Cəmiyyət

Qusarda itkin düşən ana və azyaşlı qızı tapılıb

15 Sentyabr 2019 21:14
3 Şərh     Baxış: 8 393

Qusarda 20 gün əvvəl itkin düşən ana və azyaşlı qızı tapılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz rayonu Zuxuloba kənd sakini, 32 yaşlı Rima Talıbova avqustun 25-i səhər saatlarında azyaşlı qızı ilə birlikdə Qusar rayonunun Aşağı Ləgər kəndində yaşayan anasıgilə gedəcəyini bildirərək evdən çıxıb və bir daha geri qayıtmayıb.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Rima Talıbova və azyaşlı qızı sentyabrın 14-də Qusar rayonu ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Uzaq · 15 Sentyabr 22:2070

    Uşağın baxışları ailə haqqında çox şey deyir.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 15 Sentyabr 23:0672

    Ele bil ki , bir yayilmis xestelikdi eee gelinlerin evden qacmaqi.. Dehsetdi eeee

    Cavab yaz
  • Anonim
    zz · 16 Sentyabr 06:0352

    qadin usaqi ile , itmis sumka deyil deyil ki, polis onu tapib erine tehvil versin, cox komik.....

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.