Cəmiyyət

Naməlum şəxslər Maştağa sakinini ölümcül yaraladı

14 Aprel 2010 10:56
Baxış: 262
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Maştağa qəsəbə sakini 29 yaşlı Zülfiqar Muradov bıçaqlanıb. O, döş qəfəsinə nüfuz edən bıçaq yarası ilə 3 saylı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Hadisə bu gecə saat 01:30 radələrində Zabrat qəsəbəsində törədilib. Z.Muradov qəsəbə ərazisində yerləşən inşaat materialları mağazasının yaxınlğında olarkən naməlum şəxslərin hucumuna məruz qalıb. Naməlum şəxslər Z.Muradova bıçaqla xəsarət yetirərk hadisə yerindən qaçıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayəti törədən şəxslərin müəyyən edilərk tutulması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

Anar Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.