Cəmiyyət

Azərbaycan polisinə yeni xarici avtomobillər verilib - FOTO

27 Oktyabr 2011 09:00
Baxış: 4 841
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bakı şəhərində yeni polis maşınları peyda olub. Milli.Az xəbər portalının məlumatına görə, Mühafizə Polisi üçün yeni maşınlar verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, Azərbaycanın Dövlət Müstəqiliyinin 20 illiyi ərəfəsində DİN-in Baş Mühafizə İdarəsinə xidməti istifadə üçün 30 ədəd Almaniya istehsalı olan "Volkswagen-Polo" markalı avtomobillər verilib.

Nazirlik rəsmisinin sözlərinə görə, yüksək manevr imkanlarına və az yanacaq sərfiyyatına malik olan yeni avtomobillər ictimai asayişin təmini, mühafizə xidməti əməkdaşlarının operativ və səmərəli fəaliyyəti üçün əlavə imkan yaradır.

E.Zahidov qeyd etdi ki, yeni avtomobillər Bakı, Sumqayıt, Gəncə, Abşeron, Lənkəran şəhərlərinin mühafizə xidmətlərinin əməkdaşlarına verilib. Gələcəkdə digər rayonların da bu cür avtomobillərlə təmin olunması işi davam etdiriləcək.

E.Zahidov vurğuladı ki, bu Ali baş komandanın daxili işlər orqanlarına yüksək diqqət və qayğısının, eyni zamanda ölkəmizin iqtisadi gücünün getdikcə artmasının göstəricisidir.

Anar Məmmədov
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.





Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.