Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Adamyeyənlə inəkyeyənin qanacağı
16 Aprel 2010 14:52
Baxış: 359
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mətbəximizə gözucu nəzər yetirsək, özümüzü ətyeyən xalqlar sırasına daxil etməyə zərrəcə tərəddüd etmərik. Söz yox, dünyada ət yeməyən xalq, millət yoxdur, hətta elə xalqlar var ki, inək, camış, qoyun, donuz cəmdəyiylə kifayətlənməyib başqa xalqların da ətini yeyirlər və buna müasir nəzakət qaydalarına uyğun olaraq "Regionda vəziyyəti sabitləşdirmək", "Yol xəritələri", "Madrid prinsipləri", "Sülhə nailolma" kimi adlar qoyurlar. Elə xalqlar da var onlar başqa xalqların ətini yeyə, heç olmasa, çimdikləyə bilmədikləri üçün iki, üç yerə bölünüb bir-birilərinin ətini yeyirlər.
Biz bir xalq olaraq, şükürlər olsun bir olan Allaha ki, yalnız dana-buzov, qoyun-keçi ətiylə hələ ki, keçinə bilirik. Əlimizə düşən qazdan-ördəkdən yeyib dua oxuyuruq. Düzdür, hərdən bizdə də bir-birilərinin ətinə iştahla, qol-qabırğasına ağzı sulana-sulana baxanlar olur, ancaq milli-mənəvi dəyərlərin, ağsaqqalın, ağbirçəyin qorxusundan, həm də yeyəcəyi adamın ətindən zəhərlənmə ehtimalının çox olmasından hələ ki, belə hadisə baş verməyib; bizim adamlar bir az ətiacı olur.
Ancaq bu yazımızda biz elə dana-buzov ətini necə yediyimizdən, yazıq mal-qaranın başına günün günortaçağı, küçənin ortasında nə hoqqa açdığımızdan danışacağıq. Yəqin, oxucularımızın hamısı hər gün işə, yaxud hansısa bir tədbirə yollananda məhlənin ortasında, metro girişinin önündə, yol qırağında inəklə güləşən, yerə yıxdığı heyvanın quyruğundan dartaraq başını qiblə tərəfə çevirən, yaxud əlində Həzrəti-Abbasın qılıncı uzunluğunda olan bıcaqları bir-birinə sürtən bığlı, tüklü-müklü qəssablara rast gəliblər. Hələ onların nə vaxtsa ağ olduğunu təsəvvür etmək belə, mümkün olmayan qanlı xalatlarını demirəm. Bu xalatlara baxanda mənim yadıma həmişə tarixi qırğınlar düşür; sanki, ingilislər "26 Bakı komissarı"nı Ağcaqum çölündə deyil, bizim qəssabların xalatları üstündə güllələyiblər. Elə bil, ərəblər Babəki doğradıqları kötüyün altına qəssab Əliqulunun - bizim məhlədə inək, qoyun-quzu işinə o baxır - xalatını səriblər.
Nə üçün biz yeyəcəyimiz zavallı inəyi məhz göz qabağında, arvadların paltar asdıqları zivələrin altında, uşaqların oynadığı, bağçaya getdiyi yerlərdə, kişilərin nərd atdığı tinlərdə kəsirik? Olmaz ki, bu edam prosesi qapalı şəraitdə həyata keçirilsin?
- Yox, olmaz!!!
İctimai rəy dərhal belə deyir. İctimai rəy deyir ki, qəssaba bel bağlamaq olmaz, bir də gördün "qapalı şəraitdə" ölü eşşəyi qol-bud eləyib kəsdi, üstünə "təzə dana əti" yazıb çıxardı meydana. Haradan biləcəyik ki, bu, dana ətidir, yoxsa uzunqulaq əti?!
Buyur, ictimayi rəyə cavab ver, görüm.
Bizim binanı təzə uzunqulaq ətiylə... yox e... ictimai rəy məni də çaşdırdı, dana ətiylə ər-arvad qəssablar təmin edir. Hər gün sübh vaxtı ər kəsəcəkləri inəyi darta-darta, arvad da arxdan çubuqlaya-çubuqlaya çəkib gətirirlər Məhşər ayağına, yəni bina əhlinin gözləri önünə. Biz - binanın ətyeyən sakinləri uşaqlı-böyüklü, kişili-arvadlı hər səhər inək böyürtüsünə yuxudan oyanırıq. Evdar arvadlar dərhal xalatlarını çiyinlərinə atıb inəyin sevdikləri yerini qəssaba hamıdan qabaq sifariş vermək üçün pəncərəyə cumurlar və binanın müxtəlif yerlərindən belə çağırışlar eşidilir: "Əliqulu, sən dədənin goru, döş ətindən mənə iki kilo dolmalıq saxla". "Bu gün içalat mənimdi ha, Əliqulu". "Əliqulu, bu gün də bizə sür-sümük yedizdirsən, dədəmin qızı deyiləm üzünə baxsam".
Əliqulu da arvadların istəklərini qan ləkəli dəftərinə qeyd eləyib başlayır işə. Bıçaqları sürtüb itiləyir, bu vaxt arvad inəyin ayaqlarını bağlayır ki, yerə yıxmaq asan olsun. Sonra ər-arvad köməkləşib dünya güləş aləminə məlum olmayan qəribə bir fəndlə inəyi yerə yıxırlar, arvad tez quyruğundan, ər isə buynuzundan yapışıb heyvanı qibləyə çevirirlər. İnəyi qibləyə dəqiq çevirmək asan məsələ deyil və ər-arvadın ən çox vaxtı da elə bu məsələyə xərclənir. Doqquzmərtəbəli binanın damında krosna antenası qurmaq bundan asandır. İnəyin başı qiblədən bir millimetr oyan-buyan olsa, dinimizə görə əti haram sayılacaq. Belə inəyin ətindənsə, üzüqibləyə ölmüş uzunqulağın cəmdəyi daha münasibdir. Elə ki, qibləyə çevrilmə əməliyyatı bitdi, arvad, kəsiləndə dəbərməsin deyə dərhal inəyin üstündə oturur.
Sözün düzü, bu yekəlikdə arvadın altında dəbərmək hər inəyin-istər dördayaqlı olsun, istər ikiayaqlı - hünəri deyil. Arvad ki yerini inəyin üstündə rahladı, kişi "bismillah" deyib bıçağı çəkir boğaza və məhlənin ortasındakı uşaqların kağız gəmilər üzdürdükləri qan gölü yenidən qızarır. Hərdən gülməli məqamlar da olur. O gün arvad ayaqları boş bağladığı üçün inək əllərindən çıxıb götürüldü və kişini bir xeyli binanın həndəvərində sürüdü, kişi arvadı söyə-söyə inəyin arxasınca sürünür, bütün bina da bu səhnəyə baxıb gülürdü. İnək, sanki, sürüdüyü qəssabdan bu günəcən dara çəkilmiş bütün inəklərin qisasını alırdı, onu ağaclara, zibil yeşiklərinə, boş içki şüşələrinə çırpa-çırpa arxasınca sürüyürdü. Mən qızmış buğanın qəzəbində vaxtilə "Avesta" kitabının nəşri üçün dərisi soyulan on iki min inəkdən tutmuş, hər il qurban bayramında şaqqalanan milyonlarla qoyunun acıqlı mələrtisini eşidirdim. Sanki, həyətdə insanlıqla inəklik son döyüşə girmişdilər və heç biri məğlub olmaq istəmirdi. Ancaq çox ucuz bir səbəb qəssabı həyətdəki döyüşü yarımçıq saxlamağa məcbur etdi - kişinin şalvarı süründüyü yerdə qəfildən gül kollarına ilişib əynindən çıxdı. O yalnız bu zaman ipi buraxıb koldakı şalvarın yanına qayıtdı.
Axırda inəyi tüfənglə vurdular...
...yəni demək istədiyim odur ki, manyak manyaklığıyla qurbanını aparıb zirzəmidə-zadda, camaatın gözündən uzaq yerdə yeyir. Biz Allahın manyakı qədər də qanacaqlı deyilikmi?
Aqşin Yenisey
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Narkotik əməliyyatlarında həbs edilənlər var - (Video)
-
Xaricdən onlayn alış-veriş edənlərin nəzərinə
-
Bu institutda direktor 6 min, müavinləri 5 min manat alacaq
-
Prezident təqaüdü alanların sayı açıqlandı
-
Yanacaq doldurdu, amma şlanqı ayırmağı unutdu - Magistral yolda təhlükəli anlar - (Video)
-
Məktəblər qışa hazırdırmı? - Agentlikdən açıqlama
XƏBƏR LENTİ
-
Generalın qızı ilə bağlı qərar verilib
-
İmamoğlu da daxil olmaqla 9 nəfərə həbs cəzası verilib
-
Tanınmış rus bloger İslamı qəbul etdi
-
Dənizdə batan 20 yaşlı Nəsrəddinin fotosu - Yenilənib - (Video)
-
Oqtay Rəcəbovun 85 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib - (Foto)
-
Qızılın qiyməti kəskin ucuzlaşdı
-
Sosial şəbəkədəki şəkillərinə görə bacısını öldürübmüş... – Gülarənin qətlinin təfərrüatı - Yenilənib - (Foto)
-
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə reaksiya
-
Narkotik əməliyyatlarında həbs edilənlər var - (Video)
-
Almaniyalı nazir Bakıda yepiskop, ravvin və imamla görüşdü - (Foto)
-
Azərbaycanda 6 vəkil Kollegiyadan xaric edilib, 2 vəkilin fəaliyyəti dayandırılıb
-
146 qayçı zərbəsi ilə arvadını öldürən Azərbaycan vətəndaşına ömürlük həbs tələbi
-
"Qalatasaray" müdafiəçisini göndərir
-
Dövlət qulluğu imtahanı ləğv edildi – Ödənişlər qaytarılacaq
-
Ermənistanla Zəngilan istiqamətində delimitasiya aparılacaq
-
Bayrağı salamlayırdı, avtomobil vurdu - (Video)
-
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə təyin edilmiş imtahan ləğv edildi
-
Xaricdən onlayn alış-veriş edənlərin nəzərinə
-
Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Güclü külək əsəcək - Xəbərdarlıq
-
Rusiyadan Antalyaya uçan sərnişin təyyarəsində bomba həyəcanı
-
Yeni saziş Azərbaycanı Avropanın mühüm yaşıl enerji təchizatçısına çevirə bilər - Kamal Hacıyev
-
Aytən Mərəhhərmovanın ifasına tamaşaçı da ağladı, özü də... - (Video)
-
Çində Putinlə Tramp arasında qısa söhbət - (Video)