Cəmiyyət

Ailədəki şiddətin cəzası qanunla necə tənzimlənir? - VİDEO - FOTO

11 Sentyabr 2019 15:54
1 Şərh     Baxış: 2 242
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın elə yeri yoxdur ki, orada ailə daxili şiddət olmasın. Çox təəssüflər olsun ki, cəmiyyətimizdə də bu hallara rast gəlinir və hərdən bu adi hal kimi qarşılanır. Çox vaxt da böyüklərinin məsləhəti ilə bu gizlədilir, ailədən kənara çıxmır.

Milli.Az xəbər verir ki, ARB TV-nin "Günə Doğru" verilişində məsələ ilə bağlı maraqlı süjet yayımlanıb.

Sakin: "Ailədə şiddət olmamalıdır, şiddət olan yerdə hörmət də olmaz".

Sakin: "Qadına şiddət göstərmək zəif kişilərin əlamətidir"

Əhməd Qəşəmoğlu - Sosioloq: "Azərbaycanda 20%-ə qədər normal ailə var. Yerdə qalan hamısında həmən o şiddət, axırı boşanma ilə qurtarır, daha pis hallar var. Hətta bəzi hallarda sonu ölümlə qurtarır və s. Biz qadınları günahlandıranda kişilərin ayağı yer alır, kişiləri günahlandıranda isə qadınların".

Sakin: "Bir dəfə, iki dəfə gizlədilsə olar, amma sonra yoluna qoyulsun. Yoluna qoyulmasa gizlətmək düzgün deyil".

Sakin: "Bəzən görürsən ki, qadın evdə olan adi bir narazılığa görə, polisə müraciət edir. Belə olan halda mən həmin kişini qınamazdım".

Bəs kişini və yaxud da qadını şiddətə nə vadar edir?

Könül Cəfərova - Psixoloq: "Ailələrdə şiddəti nə zaman hiss edirik? Cütlüklər bir-birlərinə qarşı özlərini sübut etməyə çalışarkən. Biz hər zaman deyirik ki, ən çox dinləyən tərəf qalib tərəf sayılır. Amma bizim ailələrdə, ümumiyyətlə, şərqli ailələrində belə bir tendensiya var ki, hər kəs özünün doğru olduğunu qarşı tərəfə sübut etməyə çalışır".

Əgər tərəflərdən biri özünün sözü və ya əməlini təsdiq edə bilmirsə, çıxış yolunu əl qaldırmaqda görür.

Tahir Əlirzayev - Hüquqşünas: "İnzibati Xətalar Məcəlləsinin 158-ci maddəsinə görə məişət zorakılığı haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə törədilmiş inzibati xətaya görə şəxs 300 manatdan 500 manata qədər cərimə edilir".

Əgər şəxsə qarşı yüngül, az ağır, ağır, xüsusilə ağır xəsarət yetirilibsə və yaxud da bu cür əməllər törədilibsə, bu, artıq İnzibatı Xətalar Məcəlləsi ilə yox, Cinayət Məcəlləsi ilə tənzim edilir və Cinayət Məcəlləsinə uyğun olaraq da cəza nəzərdə tutulub".

Bəs cəmiyyətimizdə bu cür halları necə aradan qaldıra bilərik?

Əhməd Qəşəmoğlu - Sosioloq: "Biz Azərbaycan ailəsinin xilası haqqında danışmalıyıq. Kişi ilə qadın arasında harmoniyanın olmasının yollarını axtarmalıyıq. Biz yeni Azərbaycan ailəsi modelini, elə düşünüb elə hazırlamalıyıq ki, yeni tələblər baxımından ona cavab versin və ailələrdə də şiddət aradan götürülsün. Yoxsa günahı birinin üzərinə yıxmaq, bu təhlükəlidir".

Unutmayaq ki, cəmiyyətin gələcəyi məhz ailələrdən asılıdır. Ailədə şiddət görən uşaqlar gələcəkdə heç vaxt normal ailə modeli yarada bilməz. Ona görə də şiddətə yox deyək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.