"Təbiətin keşiyində" eko-skaut düşərgəsi keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
17-19 iyul tarixlərində IDEA İctimai Birliyi, Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Şahdağ Milli Parkında "Təbiətin keşiyində" adlı növbəti eko-skaut düşərgəsi təşkil edilib.
Milli.Az xəbər verir ki, İctimai Birlikdən Trend-ə bildirilib ki, IDEA-nın eko-skaut proqramı çərçivəsində təşkil edilən düşərgələrin məqsədi gəncləri Azərbaycanın zəngin təbiəti, nəsli kəsilmək üzrə olan flora və fauna barədə məlumatlandırmaq, təbiəti qorumaq, onlara təbiətin bəxş etdiyi sərvətlərdən qənaətlə və düzgün istifadə etməyi, həmçinin gənclərə vəhşi təbiətdə düzgün davranışı, ətraf mühitə ziyan vermədən istirahəti təşviq etməkdir.
Düşərgəyə 18-25 yaş arası ekoloji təhsili və ya bu sahədə təcrübəsi olan, həmçinin ekoloji fəallığı ilə seçilən 100 nəfər gənc qoşulub.
Könüllü olaraq qoşulmuş gənclərin iştirakı ilə Şahdağ Milli Parkının ərazisində eko-tur təşkil edilib. Gənclərə Şahdağ Milli Parkının yaradılmasında əsas məqsəd, əraziyə xas olan landşaft növləri, Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş flora və fauna haqqında, həmçinin Fransa və Belçika zooparklarından Azərbaycana reintoduksiya edilmiş Qafqaz zubrları haqqında məlumat verilmişdir.
Gənclər üçün üç günlük düşərgə müddətində Azərbaycanın biomüxtəlifliyi və milli parkları mövzusunda təlim, o cümlədən təbiətdə olarkən çadırların qurulması, ilkin tibbi yardım, çölçülük üçün lazımi ləvazimatlar və təhlükəsiz geyimlər haqda seminar və praktiki təlimlər, yarışlar və müsabiqələr keçirilib, həmçinin gənclər haykinq, maraqlı ekoloji mövzularda fikir mübadilələri, ətraf mühitlə bağlı oyunlarda iştirak ediblər.
Düşərgə zamanı iştirakçıların zəngin təbiəti və mənzərəsi ilə seçilən Qaranohur gölünə haykinqi təşkil edilib.
Düşərgənin sonunda iştirakçılara xatirə hədiyyələri və sertifikatlar təqdim edilib.
Qeyd edək ki, IDEA İctimai Birliyinin"Eko-skaut"layihəsinə 2017-ci ilin mart ayında start verilib. Layihənin məqsədi gəncləri təbiətin mühafizəsinə cəlb etmək, canlı aləmi dərindən öyrənməyə və qorumağa, eləcə də cəmiyyətdə faydalı ekoloji işlərlə məşğul olmağa sövq etməkdən ibarətdir. "Eko-skaut" layihəsi çərçivəsində ilk düşərgə isə ötən ilin may ayında Şirvan, daha sonra Ağgöl və Göygöl Milli Parklarında keçirilib.
Ekoloji maarifləndirmə, insan fəaliyyəti nəticəsində təbiətə vurulan ziyanın azaldılması və tədricən aradan qaldırılması, təbiətə münasibətdə etik davranışın formalaşdırılmasına töhfə verməsi baxımından "Təbiətin keşiyində" eko-skaut düşərgələrinin ölkəmizin digər milli parklarında da keçirilməsi planlaşdırılır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - (Foto)
-
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festivalla əlaqədar viza proseduru sadələşdirilir
-
İnsan susuz neçə gün yaşaya bilər?
XƏBƏR LENTİ
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Serdar Ortaç vəsiyyətini açıqladı
-
“Elmlər”də axşam saatlarında avtobus böhranı - (Video)
-
Oğuzhan Koç onu konsertindən qovdu - (Video)
-
Abşeronda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"
-
“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı açıqlanıb
-
Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı
-
“Sabah”ın Bakıdakı oyunlarının bilet qiymətləri açıqlandı - 35-dən 285-ə qədər...
-
Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirilib - (Foto)
-
"Amerikada bir ay konsert verdik, 100 dollar pul verdilər" - Alim Qasımovla müsahibə





