Cəmiyyət

Günün qoroskopu: Çalışdığınız kollektivdə diqqətli olun

19 İyun 2019 00:01
28 Şərh     Baxış: 12 141

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - günün ilk yarısından etibarən əhvalınızı korlayacaq məqamların təsirini artırmayın. Məişət problemləri ciddi narahatlıq yarada bilər. Çalışdığınız kollektivdə gərginliyin yüksəlməsinə imkan verməyin.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanları münasibətlərin ayırd edilməsinə, münaqişəyə sövq etməyin. Qarşıdurma mənbəyinə çevrilməyin. Davadan uzaq durun.
Mənfi hisslər, aqressiv davranış əhvalınıza çox pis təsir edəcək. 
Axşam saatlarında qan təzyiqinin düşməsi, başağrısı istisna deyil.

Buğa - peşəkar fəaliyyət müstəvisindəki məsələləri şəxsi münasibətlərə inikas etdirməyin. Əvvəlki əlaqələrin bərpası, köhnə təmasların yenidən gündəmə gətirilməsi zamanıdır. Yeni tanışlıqlar istisna deyil.
Günün ikinci yarısında hisslərinizdə səmimi olun. Planlaşdırılmamış hadisə, nəzərdə tutulmamış olay istisna deyil. Fors-majorun fəsadlarını daha da ağırlaşdırmayın.
Təmaslarda fikrinizi açıq bildirsəniz, uğurlara nail olacaqsınız.

Əkizlər - maddi məsələlərə xüsusi diqqət yetirin. Ödəniş qabiliyyəti və maliyyə problemlərinin həlli xüsusi əhəmiyyət kəsb edir. Stabillik axtarışları sizi iş yerini dəyişməyin labüdlüyü ilə bağlı fikirlərə tuş etməsin.
Günün ikinci yarısında gəlir mənbələrini artırmağa çalışın. Karyera perspektivlərini düşünün. Yaxın gələcəklə bağlı planları dəyişmək olar.
Dəyər verdiyiniz insanlara, ailə üzvlərinizə və qohumlarınıza yetərincə vaxt ayırın.
Axşam saatlarında gəzintiyə çıxmaq olar. 

Xərçəng - özünüzü pis hiss etməyəcəksiniz. Müxtəlif layihələrə başlamazdan əvvəl yaxşı düşünün. Mümkün dividendlərlə bahəm, məruz qala biləcəyiniz itkiləri dəyərləndirin.
Günün ikinci yarısında liderlik məziyyətlərinizi çəkinmədən nümayiş etdirin. 
Axşam saatlarını təbiət qoynunda keçirsəniz, əla olar. Yaxınlarınızla təmaslarda təmkinli, səbrli davranın. Anlaşılmazlıq yarada biləcək suallara zəmin yaratmayın.

Şir - yaşananlara daha sadə baxın. Səbəbsiz yerə sinirlənməyin və özünüzü dalandakı insan kimi hiss etməyin. Heç nəyi çətinləşdirməyin. 
Yaxın ətrafınızdakı insanlardan birinin hiyləgərliyinin səbəblərini araşdırın. Problem böyüməmiş müşkülü həll edin.
Günün ikinci yarısında borcu qaytarın. Kredit ödənişini gecikdirməyin. Ailə üzvlərini tənqid etmək fikrindən uzaq olun. Münaqişə yaratmayın. Səmimi davranış ailədə sülhü qorumağın əsas şərtidir.

Qız - günün ilk yarısında yaxın perspektivə yönəlmiş layihəyə başlamaq olar. Əlavə impulsdan yararlanın, enerjili çalışın. Aktiv insan təsiri bağışlayın. Tənbəllik etməyin.
Günün ikinci yarısındakı situasiya sizdən problemlərin həllinə yaradıcı yanaşma ilə bahəm, dəqiqlik də tələb edəcək. 
Kommersiya üçün əlverişli zamandır.
Ailə üzvlərinin tələblərinə diqqətsiz qalmayın.

Tərəzi - rəqiblərinizi üstələmək üçün gərəkli bütün metodlardan və vasitələrdən istifadə edin. Bədxahların məkrini, intriqalarını faş edin. Əks təqdirdə irəliləmək əvəzinə geriləyəcəksiniz. Populyar və məşhur olmaq istəyirsinizsə, yalnız bacarığınıza, zəhmətinizə güvənin.
Günün ikinci yarısında ürəkaçan şəraitdir. Çoxdan reallaşdırmağa çalışdığınız işə başlamaq üçün münasib zamandır.
Ailənizin azyaşlı üzvlərinə xüsusi diqqət ayırın. Onların sevinci sizi də şadlandıracaq. Axşam saatları romantik görüşlər üçün o qədər də əlverişli deyil. Açıq-saçıq geyimli insandan uzaq durun.

Əqrəb -  adət etdiyiniz metodlara, vərdiş etdiyiniz sxemlərə çox güvənməyin. Vəziyyət spontan, ani həllər tələb edir. Çevik olun. 
Nagahani olayın öhdəsindən gəlmək üçün dostlardan və ya tanışlardan birinin yardımlarına bel bağlaya bilərsiniz.
Günün ikinci yarısında nikbin olun. Ani çətinliklər sizi ruhdan salmasın.
Təcrübənizdən və bilgilərinizdən yararlanmaq üçün əla şanslar yaranıb.
Axşam saatlarında arzulara qapılmayın. Bədxərclik etməyin.

Oxatan - kiçik risk və eksperimentlərdən qorxmayın. Nüfuzunuz, maddi durumunuz və yaxın perspektivdəki planlarınızı təhlükəyə ata biləcək addımlardan çəkinin. Yaxşı tanımadığınız insanlara etibar etməyin. 
Günün ikinci yarısında tərəfdaşlarla müttəfiqlərin sayını artırın. Maliyyə və əmlak məsələlərində anlaşılmazlıqlar yarana bilər. Sığorta, təzminat, ödəniş və s. məsələlərdə sərvaxt davranın.
Yaxınlarınızın qayığısına qalmaq söz yox, əməl tələb edir.

Oğlaq - cari hadisələrin axarını izləyin. İşdə və evdəki hadisələrdə katalizator rolunu oynamayın. Tərəfdaşlarla, şəriklərlə təmaslarda maraqlarınızı tam qoruyun. Həmfikirlərin sayını artırsanız, pis olmaz. Yaxın ətrafınızdakı insanlardan birinin yardımlarına zərurət yaranıb.
Günün ikinci yarısında ünsiyyət çevrənizdəki fiqurlar arasında sizə qarşı məkrli planları həyata keçirmək istəyənlər var. Romantik hisslər, gözləntilər və ümidlər sınağa çəkiləcək. Yeni böhranın yaranmasına imkan verməyin.
Tərəfdaşla münasibətləri təftiş etməyin.

Dolça - yetərincə harmonik gündür. Peşəkar fəaliyyətinizlə bağlı cari məsələlərin həllində aktiv olun. Yeni işgüzar layihələrə başlamaq olar. Çalışdığınız kollektivdə diqqətli olun.
Günün ikinci yarısında sərrast davranın, yaxın ətrafınızdakı insanların mövqelərini nəzərə alın. Komanda ruhunun yaranmasına səy göstərin. 
Dəyər verdiyiniz insanla münasibətlərin sərinləşməsinə imkan verməyin. Xudpəsəndlik etməyin.

Balıqlar - günün ilk yarısından etibarən komfort situasiya yaranacaq. Qüvvənizə, potensialınıza şübhə etməyin. Təvazökar olun, qətiyyətlə davranın. Bütün bu amillər diqqəti əsas məsələyə yönəltməyə imkan verəcək.
Günün ikinci yarısında məqsədlərlə hədəfləri aktuallaşdırın və təhlil edin. İntensiv əmək fəaliyyətində zəruri fasilələr olmalıdır. Bir qədər istirahətə vaxt tapın.
Uzun müddətdən əvvəl məzuniyyətdə olmayıbsınızsa, yaxınlarınızdan birinin təklifini qəbul edin. Axşam saatlarında normal istirahət edin.

Milli.Az

loading...

Şərh yaz:

28 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 19 İyun 00:0446

    Sabahiniz uqurlu maraqli olsun canlarim

    Cavab yaz
    • Anonim
      Esmer · 19 İyun 08:2224

      Seninle Bahem Esracan .

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 19 İyun 08:2304

        Cannn Esmərimmm

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 19 İyun 00:0732

    Canım Azadimida tebrik edirem.Uzun menali ömür yaşasın gözel övlad olsun xosbext ve bextever olsun.Amin

    Cavab yaz
    • Anonim
      Esmer · 19 İyun 08:2401

      Azadın Ad Günüdü Tebrik edirem .Esracan Oğlun Boyuk oğlan olsun.Allah Atalı Analı Boyutsun .opurem Balaca Azadımı .TEBRİKLER AZAD .....

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 19 İyun 08:3101

        Cann Esmərim canim cox saq ol var ol canimm Allah seninde gül balalarini qorusun .

        Cavab yaz
        • Anonim
          Esmer · 19 İyun 09:0301

          Cox sag ol Canım Esram

          Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 19 İyun 00:0733

    Geceniz xeyre qalsin

    Cavab yaz
  • Anonim
    Zəhra · 19 İyun 08:2904

    Sabahlarınız xeyir!

    Cavab yaz
    • Anonim
      Aynur... (Uzb) · 19 İyun 10:1300

      Sabahın heyri olsun Zahram Allah köməyiz olsun...

      Cavab yaz
  • Anonim
    Zəhra · 19 İyun 08:3011

    Bugün Esramızın balacası Azad balanın ad günüdür. Onu təbrik edir və uzun ömür arzu edirəm. Vətənə layiqli övlad olsun. HAPPY BİRTHDAY AZAD!

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 19 İyun 08:5122

      Zehram cannim saq ol cox saq ol.Seninde bütün arzu ve isteklerin heyata gecsin xosbext olasan.

      Cavab yaz
      • Anonim
        Zəhra · 19 İyun 10:1310

        Cannn. Çox sağol Esram. Elə deyəsən həyata keçir:)))))☺️

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 19 İyun 10:5100

          Coxxx Sükürrr ..

          Cavab yaz
  • Anonim
    Zəhra · 19 İyun 08:3227

    Əsmərim dünən sənin də balanın ad günü idi. Gec də olsa təbrik edirəm. 100 yaşasın. Arzularına çatsın. Adın bilmirəm ona görə də HAPPY BİRTHDAY ANONİM !

    Cavab yaz
    • Anonim
      Esmer · 19 İyun 09:0326

      Cox sag ol Canım Zehra təşəkkür edirem Gözelim Cox sag ol .

      Cavab yaz
      • Anonim
        Zəhra · 19 İyun 10:1300

        ❤️❤️❤️sən də sağol ustad )))

        Cavab yaz
  • Anonim
    Aynur... (Uzb) · 19 İyun 09:5501

    Yyyyy Esmerim necəsən caaannn Harlardasan keyf exval necə? Seni çok özledim çiçim yaaa ;)

    Cavab yaz
    • Anonim
      Esmer · 19 İyun 10:3400

      Salam Aynurcan Necesen ay Gözel qız men yaxşıyam Canım Cox sag ol

      Cavab yaz
      • Anonim
        Aynur... (Uzb) · 19 İyun 12:1100

        Yaxsiyamm tşk sende sag ol ürəyə

        Cavab yaz
  • Anonim
    Aynur... (Uzb) · 19 İyun 09:5701

    Ayyy Esmerim oğlunun ad günü mü?Tebrik ederim illahim 100 yasini qeyd eylesin illahim anasını qadrini bilecek büyük oğlan olsunnn Allah köməyiz olsun canlarım ürəylərım.... ❤❤❤❤❤❤❤❤illahım səni hacilara aparsın...

    Cavab yaz
    • Anonim
      Esmer · 19 İyun 10:3500

      Can Cox sag ol Aynurcan Allah Seninde kömeyin olsun .Canım

      Cavab yaz
  • Anonim
    Aynur... (Uzb) · 19 İyun 09:5900

    Esraamm Azaddd oğgglumuu ad gunu ile tebrik edirem canım ....Cox sagolun Onunop Aynur ablası evezdennn. ......Ne hediye verim ?

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 19 İyun 10:4400

      Cann Aynurummm cox saq ol var olll tebriklerin bes eder canimmm menimmm var ol öpdüm canimm

      Cavab yaz
  • Anonim
    Aynur... (Uzb) · 19 İyun 10:0911

    Salam.Zahram canım aff et seni cox serhlerine cabap yaza bilmedim amma inan seni bir dost kimmi çox istiyirəm canım dostummm ...Sən necəsən keyf exval necə? Dərslər də yaxşı????Z♥A♥H♥R♥A

    Cavab yaz
  • Anonim
    Zəhrs · 19 İyun 10:1200

    Salam Aynur necəsən?Bacışkom yada salmısan məni də. Mən burada olmayanda. Çox sağoll. Necəsən? Özünü necə hiss edirsən

    Cavab yaz
    • Anonim
      Aynur... (Uzb) · 19 İyun 10:2301

      Coxx saqol can iyiyim...Ozumu de yaxsi hiz edirem amma basim.yamannn agriyor sabah nervpotogga gitecegiz annemle bir hekim deyir istiden gundesten bir hekim deyir nervden ne derdti buu yaaa Allahım derslerim zoorr sulir məndə istedad var buyuk adam olecegim.mənə kömək olarsan gəəəəlll biraz danişaq vaktın var???

      Cavab yaz
      • Anonim
        Rauf · 19 İyun 16:4400

        Allah shefa versin Aynur xanım

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.