Cəmiyyət

Sumqayıtda şadlıq sarayında güclü yanğın: qonaqlar təxliyyə olundu - VİDEO - FOTO - YENİLƏNİB

24 Avqust 2019 23:56
11 Şərh     Baxış: 8 015
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23:56

Sumqayıt şəhərində "Nur" şadlıq sarayında baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri tərəfindən söndürülüb.

FHN-dən Milli.Az-a verilən məlumata görə, yanğın zamanı şadlıq sarayında olan 300 nəfərə qədər vətəndaş və 60 nəfər personal təhlükəsiz əraziyə təxliyə edilib.

Xəsarət alan olmayıb.

--------

23:11

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində "Nur" şadlıq sarayında yanğın olması barədə məlumat daxil olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

22:11

Sumqayıtda şadlıq sarayında yanğın başlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki,  hadisə 17-ci mikrorayonda yerləşən "Nur" şadlıq sarayında qeydə alınıb.

Yanğın toy məclisi olan zaman restoranın mətbəxt bacasından başlayıb. Toyda iştirak edənlər təxliyyə olunub.

Hadisə yerində FHN-in yanğınsöndürənləri cəlb olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.