 00:023735

    Status-Kepeneye aşiq olan bir qarğanı düşünün Kepenek 3 güne ölecek qarqa ise 300 il eziyyet cekecek(((

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 1 Dekabr 00:034636

    Status-Bezi insanlarin tepesine gülle çaxsan hemen gülle düz yarim saat hemen insanin beynin axtaracak Bezi beyinsiz insanlarda var imiş)

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 1 Dekabr 00:043833

    Status-İşiq sonende qaciriq pencereye görek hammida sonub Göresen yeyib doyanda etrafimiza baxiriqqq hammi yeyibb doyub toxduu?))

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 1 Dekabr 00:053630

    Letife de yazim-Mamedin dostu rehmete gedir Mamed başsaqliqina gelir sorusur ki , hadise nece oldu Mamedin anasi deyir: Bes pillekenden yixilib basina mismar batib ölüb Mamed deyir Bexti getirib gözüne girib gözün desməyib ?))

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 1 Dekabr 00:063731

    Veeeeeeeee.........Geceniz xeyre qalsin yuxunuz bal Esra olsun Gedin yatin sabah hammi burda olsunnn seq olunnnnn:))

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 1 Dekabr 00:073531

    Majesteleriiiiii sizin geceniz xeyreee qalsinnn yuxunuzzzz Mestann Esraaa olsuuunnn daaaaaaaa))

    Cavab yaz
  • Anonim
    zyuma-a · 1 Dekabr 00:59340

    SEN boyüksen ALLAHım...merhemetlisen... bagışlayansan.. SEN özün günahkar bendelerini bağışla..! Her bir bendeni düz olan yola Hidayet et... Esger balalarımız SENE emanet...Hec bir Ananı gözü yaşlı etme..Bütün cetinlik ve sıxıntıda olanların qelbini sevinc ve ferehle doldur...xestelerimize şefa ver..qeriblikde yaşayanlarımızı qoru...Ureyimizden sevgini... dilimizden adını...dualarımızı eskik etme ALLAHım.. Qebul et dualarımı..

    Cavab yaz
  • Anonim
    zyuma-a · 1 Dekabr 01:04310

    Sabahınız xeyirli.. gününüz xoş kecsin ezizlerim...Yeni ayımız uğurlu.. düşerli olsun her birimiz ücün..!Geceniz xeyirli..şirin yuxulu.. seheriniz xeyirliye acılsın..in şe ALLAH...

    Cavab yaz
  • Anonim
    Ayka · 1 Dekabr 07:21155

    Her kesin sabahlari xeyirlere acilsin Esram thanks meni sabah guldurdun allah seni guldursun.amin xanim allah neinki esger butun balalari qorusun ovladiniz esgerdimi esger anasi olaraq fexr edin ama belke de esger atasiz her nese valideyn fex etmeli allah salamat evine dondersin

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 1 Dekabr 09:103013

      Ayka canim, Allah seni her zaman sevindirsin güldürsün.

      Cavab yaz
  • Anonim
    **** · 1 Dekabr 09:5473165

    Bezi kelmeler cixmaq şert ile cox yazi menasizdi.arada istirahet edin.

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 1 Dekabr 10:0413852

      Varliquvu yoxluquvu bilmiyen bir insana ne ise yazmaqun alcaldicidi özüvü alcaltma.. Senden neeee qedeeeerrr hündürde olduqumu hezm ele yaaaa daaaa çeynəəəə ki , uda bilesen .Yaxsi ne iseee yaza bilmirsense pis yazib qelbe deyme Allah baqislayar amma men hecc vaxt ..Hemen günü de Allah insanlardan soryusacaq sənn baqislayirsan ? Təbiii kiii, YOX ! deyəcəm.O ki ,qaldi istirahete men burda yaza yaza istirahet edirem sen iseee sancirsann yeqin yemeyun icmeyun xosbextliyun aile heyatun yoxdu ki, yanirsann Qelbe deymeee senin deee olacaq..

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 1 Dekabr 10:4610213

    Qorxudan 1-ci serhe Dislike ede bilmedin o birisiileri hedefe aldin. Etttt Vecimə deyilsen İnan Allaha yox kimi bir şeysən zadsan nesen . Mene neqativi yaz sonra özüve Like at mene dislike bacarduqun iş ele budu basqa hec nəyə gerek deyilsen .Daima Allahin hedefinde olasan Amin !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 1 Dekabr 10:576713

    Canlarim, men cixdim Görüşerik Allah qoysa. Ümumen bazar günü buralara girmek düzgün deyil parkaaa gezmeye gediremmmm Meneee gözel istirahetler Seq olunnn selametlerleee qalinnnnn

    Cavab yaz
    • Anonim
      Esraya · 1 Dekabr 13:201252

      Get dəəəəəəəəəəəə

      Cavab yaz
      • Anonim
        **** · 1 Dekabr 13:42832

        ))))))

        Cavab yaz
      • Anonim
        Mahir · 1 Dekabr 14:45303

        Surus burdan.

        Cavab yaz
      • Anonim
        Mahir · 1 Dekabr 15:05243

        Get tayini tap adsiz mexluq.

        Cavab yaz
  • Anonim
    7 64 · 1 Dekabr 12:43230

    Bu ilin son ayinda uzumuzden gulus eskiy olmasin.Allah baqli qapilari acsin. Subay qizlar oqlanlar nisanlansin.

    Cavab yaz
  • Anonim
    Səy şərhlərə · 1 Dekabr 13:2421207

    saxta like verən saxta insanlar ))))) Admiraldooooooooo

    Cavab yaz
    • Anonim
      **** · 1 Dekabr 13:439121

      Saxta like eliyenler ele hemen şerhcinin ozudu 100 adnan yazir))

      Cavab yaz
      • Anonim
        Mahir · 1 Dekabr 14:45894

        Sen xestesen? Sene yaxsi psixoloq lazimdir.

        Cavab yaz
        • Anonim
          Mahir · 1 Dekabr 16:15162

          Esra xanima ne vermisen ala bilmirsen?

          Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.