Cəmiyyət

Günün qoroskopu: rutin işlərə laqeyd yanaşmayın

11 Avqust 2019 00:01
36 Şərh     Baxış: 4 627

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - uzun müddətdən bəri təxirə saldığınız və ya başa vura bilmədiyiniz işləri bu gün sonuclandıra bilərsiniz. Fəaliyyət sahəsində qayda yaradın. Planlarınızı nizamlayın.
Günün ikinci yarısında istənilən mühüm addımdan əvvəl yaxşıca düşünüb-daşının. Fərqli olmağa çalışın. İlkin impulsdan sonra məramlarınız dəyişə bilər. Yeniliklərdən çəkinmirsinizsə, gözlənilməz təklif ala bilərsiniz. Məqsəd və istəklərinizi dəqiqləşdirin.
Yaxın gələcəklə bağlı perspektivləri cari durum müəyyənləşdirir.

Buğa - səhər saatlarından etibarən fikriniz dağınıq olmasın. Vəzifə səlahiyyətlərinin icrasına və ya tapşırıqların yerinə yetirilməsinə səhlənkar yanaşmayın. Problemləri tədricən həll edin, eyni vaxtda bir neçə işi görməyə çalışmayın.
Əvvəlcə həlli asan olan, daha sonra isə mürəkkəb müşkülləri çözməyə can atın. 
Günün ikinci yarısında münasibətlər daha rəvan, harmonik olacaq. Olayların məcrası sərfəlidir. Bundan maraqlarınızın təminatı üçün yararlanın. 
Saatlar keçdikcə şərait daha əlverişli, şərtlər daha sərfəli olacaq. Emosional davranmayın. Rahatlıq və komfort istəkləriniz artacaq. 
Axşam saatlarında evdə istirahət edin.

Əkizlər - ağır işlər çoxdur. Onlar zəhmət, vaxt, intellektual və fiziki əmək tələb edirlər. İş qabiliyyətinizin ən yüksək olacağı zaman səhər saatlarıdır. Bundan istifadə edin, mühüm məqamları çözün. Aqressiv və sərt olmayın.
Günün ikinci yarısında qarşınızdakı sədlərlə maneələri tədricən aradan qaldırın. Dostların və ya etibarlı şəriklərin dəstəyindən yararlana bilərsiniz. Köməyə ehtiyacı olan insanın yanında olmağı unutmayın. 
Axşam saatlarını əzizlərinizlə birlikdə keçirin. Belədə yaşamınızdakı hadisələri daha rahat qəbul edəcəksiniz.

Xərçəng - şəxsi problemlərinizi həll etmək, məişət məsələlərini çözmək üçün günün ilk yarısı daha münasibdir. Yaşamın kiçik sevinclərinin qədrini bilin. Yaxın ətrafınızdakı insanlardan birinin sizə demək istədiyi sözlər var.
Günün ikinci yarısında qohumlarınızdan və ya dostlarınızdan birindən xoş xəbərlər alacaqsınız. Köhnə tanış yada düşəcək. Maraqlı təklifləri dəyərləndirmək olar. 
Sevdiyiniz insanı axşam saatlarında kiçik hədiyyə ilə sevindirin.

Şir - yeni işə və ya layihəyə başlamaq istəyirsinizsə, tələsməyin. Qərarlarınız düşünülmüş olmalıdır. Yaşamınızın yeni mərhələsinin konturları hələ formalaşmayıb. Kənardan gələcək istənilən impuls dəyişikliklərə səbəb ola bilər.
Günün ikinci yarısında ətrafınıza diqqətlə baxın. Təcili məşğul olmağınız gərəkən məsələlər var. Fiziki iş, situasiyanın normallaşdırılması faydalıdır. Özünüzü həddən artıq yormayın.
Əks təqdirdə axşam saatlarında başağrıları və yuxusuzluqla üzləşə bilərsiniz. Şəxsi münasibətlərdə düşüncə zamanıdır.

Qız - aldığınız tapşırıqların yerinə yetirilməsinə daha diqqətlə yanaşın. Bacarıqlarınızı, biliklərizi və təcrübənizi yoxlamaq üçün sizə çətin iş həvalə oluna bilər. Sayıq olun, yaranmış imkanları fövtə verməyin. Vaxtınızın qədrini bilin. Şansları dəyərləndirin.
Günün ikinci yarısında cari situasiyadakı maneələri dəf etmək üçün güc və imkanlarınızdan maksimum istifadə edin. Karyera inkişafınızı şərtləndirən məqamları bir daha təhlilə uğradın. Gəlirləri artırmağın yollarını arayın.
Axşam saatlarını özünüzü həsr edin.

Tərəzi - yerinə yetirməli olduğunuz işlər arasında ən mühümünü, önəmli saydığınızı seçin. Dərhal fəaliyyətə başlayın. Abstrakt ideyalara qapılaraq qeyri-praqmat addımlar atmayın. Gündəlik qayğılar ciddi yanaşma tələb edir.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla aktiv ünsiyyətdə olun. Sevdiyiniz işi başa vurmaq olar. Kimsəni tələsdirməyin.
Axşam saatlarında emosiyalarınızı məhdudlaşdırmayın. Alış-veriş etmək olar.

Əqrəb - maliyyə resurslarının paylanması, zəruri informasiyaların əldə olunması ilə bağlı adekvat addımlar atın. Bir variantı yetərli saymayın. Məqsədə doğru aparan yolda irəliləyiş hiss etmirsinizsə, ruhdan düşməyin. Situasiyanı təhlil etsəniz, problemlərin həll yolunu asanlıqla tapa bilərsiniz.
Günün ikinci yarısında hazır metodlardan və ənənəvi vasitələrdən istifadə əvəzinə alternativləri arayın. 
Axşam saatları dostlarla görüş, yaxud da ailəvi istirahət üçün yararlıdır. Hadisələrin axarı müsbət təmayüllərin gücləndiyini göstərəcək.

Oxatan - günün ilk yarısında xoşagəlməz olaylar yaşanmayacaq. Hadisələrin məcrası pis deyil. Buna rəğmən, özünüzü bir qədər narahat hiss edəcəksiniz. Bir müddət əvvəl yaşanmış olayların fəsadları hələ də aradan qaldırılmayıb.
Günün ikinci yarısında əmlak, maliyyə vəsaiti və karyera ilə bağlı durumu yaxşılaşdırmaq üçün əlinizdən gələni edin. Sürəkli olaraq sizi sinirləndirən, narahat edən insanlardan mümkün qədər uzaq olun. Bir zamanlar sıx münasibətlərdə olduğunuz, sonradan yollarınızı ayırdığınız insanlar üçün darıxa bilərsiniz. Səbrli olun, nisgilə qapılmayın. Sakitləşin.

Oğlaq - rutin işlərə laqeyd yanaşmayın. Tapşırıqları yerinə yetirin, öhdəlikləri unutmayın. Vədlərə əməl edin. Yarımçıq işləri başa vurun, təcili həllini tələb edən məsələlərin çözümünü təxirə salmayın.
Günlə bağlı dəqiq planlar tərtib etməyə çalışmayın, çünki ciddi dəyişikliklər olacaq.
Günün ikinci yarısında yaşamın aram axarına müdaxilə etməyin. Tələsmədən, təmkinlə davranın. Axşam saatları romantik görüşlər üçün əlverişlidir. 
Dəyər verdiyiniz insanla təmaslarınızdakı problemləri aradan qaldırın.

Dolça - günün ilk yarısında problemlərin həllinə kreativ yanaşma nümayiş etdirin. Enerji azlığı və yaşam tonusunu aşağı səviyyəsinin yaratdığı çətinlikləri aradan qaldıra bilərsiniz.
Günün ikinci yarısı böyük planların reallaşdırılması üçün münasib deyil. Yaxın ətrafınızdakı insanlarla təmaslarda qeyri-format stilə üstünlük verin, rəsmiyyətçilikdən uzaq olun. Dəyər verdiyiniz insanla ünsiyyət xüsusi diqqət tələb edir. Onun yardımınıza və dəstəyinizə ehtiyacı var. 
Axşam saatlarını ailə üzvlərinə həsr edin.

Balıqlar - günün ilk yarısında planlaşdırılmış işlərlə maneələr və əngəllər yarana bilər. Dünənədək aktual sayılan məsələlər indi önəmini itirməkdədir. Hətta onlar sizə mənasız təsir bağışlayacaqlar.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə anlaşılmazlıqların yaranmasına imkan verməyin. Ziddiyyətlər yalnız ilk baxışdan çətin, çözülməz təsir bağışlayır.
Yaşananları izafi emosiyalar olmadan qəbul edin. Cari işlərinizlə məşğul olun, ənənəvi çərçivələrdən kənara çıxmayın.
Axşam saatlarında situasiyaya daha nikbin baxışlar istisna deyil. Romantik görüş üçün pis zaman deyil.

Milli.Az

loading...

Şərh yaz:

36 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 Avqust 00:035212

    Bazar gününüz uqurlu maraqli xos olsun.

    Cavab yaz
    • Anonim
      ...Admiral · 11 Avqust 12:08419

      Çox sağol Əsra sənində hər günün xoş və əziz keçsin (:

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 11 Avqust 12:37457

        Cannn Allah sene ğmür versinnn Allah seni meni yasatsinnn.Amin günümüz şen gecsinn Bizim hemise günümüz şen gececek cun ki , paxil deyilik Allah paxillara hecc vaxt pay vermeyecekkk .Allah bizi qorusun Aminnn Amin Aminn ! Qardasimsan heyatda qardasim olsaydi inan ki senden artik olmayacakdi !

        Cavab yaz
        • Anonim
          ...Admiral · 11 Avqust 13:05416

          Amin canım bacım düz deyirsən paxıl deyilik paxıllar qızara qızara qalacaqlar. Kaş səndə mənim bacım olaydın bacım yoxdur sən olardı inan sənin kimi bir bacım olmağını istərdim..Bütün xoş sözlərə görə çox sağol

          Cavab yaz
        • Anonim
          ...Admiral · 11 Avqust 13:07407

          Əsra dislike etdim getdi o kimdiki bizə dislike edir hamısını mən verməmişəm başqalarıda edib sağolsunlar gördün onun mənə ünvanladığı şərhə cavab yazmadım dislike etdim getdi niyə ona görə əsəblərimi pozum ki ona oda azdı.

          Cavab yaz
          • Anonim
            Esra Ibrahimli(Samaxi) · 11 Avqust 14:15222

            Cannn, cevab vermeee qoyyy partlasinnn.

            Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 Avqust 00:044824

    Ve geceniz xeyre qalsin.Yuxunuz menim kimi şirin olsunnn.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 Avqust 00:056626

    Dislike edenn serhim gelen kimi baslayarsan onsuz daaa psixsen ve bilirem kimsen Psixuşkaaa !

    Cavab yaz
    • Anonim
      Esraya · 11 Avqust 10:5535128

      Burada 1 dənə psixi pozuntusu olan var o da sənsən. Normal insan butun günü burada şərh yazmaz. Tak cto ......

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 11 Avqust 12:217416

        Bes sen niye tulalanirsan burda men anormalam sene ne gelibbb ? həə a ha ha ha ha ha ha ha )))

        Cavab yaz
    • Anonim
      00.05 e · 11 Avqust 12:1820138

      Saxta insanlara saxta likiler. Admiraldoooooooooo )))))))

      Cavab yaz
  • Anonim
    Aydin qizi.. · 11 Avqust 00:5400

    onnuda yuxun qacib)

    Cavab yaz
  • Anonim
    Ulya · 11 Avqust 01:48230

    Her kese salamlar. Qurban bayraminiz mubarek! Zilhicce ayinin 10-cu gunu Qurban bayrami sayilir, sheyxulislamin ne demeyinden asili olmayaraq menim uchun bayram bu gundur. Allah edilen dualari, qilinan namazlari, kesilen qurbanlari qebul etsin. Amin! Allah cemi darda, sixintida, chetinlikde olan bendelerine komek olsun. Amin!

    Cavab yaz
    • Anonim
      Fizuli Şirvanlı · 11 Avqust 12:0561

      salam necəsən? məndə təbrikə qoşuluram

      Cavab yaz
      • Anonim
        Ulya · 11 Avqust 13:2930

        Salam. Men yaxshiyam sen necesen? Ne var ne yox?

        Cavab yaz
      • Anonim
        Ulya · 11 Avqust 14:0031

        Toya getdin? )))))

        Cavab yaz
        • Anonim
          Fizuli Şirvanlı · 11 Avqust 15:4020

          yaxşıyam şükür, getdim də gəldimdə))

          Cavab yaz
          • Anonim
            Ulya · 11 Avqust 16:0410

            Hemishe toyda )))

            Cavab yaz
        • Anonim
          Fizuli Şirvanlı · 11 Avqust 15:4120

          sən neynədin?

          Cavab yaz
          • Anonim
            Ulya · 11 Avqust 16:04217

            Hech ne men de getdim))) duz 3 gun toy oldu. Oldum oynamaqdan))) ne qeder oynamaq olar)))) hele toydan da sonra geldik mehlede davam etdik))) ayaqlarim daha dogrusu diz qapaqlarim hele de agriyir )))

            Cavab yaz
    • Anonim
      lates · 11 Avqust 12:1770

      tşk bahem.

      Cavab yaz
  • Anonim
    &&& · 11 Avqust 06:4715

    Hamiya Salam

    Cavab yaz
  • Anonim
    &&& · 11 Avqust 06:4888

    Sabahiniz xeyir əzizlərim canlarım

    Cavab yaz
  • Anonim
    &&& · 11 Avqust 06:5097

    Əsrama zəhrama nurkama admiral qaqasima tutu bacima əsmər bacima ebru xanima vəkil arzu bacima və adi yadimnan cixan butun canim dostlarima demek istiremki nə yaxsiki varsiniz sizi cooooox sevirem

    Cavab yaz
    • Anonim
      ...Admiral · 11 Avqust 12:05238

      Salam Sara Xatun çox sağol səndə nə yaxşı ki varsan özün necəsən

      Cavab yaz
  • Anonim
    &&& · 11 Avqust 06:5259

    Görəsən sevgilim indi neyniyir Onunçun burnumun ucu göynüyür Bir dəli darixmag kecirki məndən Lap istəyirəm köcum gedim şəhərdən Təzə eşitmişəm bu mahnini xosuma gəldi kiməsə bayagi gələ bilər ama sakitləşdirir elə bil

    Cavab yaz
  • Anonim
    &&& · 11 Avqust 06:5577

    Əsram kas yaxin olaydig sohbət edə biləydik icim doludu,Allah imanimi gücləndirsinki bunlar mənə asan gəlsin necəsən neynirsən

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 11 Avqust 12:33267

      Canim menimm, ele menimde ureyim doluduuu ve seninle eleee danismak isterdimmm əla olardi Bəbişler necedi esas mesele onlar saqlam veeee menevi zengin boyusunler senin büsbütün yasama sebebin onlardiii.Allah balalarimizi qorusun İman ve inamm güclü olmalidi tebiii ki, Allah hecc birrrr cinayeti cezasiz qoymurr ister maddi ceza olsun ister menevi Allahim sene sebr versin öz özünleee sohbet et bosalacaqsan sanki menimle derdlesirsen son 10 gündü Samaxidan gelenden her gün cekilirem bir künce öz özümle derdlesirem guya mamamla papamla derdlesiremmm.Bosaliramm,rahatlaniram.

      Cavab yaz
  • Anonim
    &&& · 11 Avqust 06:56107

    Əsram vaxt tapan kimi yaziram sora yaza bilmirəm ama cavablarina gecde olsa baxiram

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 11 Avqust 12:34257

      Esas odu qelbimdesen, dualarimdasan, gören gözlerimdesen Bunu bil senin için her gün dua eden bir qiz var onun adi Esradi ..Zara (Vir i Zara)

      Cavab yaz
  • Anonim
    &&& · 11 Avqust 06:5678

    Zəhram canim bacim Necəsən?

    Cavab yaz
    • Anonim
      Zəhra · 11 Avqust 16:06118

      Çox sağol. Yaxşıyam sən necəsən? Bəbəşkolar necədi?

      Cavab yaz
  • Anonim
    Fizuli Şirvanlı · 11 Avqust 16:0341

    esra salam, necəsən?

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 11 Avqust 16:35171

      Cox saq olun yaxsiyam siz yaxsi olun.

      Cavab yaz
  • Anonim
    Zəhra · 11 Avqust 16:07218

    Şəmkirli, Əsmər salam. Necəsiz?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.