Cəmiyyət

Günün qoroskopu: Şansları dəyərləndirin

9 İyul 2019 00:01
30 Şərh     Baxış: 10 388

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - Bir çox problemlərin həllinə başlaya bilərsiniz. Daxili energetikanız sizə ən çətin müşkülləri çözməyə imkan verəcək. Təcrübəli, bilikli insanların məsləhətlərini qulaqardına vurmayın. Maraqlı həmsöhbətlə qarşılaşacaqsınız.
Günün ikinci yarısında mövcud çətinliklərin aradan qaldırılması üçün alternativ yollar arayın. Axşam saatları romantik ünsiyyət üçün əlverişlidir.
Fəqət, hisslərin köləsinə çevrilməyin.

Buğa - Rəsmiyyətə qapılmayın. Stereotipləri yaşam tərzinə çevirməyin. Həyatınızı yaşayın. Yeni imkanlara doğru qorxu, xof və təlaş olmadan addımlayın. İmicin yenilənməsi şəxsiyyətinizin daha uğurlu izharına imkan verəcək. 
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların rəğbətini qazanmaq üçün konkret addımlar atın. Yararlanmadığınız imkanlarınızdan, "yatmış" potensialınızdan istifadə edin. Əzmkar olun. Fəaliyyət sahəsini dəyişə bilərsiniz.
Macəra arayın. Bir sözlə - tənbəllik etməyin.

Əkizlər - İşlərə yaradıcı yanaşma irəliləyişin başlıca şərtidir. Fəaliyyət prosesindəki müxtəlif eksperimentlər təbii təkan rolunu oynayacaq. Qəfil sonuclar və gözlənilməz nəticələr sizi çaşdırmasın, ruhdan salmasın.
Bədbinləşməyin, süstləşməyin.
Günün ikinci yarısında mövqelərinizi bir daha yoxlayın. Planlarınızı təftiş edin. Şəxsi münasibətlərdə harmoniya yaradın. Sevdiyiniz insanla təmaslarda qarşılıqlı anlaşma, sayğı və məhəbbət ən önəmli nüanslardır.

Xərçəng - Hadisələrin intensiv, perspektivlərin yaxşı olduğu zamandır. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün nəzərdə tutduğunuzdan daha artıq qüvvə və resurs sərf etməyə hazırlaşın. 
Tərəqqi, inkişaf istəyirsinizsə, diqqətli davranın. Detallara fikir verin.
Günün ikinci yarısında təfərrüatların önəmi artacaq. Optimallaşdırma və modernləşdirmə ilə məşğul olmaq olar. Maliyyə baxımından vəziyyət pis deyil.
Axşam saatlarında yaxın ətrafınızdakı insanlarla fikir ayrılıqlarını təmkinlə aradan qaldırın.

Şir - Ümumən pozitiv zamandır. İşdə və münasibətlərdə ən yaxşı keyfiyyətlərinizi, üstün məziyyətlərinizi nümayiş etdirin. Yaradıcılıqla məşğulsunuzsa, ilin ən əlverişli günlərindən biridir.
Xarici görkəminizə fikir verin.
Günün ikinci yarısında alış-verişdə trivial olmayan nəsnə, məhsul ala bilərsiniz. Parlaq, statuslu imic qazanın.
Yaxınlarınıza problemlər, başağrısı bəxş etməyin. Onların qayğısına qalın.
Axşam saatlarında stressdən qurtulmaq üçün sınanmış vasitələrdən istifadə edin.

Qız - Maliyyə, karyera və işlə bağlı məsələlərdə gərginlik yaranacaq. Bələd olduğunuzu düşündüyünüz situasiyanın yeni təfərrüatları üzə çıxacaq.  Risklərdən çəkinməyərək hüququnuzu müdafiə edin. Yaramaz, yaltaq, qorxaq insanın hiylə və məkrini işə salaraq  sizi üstələməsinə qətiyyən yol verməyin.
Günün ikinci yarısında ilk baxışdan müşkül təsir bağışlayan problemin həllinə yaradıcı yanaşın. Vərdiş etdiyiniz metodları hələlik unudun, yeni yollar arayın.
Axşam saatlarını sevdiyiniz insana həsr edin.

Tərəzi - Zamanla ayaqlaşın. Situasiyanın dinamikliyindən yararlanaraq fəal olun. Özünüzə qapılmayın, tərki-dünya insan təsiri bağışlamayın. Arzuladığınız əşyanı almağa, xəyallarınızdakı məqsədə çatmağa çalışın. Siz kimsədən zəif və ya əskik deyilsiniz. 
Günün ikinci yarısında bədgüman davranmayın. Rəqabətin sərtləşməsi sizdən təcrübə və bilikərin artırılması, informasiya bazasının genişləndirilməsini tələb edir. 
Yaxınlarınızdan birini hədiyyə ilə sevindirin.

Əqrəb - Yeni, təcili işlərdən, fövqalədə tapşırıqlardan qorxmayın. İntensiv fəaliyyət tempi sizə problemlərin öhdəsindən daha tez gəlməyə imkan verəcək. Bütün çətinliklər müvəqqətidir. Ruhdan düşməyin.
Günün ikinci yarısında məqsədə aparan yoldan sapmayın. Hər məsləhətə qulaq asmayın. Sayıq olun, təklifləri real dəyərləndirin. İşləməklə yanaşı, prosesdən məmnun qalın.
Köhnə dostlardan və ya tanışlardan birinin qayğıya, diqqətə ehtiyacı var.
Qohumlara baş çəkməyə vaxt tapın.

Oxatan - Kənar təsirlər altına düşməyin. Aktual məsələlərin çözülməsində süstlük etməyin. Aktiv davranın ki, rəqiblər sizi üstələməsinlər. Cəsarətli olun, dürüst taktika seçin.
Günün ikinci yarısında yaxın gələcəklə bağlı strategiyanı müəyyənləşdirin. Riskin səviyyəsini artırmayın. Təcrübəli və bilikli olmadığınız sahələrdə də uğur əldə edə bilərsiniz.
Yaradıcılıq təşəbbüsləri üçün yaxşı zamandır.
Axşam saatlarında normal istirahət edin.

Oğlaq - Günün ilk yarısı müsbət emosiyalar və hisslər bəxş edəcək. Tapşırıqlar və sifarişlərin öhdəsindən gəlmək üçün yaxşı əhval, nikbinlik xüsusi əhəmiyyət kəsb edir. Şərtləri nəzərə alın, problemlərin uğurlu həlli üçün ənənəvi üsullarla metodların çərçivələrindən kənara çıxın.
Günün ikinci yarısında fantaziyanızı işə salın. Texnika və avadanlıqla davranışda ehtiyatlı olun.
Axşam saatları sevdiyiniz insanlarla mehriban ünsiyyət vəd edir.

Dolça - Peşəkar fəaliyyət sahənizdə inkişaf, irəliləyiş üçün yaxşı imkanlar yaranıb. Şansları dəyərləndirin. Sayıq olun, ən müxtəlif variantları nəzərdən keçirin. Mübahisəli məqamlarda obyektiv olmağa çalışın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla səmimi, qayğıkeş olun. Məsləhətləri qulaqardına vurmayın. İnandığınız insanla yeni layihəyə başlamaq olar. 
Situasiyaya uyğun hərəkət edin. Bu və digər məsələnin həlli üçün duruma uyğun vasitələr seçin.

Balıqlar - Risk və avantüralar üçün yaxşı gündür. Yaradıcılıqla məşğul olursunuzsa, yeni variantları sınaqdan keçirin. Daha qətiyyətli, iradəli olun. Məqsəd və istəkləriniz barədə açıq danışın.
Günün ikinci yarısında hədəfə doğru sürətlə irəliləyin. Belə taktika peşəkar fəaliyyətlə yanaşı, şəxsi münasibətlərdə də effektiv olacaq.
Pullarınızı etibarlı yerə yatırın. Maliyyə vəsaitinizlə risk etməyin.
 

Milli.Az

loading...

Şərh yaz:

30 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 9 İyul 00:0296

    Sabahiniz uqurlu maraqli olsun !

    Cavab yaz
    • Anonim
      Esmer · 9 İyul 09:5910

      Seninle bahem Esracan..

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 9 İyul 10:3624

        Esmərimm canimmmm cox saq olll var ol !

        Cavab yaz
  • Anonim
    Zəhra · 9 İyul 00:05160

    Sabahlarınız xeyir. !!!!!

    Cavab yaz
    • Anonim
      Esmer · 9 İyul 09:5930

      Senınde Sabahın xeyr Zehracan

      Cavab yaz
      • Anonim
        Zəhra · 9 İyul 15:5500

        ☺️❤️

        Cavab yaz
  • Anonim
    ŞEMKİRLİYE · 9 İyul 00:1910

    Axsamın xeyr Şerhini yenede beyendım ))) saba seni orda gozleyevem seher seher yazarsan ora .burda yaza bilmirem orda cox izleyirem seni .

    Cavab yaz
    • Anonim
      tita · 9 İyul 10:3014

      sen ele wemkirli özüsen, ozun ozune qiz nikiyle yazib wou yaratma, guya qiz taniwin olur senden otru, bele ucuz sohbete gedib ozunu ucuzlawdirma.

      Cavab yaz
      • Anonim
        titaya · 9 İyul 10:4342

        Bax o senın Basını her şeye soxduqun Canın ucun Şemkirli Ozu deyil Şemkirli ozu olsa gor ona nece nefer yazır en azınan bır Salam Verer .heqiqeten Şemkirli ozu deyil Allah haqqı ....

        Cavab yaz
        • Anonim
          tita · 9 İyul 11:4443

          men sizden ferqli olaraq size qarwi kobudluq edmeyecem, siz sadelov heyatinizi yawayin.

          Cavab yaz
  • Anonim
    Şair · 9 İyul 09:4940

    Bir gün məzarımın üstünə gəlib Şəklimə baxaraq tək ağlayarsan Yanağdan süzülən yaşını silib Səni sevdiyimi xatırlayarsan Şəkilmə çox baxıb xəyala dalma Dünya çox fanidi günahkar olma Şəklimi bağrına basıb ağlama Səni sevdiyimi xatırlayarsan Bir vaxtlar tərk etdin çıxardın yaddan Ümid əllərimi üzdüm həyatdan Ağlama gözünə yaş dolub yaman Səni sevdiyimi xatırlayarsan Ayrlımaq yox dedin ayrıldın məndən İnan ki ayırdın ruhu bədəndən Təklikdən qorxurdun bax indi təksən Səni sevdiyimi xatırlayarsan Məzarım yay isti,qış soyuq olur Ruhumsa göylər də xəyallar qurur Gözlərim yollara çox baxıb durur Səni sevdiyimi xatırlayarsan

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 9 İyul 10:3744

      Likeeeeee Likeeeee Likeeeee))))

      Cavab yaz
  • Anonim
    Esmer · 9 İyul 09:5820

    Salam dostlar Sabahınız xeyr necesiz? Ay Şemkirli Balası hardasan ay Qaaa ))) nıye yaxmırsan .

    Cavab yaz
    • Anonim
      Şemkirli · 9 İyul 15:3900

      Qadanlim men yaxsi Sen necesen hec sorusmadim qayitdin bakiya ne tesuratlar var kentden,,Sekil ceke bildimi ?? Tekrar ne vaxt qaydirsan vetene ??

      Cavab yaz
      • Anonim
        Esmer · 9 İyul 15:5800

        Yaxşı olasan qadan alım Ay qaaa .gorsen hec yadına düşemişem soruşasan gorum ne oldu neynedi )))zaraft .bele da yaxşı idi .ara soyuq ara isti .he Şekilsiz menim gunum olmasın )))) ayın axrı gedecem bırde .onda cox qalacam .1 ay .Sen necesen .işlerin necedi ? .Yaxşdı her şey ...???

        Cavab yaz
  • Anonim
    Vəkil · 9 İyul 11:04140

    Nə qədər düşüncəsiz olasan ki Allah Salamın bəyənməyəsən. Allah hidayət etsin.

    Cavab yaz
    • Anonim
      . · 9 İyul 11:5130

      like

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 9 İyul 11:5922

        Menden dee Likeeee)

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 9 İyul 11:3136

    Nenenin verlisinde Namik Qaracuxurlu superrdiii yaaa baxmaqa deyer baxin daaaaaa )))

    Cavab yaz
  • Anonim
    Şemkirli · 9 İyul 12:1110

    Salam doslar necesiz Xeyli guldurduz Meni,,Kimin ne Dusunduyu Maraglandirmir meni,,Gor ne gune qalmisam ki men ozum ozumu beyenirem hee,,her Seyin Sahidi Allahdi menim tevazukarliqdan zehlem getiyi ikinci bir sey yoxdu

    Cavab yaz
  • Anonim
    Şemkirli · 9 İyul 12:2310

    Esmer Zehra Salam necesiz bu millet here oz versiyasin yazir Siz niye yazmamisiz,,Tek Allah sahiddi ki menim Sizlere yazmaga vaxtim yoxdu oda qalmisdi ozum ozme yazam

    Cavab yaz
    • Anonim
      Esmer · 9 İyul 12:5510

      Salam Şemkirli Balası necesiz .işleriniz necedi .? Esas işlerin yolunda olsun .

      Cavab yaz
    • Anonim
      Zəhra · 9 İyul 15:5500

      Salam Şəmkirli qardaşım. Çox sağol yaxşı olasan. Sən narahat olma. Biz bilirik sən deyilsən. Niyə əsəbləşirsən?)). Axı sən bizə öyrətmişdinki burda başqalarına cavab verməyə məcbur deyilik. Bəs sən niyə əməl eləmirsən buna?)))). İşlərində uğurlar qardaşım

      Cavab yaz
  • Anonim
    Şemkirli · 9 İyul 12:2500

    Gunay Siyezenli balasi Salam Siz necesiz niye yazmirsiz menden berk incimisiz bilirem ??

    Cavab yaz
  • Anonim
    ŞEMKİRLİYE · 9 İyul 13:0802

    Men dimişem axı her kesi susdurmaqı bacarıram .ve kiminse haqqına girmeyi hec sevmırem .ve senın yerıne Cavabı men verdım .ki yazan Şemkirli deyil .yeqin ki sen ozun bılırsen bu şeehleri sene yazanı sadece istemırem adım cekılsın .orda da şerhini beyenirem burdada seni cox gormurem orda ona gore de mende yazmıram ....sen orda yazanda yazacam sene .sag ol .

    Cavab yaz
  • Anonim
    forever · 9 İyul 14:0111

    Esra Ibrahimli(Samaxi) siz isleyirsiz?

    Cavab yaz
    • Anonim
      Arzu · 9 İyul 15:0001

      Salamlar hamıya necesiniz vrziyyet budu ne vaxtan yoxam burda işlerimin coxlugunan amma hamınızı bir yadımnan cıxartmamışam darıxıram amma olur arada gelirem bura baxıram yazılanlara görüm kimse xatırlayacaq yada salacaq amma görürem ki yox hec gözlemezdim bele cox incidim cox eybi yox canınız sag olsun helelik

      Cavab yaz
      • Anonim
        Şemkirli · 9 İyul 15:4100

        Salam Arzu xanimsiz ya bey bilmirem amma Yox menim yadima gelir bu adla yazan insan her halda xos gelmisiz ,,gelmisiz yeniden doslasaq hal ehval tutaq ne prablem var ki

        Cavab yaz
      • Anonim
        Zəhra · 9 İyul 15:5300

        Salam Arzucan. Necəsən??? Səni unjtmamışıq. Əsasən havada yazırıq. Dəfələrlə xatırlamışıq. Aç səhifələri bax. Canım bacım vallah beynimizdəsən. İncimə bizdən. Səni unutmaq olar??! İşlərində uğurlar.

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 9 İyul 19:3512

          14 01 e baqislayin serhi gec gordum işlemirem

          Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.