Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu söz necə yazılmalıdır?
22 Oktyabr 2011 11:23
2 Şərh
Baxış: 288 170
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycan" qəzeti yazır ki, xeyli vaxtdır ki, bu sözün yazılışı ilə bağlı sual qarşısında qalmışıq. Təbii ki, biz öz yazılarımızda "keşməkeşli" kimi yazdığımız sözü çox vaxt qəzet səhifəsində "kəşməkəşli" oxuyanda təəccüblənirik. Etirazımıza cavab olaraq korrektorlar 2004-cü ildə işıq üzü görmüş "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə əsasən belə etdiklərini söyləyirlər. Hər dəfə də bu "düzəliş" üzərində yaranan mübahisə narazılıqla tamamlanır. Bəs haqlı kimdir? Yazan, yoxsa pozan?
Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiqlənmiş "Azərbaycan dilinin orfoqrafiya qaydaları" əsasında hazırlanmış "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə "kəşməkəş", "kəşməkəşli" ifadələrinə rast gəlinir. Maraqlıdır ki, bu lüğətdən bir il sonra filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Ağamusa Axundovun çapdan çıxmış "Azərbaycan dilinin izahlı lüğəti" kitabında "keşməkəşli" yazılıb. Sözün mənası "dartışma", "keşməkeşli" kimi izah edilib. Burada bir diqqətçəkən məsələ də var ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti" kitabının redaktoru və ön sözün müəllifi də Ağamusa Axundovdur.
Bəs onda bu kitabların hansına istinad edək? Hər halda "Azərbaycan dilinin izahlı lüğəti" orfoqrafiyadan bir il sonra işıq üzü görüb. Bu da əsas sayıla bilmir. Müəyyən araşdırmalar apardıq. İstər sovet dövründə, istərsə də dövlət müstəqilliyimizi qazandıqdan sonra çap edilmiş müxtəlif yöndən olan lüğət kitablarında yenə də ikitirəliyə rast gəldik.
Məsələn, "Azərbaycan dilinin izahlı lüğəti"ndə (1983) "keşməkeş", "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə (1976) "kəşməkəş" göstərilib. Hər iki kitab da "Elm" nəşriyyatında çap edilib. Sovet dövründə nəşr edilən "Məktəblinin orfoqrafiya lüğəti"ndə "keşməkeş", 2004-cü ildə işıq üzü görən "Məktəblinin orfoqrafiya-orfoepik-qrammatika lüğəti" kitabında isə "kəşməkəşli" yazılıb.
İstər klassik şair və yazıçıların, istərsə də müasir ədib və nasirlərin, tənqidçilərin qələmə aldığı bədii və elmi əsərlərdə bu söz əsasən "keşməkeşli" yazılıb. Məsələn, "Keşməkeşli ömür yolumu xatırladıqca ürəyim qan ağlayır" (Ə.Vəliyev, "Budağın xatirələri" əsərindən). "Keşməkeşli həyatın hər üzünü görmüşdü" (V.Babanlı, "Bulanıq dünya" romanından). Belə nümunələri çox çəkmək olar. Bəs dilçi alimlər, ədəbiyyatşünaslar nə fikirləşirlər?
AMEA-nın akademiki Bəkir Nəbiyev:
- Birmənalı olaraq "keşməkeşli" yazılmalıdır. Azərbaycan dilinin özünün daxili qanunları tələb edir bunu. Müzakirəyə ehtiyac yoxdur. Orfoqrafiya lüğətində bu söz ya o kitabın korrektorunun səhvidir, ya da hazırlama prosesində yanlışlığa yol verilib. Təəssüf ki, meyar da belə hazırlananda insanlar çaşbaş qalırlar.
Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev:
- Doğrudur, orfoqrafiya lüğətində bu söz "kəşməkəşli" yazılıb. Amma bizim hamımız "keşməkeşli" deyirik, elə o cür də qələmə alırıq. Azərbaycan dilinin ahəng qanunu var. Ona əməl etmək hamının borcudur. Təəssüf ki, 2004-cü ildə çap edilmiş "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ni hazırlayanlar Əliheydər Orucovun sovet dövründə nəşr olunmuş eyniadlı kitabının üzünü köçürüblər, heç onun adını da müəlliflər sırasına salmayıblar. Əlavə etdikləri bir çox sözlər də yanlış yazılıb. Bu da hamını çaşdırır.
Xalq şairi, ədəbiyyatşünas-alim Nəriman Həsənzadə:
- Əlimə qələm alan gündən "keşməkeşli" yazıram. İllərdir ki, pedaqoji fəaliyyətlə məşğulam. Mənim tələbələrim də bu cür yazırlar. "Kəşməkəş" sözü tamamilə mənasız və ifadəsizdir. Əgər həmin orfoqrafiya lüğətində "keşkə", "keşkələnmə", "keşkələnmək", "keşkəli" sözləri varsa, bəs nədən "kəşməkəşli" yazıblar? Tamamilə səhvdir.
Rəyləri uzatmağın əhəmiyyəti yoxdur. Sadəcə olaraq "Azərbaycan dilinin orfoqrafiya lüğəti" təkcə oxucunu və qələm əhlini çaşdırmır. Ali məktəbə qəbul imtahanları verən abituriyentlər də bu sözü necə yazmaq barədə çətinlik çəkirlər. "Kəşməkəşli" yazırlar - düz deyil, "keşməkeşli" yazırlar - səhv hesab edilir. Ona görə də növbəti lüğəti nəşrə hazırlayanlar dilimizin bütün üslubuna, ahəng qanununa ciddi riayət etməyə səy göstərməlidirlər. Ona fərəhlənmək və qürurlanmaq azdır ki, çap edilən sonuncu orfoqrafiya lüğətində 80.000 söz var. Əsas odur ki, sözlərin düzgün yazılışı göstərilsin.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Bakıda axund cərimələndi
-
Təcili tibbi yardım maşınında ana oldu - (Foto)
-
Prokurorluqdan azad edilmiş ərazilərə gedənlərə xəbərdarlıq
-
"AKİ-nin sədri Əli İsa Cabbarov olacaqsa, Prezident seçkilərində “Milyarderlər İttifaqı”nın namizədi kimi çıxış edəcək" - Rza Rzayev
-
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənildi
-
Sabahdan metroda dəyişiklik: "Nizami" və "28 May" arasında qatar olmayacaq
XƏBƏR LENTİ
-
Türk məşhurlar övladları ilə çimərlikdə - (Fotolar)
-
Bu qidalar prostat xərçəngi riskini artırır
-
Azərbaycanlı məşhurların makiyajsız görüntüləri müzakirə yaratdı - (Fotolar)
-
Pəncərə kənarına yalnız bir səbət qoymaq bəs edir: Milçəklər evə girmədən qaçır
-
Lukaşenko onları “axmaq” adlandırdı - (Video)
-
Gökhan Özen ikinci dəfə evləndi - (Foto)
-
İsmayıllıda maşınlar suyun altında qaldı (Video)
-
Azərbaycanda həyat yoldaşının soyadını götürən kişilərin sayı açıqlandı
-
Bakı sakini tikinti şirkəti tərəfindən evinə ziyan vurulduğunu iddia edir (Video)
-
Günün qoroskopu: Günün əsl ulduzu siz olacaqsınız
-
Nardaranda su nasosunda sıxılı qalan 4 yaşlı uşaq ölüb - Yenilənib
-
Alla Puqaçova bir çıxışı üçün 200 min manat tələb edir
-
Bakıda məktəb binasının icarə haqqı niyə ödənilmir? - Mülk sahibi ilə Təhsil İdarəsi arasında -mübahisə (Video)
-
İranda canlı yayımda mesaj oxuyan molla biabır oldu - (Video)
-
Kondisioneriniz işləyib soyutmursa, səbəb bu ola bilər: Mütəxəssislər xəbərdarlıq etdi
-
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” (Foto)
-
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
-
Qurban Yetirmişlidən zəlzələ ilə bağlı açıqlama
-
Ermənistan Prezident Administrasiyasına yeni rəhbər təyin olundu
-
Böyükşor gölü yaşıl rəngdə - Analiz aparılır - (Foto)
-
Qubada 4,9 ballıq zəlzələ oldu - FHN-dən açıqlama - Yenilənib
-
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
-
Süni intellekt gələcəyin peşələrini açıqladı: Bir çoxu hələ mövcud deyil
-
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi