Qusarda itkin düşən ana və azyaşlı qızı tapılıb

15 Sentyabr 2019 21:14

Qusarda 20 gün əvvəl itkin düşən ana və azyaşlı qızı tapılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz rayonu Zuxuloba kənd sakini, 32 yaşlı Rima Talıbova avqustun 25-i səhər saatlarında azyaşlı qızı ilə birlikdə Qusar rayonunun Aşağı Ləgər kəndində yaşayan anasıgilə gedəcəyini bildirərək evdən çıxıb və bir daha geri qayıtmayıb.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Rima Talıbova və azyaşlı qızı sentyabrın 14-də Qusar rayonu ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Milli.Az