Ölkə

Sürücülərə XƏBƏRDARLIQ - Bu yol 2 gün bağlı olacaq

18 İyul 2025 16:16
Baxış: 727
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İyulun 19-u saat 08:00-dan iyulun 20-si saat 22:00-dək Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində (Qara Qarayev prospekti ilə kəsişməsindən Mehdi Abbasov küçəsinin kəsişməsinə qədər olan hissəsi) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Milli.Az xəbər verir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.