Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qadınlar Bakıda avtobusları ələ keçirib!
26 Aprel 2010 09:46
Baxış: 321
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"İnşaatçılar" metrosunun yanından "Füzuli meydanı"na getmək üçün 96 N-li marşuruta mindim. Adəti üzrə oturacaqlara tərəf gözümün ucu ilə də baxmadım. Onsuz da bu nəhəng avtobusda nəinki oturmağa, heç ayaq üstə durmağa yer yox idi. Hətta boş oturacaq olsa belə, oturmağın tam mənasız olduğunu anlayırdım. Çünki üstündən iki dəqiqə keçməmiş qabaq qapıdan əndamlı bir xanım minəcək, avtobusun içi ilə basa-basa gəlib düz başının üstündə dayanacaq və tez-tez üzünə bacaxaq. Gəl qalxıb yerini ona vermə, görüm necə vermirsən? İstəyir lap canında ölüm halsızlığı olsun, yaxud işdən uzunqulaq kimi yorulmuş halda çıxasan, yenə də qalxmalısan ki, qalxmalısan.
Bu gün cəmiyyətimizdə ittiham olunan tərəf gənclərdir. Əlinə mikrofon keçən, qabağında tribuna görən, barmaqları qələm tutan hər kəs gənc nəsli "tərbiyəsizlikdə, ictimai nəqliyyatda böyüyə və qadına yer verməməkdə, uşaqların yerində oturmaqda" günahlandırır. Razıyam. Belə hallar çox olur və həqiqətən də bu tip əxlaqsız düşüncə sahibləri ata-anasına belə qalxıb yer vermirlər. Amma bütün rənglərə eyni eynəkdən baxarsan, hamısı eyni görünəcək. Gəlin bir az eynəyimizi çıxarıb baxaq. Qayıdıram marşurutuma...
Avtobusda bütün yerlər tutulmuşdu. Arxadan ikinci sıradakı oturacağın yanında ayaq üstə dayandım. Qarşımdakı yerlərdən birində yaşlı bir qadın, yanında isə 9-10 yaşlarında oğlan uşağı oturmuşdu. Növbəti dayanacaqda avtobusa yanında 10-11 yaşlarında oğlan uşağı olan orta yaşlı bir qadın mindi. Qabaq sıraları yarıb keçən ana-bala düz bizim bərabərimizə çatıb dayandı. Əliçantalı qadını görən kimi oturan uşaq cəld qalxıb yerini ona təklif etdi. Nədənsə qadının üzündə ani təkəbbür sezildi, dodaqları büzüldü. Sonra qəfildən əlindən tutduğu qırmızısifət oğlanı həmin yerdə oturdaraq başının üstündə dayandı.
Dişim bağırsağımı kəsirdi. Oğlundan 1-2 yaş kiçik bir uşaq qalxıb buna yer verir, amma o, həmin yerdə qırmızıyanaq oğlunu oturdur. Heç kim də bu haqsızlığa səs çıxarmaq fikrində deyildi. Dözə bilmirdim. Ağzımı açıb qadının haqsızlığını üzünə demək istəsəm də, abrımdan utanıb susurdum. Nəsə desəm, qayıdıb "Sənə nə dəxli var?" deyər və məni təhqir edə bilərdi. Odur ki, birtəhər canımı dişimə tutub susurdum.
Lakin bu vaxt gözlənilməz hadisə baş verdi. Yerini qadına verən uşaq həmin oturacaqda qadının deyil, oğlunun oturduğunu görüb qolumun altından qabağa soxuldu. Dərhal da qırmızıyanaq uşağın qolundan yapışıb böyüklərə dərs verəcək nitq söylədi: "Qaqaş, mən yerimdən ona görə qalxdım ki, sənin anan otursun, sən oturasan deyə qalxmadım. Oturmaq oturmaqdırsa, özüm oturaram. Məndən artıqsan? Dur mənim yerimdən!".
Qırmızıyanaq bala çaşqın nəzərlərlə gah qolundan yapışıb amiranə gözlərini ona zilləyən uşağa, gah da anasının susqun sifətinə baxırdı. Çarəsiz halda oturacaqdan qalxıb yeri sahibinə qaytardı. Hamını təəccüb bürümüşdü, xüsusilə də gül balasını oturacağa əyləşdirən qadını. Onun ağlına gəlməzdi ki, haqqını yediyi körpə bir uşaq öz haqqını tələb edəcək. Həm də bu cür kəskin formada. Əslində həmin qadının planı başqa idi. Onun hesabınca, uşağın yerində özü otursaydı, heç kim qalxıb onun gül balasına yer verməyəcəkdi. Uşağı oturdub özü ayaq üstə qalardısa, kimsə məcburən qalxıb ona yer verəcəkdi. Amma neyləmək olar ki, bəzən fələk sən saydığın kimi saymır.
Bu cür hadisələri müşahidə etdikdən sonra hansı haqla birtərəfli ittihamlara haqq qazandırmaq olar? Bir də görürsən ki, avtobusdakı oturacaqların 40 faizi boşdur və bir əzmə-büzmə xanım özünə yer axtarır. Boş oturacaqların arasından nazlana-nazlana keçir və gəlib dayanır başının üstündə. Sanki digər boş yerlərdə ondan qabaq hansısa pamperssiz uşaq əyləşibmiş. Gözlərin önündə yaşanan bu proses insanın nəfsinə toxunur. Amma vay o günə ki, bircə dəqiqə ləngiyib yerindən gec qalxasan. Qulağın eşidə-eşidə bütün zəmanə gəncləri, onların valideynləri, müəllimləri və "gözəl ifadələrlə" xatırlanır. Qarşındakı qadın olduğu üçün çarəsiz halda bütün ifadələri sinirirsən və üzünün qızartısını kimsə görməsin deyə avtobusu yarı yolda saxladıb düşürsən.
Yaxud son zamanlar başqa bir prosesi tez-tez müşahidə edirəm. Qabaqlar avtobusların ön sıralarının hamısı zor-xoş qadınların idi. Əgər kimsə, çaşıb onlardan birində otursaydı, çəp-çəp baxışlardan sıxılıb tez arxaya - ən sonuncu cərgədəki oturacaqlara doğru sivişirdi. Yəni arxa sıradakı oturacaqlar kişilərə məxsus kimi qəbul olunurdu və o yerlər boş olsaydı belə heç bir qadın orada oturmağı özünə sığışdırmazdı. Amma indi görəndə ki, qadınlar arxa qapıya doğru qaçır və içəri girən kimi birbaşa özünü verir həmin sıraya, gözün kəllənə çıxır. Elə bil qadınlar arasında arxa sıranı zəbt etmək üstündə mübarizə gedir. Əvvəllər böyük canfəşanlıqla ön cərgələri ələ keçirməyə çalışan zərif cinsin nümayəndələri bu gün arxadan qabağa gəlirlər. Çünki arxa sıra zəbt olunarsa, kişi tayfası utandığından qabaqda oturmayacaq və beləliklə avtobusdakı bütün hakimiyyət eyni cinsin əlinə keçəcək. "Postfeminizm" deyilən şey görən budur?
Ay balam, onsuz da sizin üçün yer boldur. Sonuncu sıra istisna olmaqla, bütün oturacaqlar şəriksiz sizin ixtiyarınızdadır. İmkan verin, heç olmasa bir sıraya hakim olduqları üçün kişilər də özlərinə təsəlli versinlər də. Siz belə insafsızlıq etdiyiniz üçün gənc və orta nəsil kişi tayfası da acığa düşüb sizin yerinizdə oturur. Ondan sonra da başlayırsınız zəmanəni və zəmanə uşaqlarını söyməyə. Belə-belə haqsızlıqlarla kişiləri sıxışdırırsınız, adını da qoyursunuz ki, ölkədə qadınların hüququ pozulur. Gör pozulsa, neyləyərsiniz ha!
Təbii ki, burada qeyd olunanlar bütün qadınlara aid deyil, əsl Azərbaycan qadını kimi davranmayanlara aiddir. Haqqınızı halal edin, əziz qadınlar. Gəlin bir lətifə danışım, kefiniz açılsın.
Çayxanaya toplaşan 5 kişi söhbət edir. Biri deyir:
- Mənim arvadım Maral çox dadlı yemək bişirir. Adam az qalır barmaqlarını yesin.
İkinci kişi başlayır:
- Mənim arvadım Ceyran elə gözəl paltar yuyub ütüləyir ki, adamın geyinməyə heyfi gəlir.
Üçüncüsü söz alır:
- Mənim arvadım Turac həyət-bacanı gül kimi silib-süpürür. Axtarsan, yerdə bir çöp parçası tapa bilməzsən.
Dördüncü kişi söhbətə qarışır:
- Siz nə danışırsınız? Mənim arvadım Kəklik saydığınız bütün işləri görür, üstəlik ayaqqabılarımı təmizləyir, üst-başımı səliqəyə salır, saçımı darayır və məni gülər üzlə işə yola salır.
Lakin beşinci dost səsini çıxarmır. Gözləyirlər ki, o da ağzını açıb öz həyat yoldaşının məharətindən danışsın, amma o dinmir. Axırda oturanlardan biri dözməyib soruşur ki, bəs sən niyə öz arvadından danışmırsan? Kişi qəmli-qəmli başını qaldırıb deyir:
- Qardaşlar, mənim də arvadım heyvan cinsinə məxsusdur, amma sizin saydığınız heyvanlardan deyil.
Nihat Tur
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Arif Mirzəyev vəfat etdi
-
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - (Video)
-
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - (Foto)
-
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - (Foto)
-
Aslan Fətullayevin dəfn yeri açıqlandı
-
Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu
XƏBƏR LENTİ
-
Bakıda iri mağazaların yerləşdiyi küçə yağışa görə iflic oldu - (Video)
-
19 ildən sonra ikinci divizion oyunçusu milli komandaya çağırıldı
-
Tayland turist vergisi tətbiq edəcək
-
Rusiyanın ABŞ-dəki səfiri ölüb
-
“Əgər Yamal yox, Messi olsaydı, həyəcan keçirərdim” - “Sabah”ın futbolçusu
-
Arif Mirzəyev vəfat etdi
-
Kəmaləddin Heydərov Polşa səfirliyində olub, başsağlığı verib - (Foto/Video)
-
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - (Video)
-
Dövlət Komitəsi Göy məscidin tarixi-mədəni kimliyinin təhrif edilməsinə etiraz edib
-
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - (Foto)
-
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
-
Yeni il gecəsi milyonlar qazanacaqlar - Siyahı
-
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - (Foto)
-
Gəncədə daha bir "BakuBus" avtobusu qəzaya düşdü - (Video)
-
Aslan Fətullayevin dəfn yeri açıqlandı
-
Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu
-
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
-
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırıb
-
Antalyada Birinci xanım Mehriban Əliyeva və Əminə Ərdoğandan səmimi görüntülər - (Foto)
-
Məhərrəm Müzəffərov xəstəxana direktoru təyin edildi
-
Babək prospektində “BMW”nin körpüdən aşmasının anbaan videosu
-
Sabah Balakəndə qaz kəsiləcək
-
“PAYIZ ETÜDLƏRİ” adlı yaradıcılıq sərgisinə əsər qəbulu elan olunur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - (Video)