Türkiyə

Ayşəni öldürən keçmiş polis əməkdaşının ŞOK İFADƏSİ - FOTO

18 İyul 2025 10:14
Baxış: 2 126
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İstanbulda universitet tələbəsi, 22 yaşlı Ayşe Tokyazın qətli ilə bağlı saxlanılan keçmiş polis əməkdaşı Cəmil Qoçun ifadəsi ictimaiyyətdə rezonans doğurub.

Milil.Az türkiyə mediasına istinadla xəbər evrir ki, Qoçun ilkin ifadəsinə görə, hadisə onun evində baş verib:

"Ayşe narkotik maddənin təsiri altında idi. Evimin dupleks tipli dar pilləkənlərindən yıxılaraq başı dəydi. Hərəkətsiz qaldığını görəndə öldüyünü anladım. Panikaya düşdüm, dostlarımı çağırdım. Cansız bədənini çamadana özüm qoydum".

Cəmil Qoç daha sonra cəsədi neft sahəsinə aparmaq istədiklərini, təhlükəsizlik kameralarını çıxardıqlarını və dostlarından birinin yolda onu tərk etdiyini bildirib: "Meyiti hara qoyacağımı bilmirdim. Fikirləşmək üçün "meyhane"ye getdim".

İfadəyə əsasən, Koç taksi sürücüsü ilə əlaqə saxlayaraq ona 500 min lirə qarşılığında əməkdaşlıq təklif edib. Daha sonra 3 nəfər cəlb olunub və hər birinə pul ödənilib. Təhlükəsizlik kamerası görüntüləri ilə istintaqı davam etdirən polis şübhəlilərin meyiti bir avtomobildən digərinə keçirdikdən sonra meşəlik əraziyə atdıqlarını müəyyən edib.

İstintaq zamanı məlum olub ki, şübhəlilər yanacaqdoldurma məntəqəsindən dezodorant alaraq həm özlərinə, həm də avtomobilə vurublar - bu, izləri gizlətmək cəhdi kimi qiymətləndirilir.

Qeyd edək ki, gənc qızın cəsədi Eyüpsultanda yol kənarında, çamadanın içərisində tapıldıqdan sonra aparılan istintaq nəticəsində Qoç və daha 6 nəfər nəzarətə alınıb.

Daxili İşlər Nazirliyi hadisənin geniş şəkildə araşdırılması üçün bir Mülki Müfəttiş və bir Polis Müfəttişi təyin olunduğunu açıqlayıb. Nazirlik Tokyazın ailəsinə başsağlığı verərək, istintaqın nəticələrinin ictimaiyyətlə paylaşılacağını bildirib.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.