Cəmiyyət

Avropa Gənclər Forumunun üzvləri Bakıdadır - FOTO

10 Aprel 2010 14:35
Baxış: 198
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalının məlumatına görə, Avropa Gənclər Forumunun büro üzvü Mixal Kadera jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycan çox çətin proseslərdən keçmiş və çox böyük tarixi olan bir ölkədir. Onun sözlərinə görə, dövlət xadimləri ilə görüşlər və hökumət nümayəndələri ilə müzakirələr zamanı hiss edib ki, Azərbaycanda gənclərə mümkün olan dəstək verilir: "Gəlməmişdən öncə biz düşünürdük ki, yalnız Qərb ölkələrinin təcrübəsini buraya gətirmək mümkün olar. Çünki, Çexiya və digər Şərqi Avropa ölkələrində bu günə qədər belə təcrübələr tətbiq olunub. Lakin biz burda gördük ki, elə Azərbaycanın özünün də özünəməxsus sistemləri var və bu, tətbiq olunur. Əslində, bizim özümüzün də bu təcrübədən yararalanmağımız yaxşı olardı".

Azərbaycan Gənclər Təşkilatları Milli Şurasıyla çox geniş əməkdaşlıqlarının mövcud olduğunu bildirən Mixal Kadera deyib ki, Azərbaycandan əvvəL Rusiya və Ermənistanda da olub. O, Bakı barədə fikirlərini də bildirib: "Bakını öz yaşadığım Brüssellə müqayisə edə bilərəm. Paytaxtın təmizliyi və gözəlliyi doğrudan da diqqəti cəlb edir. Çünki Brüsseldə bu qədər təmizlik müşahidə edilmir. Bakıda şəhərin mərkəzi hissəsində gəzərkən müşahidə etdiyim tarixi abidələr, muzeylər, təmizlik doğrudan da tədqirəlayiqdir".

Milli.Az



--------------------------------------------------------------------------------

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.