Cəmiyyət

Günün yuxuyozması

6 Noyabr 2011 06:00
0 Şərh     Baxış: 811
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az xəbər portalı Vanqa, Miller, Freyd, Nostradamus, Loff və digər müəlliflərin kitablarına əsasən, yuxunuzu yozmağa çalışacaq.

Angina - Əgər yuxuda bu xəstəliyə tutulduğunuzu görmüsünüzsə, bu, hüznlü, maraqsız işə işarədir. Əgər yuxuda digərlərinin anginaya tutulduğunu görmüsünüzsə, bu o deməkdir ki, sizi ciddi narahat edəcək xəstəlik gözləyir.

Bank - Bankda işlə məşğul olmayan kassir görmək - itki, işlərdə məyusluq əlamətidir. Banka qızıl pullar vermək ehtiyatsızlıq, yüngül xasiyyətlilik, diqqətsizliyə işarədir; onları almaq böyük gəlir və çiçəklənməyə işarədir. Böyük miqdarda xırda gümüş pullar və müflislik görmək hörmət və uğur əlamətidir. Siz cəmiyyətin bütün təbəqələrində dərin hörmət sahibi olacaqsınız.

Qayğanaq - Yuxuda omlet hazırlamısınızsa, bu sizə qarşı istifadə olunacaq yalan və ikiüzlülüyə işarədir. Yuxuda qayğanaq yemək etibar etdiyiniz adam tərəfindən aldadılacağınıza işarədir.

Kimyaçı
- Gözlədiyiniz xəbəri alacaqsınız.

Ovuc
- Yuxuda təmiz ovuc görmək dostluq münasibətlərinə işarədir. Dostlarla xoş şam yeməyi gözlənilir. Əgər çirkli ovuc görmüsünüzsə, sizi böyük bədbəxtlik gözləyir. Yuxu xəbərdarlıq edir: sizi rüsvayçılıq və acizlik, yoxsulluq gözləyir. Əlin içini qabarlı görmüsünüzsə, sizi yorucu iş gözləyir. Yuxuda ovcun içinə baxaraq fala baxmaq sizin hər şeyi bilməyə can atdığınıza və hər şeylə maraqlandığınıza işarədir. Yuxuda ovcunuza baxaraq fal açırlarsa, yaxın dostlarınız sizi pis vəziyyətdə qoymaq üçün fürsətdən istifadə edəcəklər.

Milli.Az


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.