Yay gəldi, dərd gəldi - Avtomobil qəzalarının çoxalmasının səbəbi varmış
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son bir neçə gündə dalbadal bir neçə ciddi yol-nəqliyyat hadisəsi barədə məlumat yayılıb. Bu nəqliyyat hadisələrində xeyli ölən və yaralananlar olub. Baş vermiş ən ciddi qəza isə Masallı rayonunda qeydə alınıb. Mikroavtobusun yük maşınına çırpılması nəticəsində 8 nəfər hadisə yerindəcə ölüb. Ardınca isə daha iki qəzada 10-dan çox adam yaralanıb.
Ümumiyyətlə, statistika göstərir ki, yay aylarında avtomobil qəzalarının sayı artır. Səbəb isə sadədir. Mütəxəssislərə görə, isti havaların insan orqanizminə təsiri insanlarda stressə səbəb olan kortizon hormonunu artırır. Bu da sürücülərin yollarda daha aqressiv davranması ilə nəticələnir.
Milli.Az bildirir ki, psixoloq Fərqanə Mehmanqızı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, isti hava çox tərləməyə səbəb olduğu üçün bədənin biokimyəvi vəziyyətinə təsir edir. Bədəndə olan natrium, maqnezium, kalsium və s. tərkibini dəyişir. Bu beyinə təsir edir və insanda gərginlik, əsəbilik yaradır: "Yəni istinin təsirindən tez əsəbiləşmə, tez reaksiyavermə meydana gəlir. İsti havada insanlar özlərini idarə edə bilmir. Stress hormonu olan kortizon yaranması artdığı üçün insanda narahatlıq meydana gəlir. Bu gərginlik avtomobil yollarında qəzaların artmasına səbəb olur".
Yol-nəqliyyat eksperti Elməddin Muradlı məsələ ilə bağlı açıqlamasında bildirib ki, isti havalarda yol nəqliyyat hadisələrinin artmasına səbəb bəzi nəqliyyat vasitələrinin standartlara uyğun olmamasıdır: "Bəzi avtomobillərdə kondisionerlərin olmaması, isti nəticəsində yaranan yuxu, yorğunluq, tələskənlik qəzalara səbəb olur. Yorğun, yuxulu halda yola çıxmaq olmaz. Bütün polis postlarında sürücülərin istirahət etməsi üçün şərait yaradılıb. Yorğunluq hiss edilən zaman bu postlara yaxınlaşaraq su içmək, dincəlmək mümkündür. Bəzi avtomobilləri standartlara uyğun olmayan sürücülər polis saxladığı zaman bunu imkansızlıqla əlaqələndirirlər. Unudurlar ki, belə avtomobillərlə yola çıxmaq həm onların özü üçün, həm də ətrafdakılar üçün təhlükəlidir".
Nəqliyyat eksperti Azər Allahverənov bildirir ki, yay aylarında avtomobil qəzaları daha çox istirahət zonalarının ətrafında baş verir: "Yay aylarında insanlar daha çox istirahət mərkəzlərinə gedirlər. Bu da avtomagistralda intensivliyə səbəb olur. İntensivlik olan yollarda isə hər zaman qəzalar baş verir".
A.Allahverənov qeyd edib ki, bəzi xroniki xəstəliyi olan insanlar isti havalarda sükan arxasında özünü pis hiss edə bilər: "Əgər sürücüdə təzyiq, ürək çatışmazlığı varsa, o kondisioner olmayan avtomobillə yola çıxmamalıdır. Çünki istidən bu xəstəlik kəskinləşə bilər. Bu zaman sürücü idarəetməni itirir və qəza baş verə bilər".
Allahverənov həmçinin əlavə edib ki, yay aylarında qəzaların artmasına digər bir səbəb sürücülərin sərxoş halda avtomobil idarə etməsidir: "İstirahət mərkəzinə gələn və ya oradan çıxan sürücülərin əhvalı yaxşı olur, içkili olurlar. Bu da qəzaların baş verməsinə səbəb ola bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
-
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib - (Video)
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
-
"Turan Tovuz" - "Fənərbaxça" oyununda dava düşdü, matç yarımçıq qaldı - (Video)
-
Bakıda aşan avtobusda xəsarət alanların vəziyyəti açıqlandı - Yenilənib - (Video)
-
Gəncədə yanıq xəsarətləri alan bacı-qardaşın vəziyyəti məlum olub - Yenilənib





