Cəmiyyət

Günün qoroskopu: söhbətlər və danışıqlar çox vaxt alır

18 May 2019 00:01
41 Şərh     Baxış: 8 840

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - günün ilk yarısında aktivliyinizin yüksək səviyyədə olmasına çalışın. Əks təqdirdə başladığınız işi başa vura bilməyəcəksiniz. Enerjili olun, geri çəkilməyin. İradəli olsanız, bir çox problemləri həll edə bilərsiniz.

Günün ikinci yarısında yaxşı gəlir və maraqlı işgüzar təklif istisna deyil. Şəxsi münasibətlərdə təşəbbüskar olun.

Rəğbət bəslədiyiniz insanın diqqətini cəlb edə bilərsiniz.

Axşam saatlarında yaxşı istirahət edin.

Buğa - günün ilk yarısında sayıq və huşyar olun. İşlə yanaşı, evdə də problemlərin yaranmasına rəvac verə biləcək zamandır. Ciddi səhvə yol verməyin. Bədxahlardan birinin yaxşı düşünüb hazırladığı manipulyasiya və ya intriqasına aldanmayın. Sakit, təmkinli olun.

Günün ikinci yarısında situasiyanın gərginlik səviyyəsi aşağı düşəcək.

Yaxınlarınızla ünsiyyət, dostlarla görüş və romantik təmaslar üçün münasib zamandır. Şəxsi münasibətlərə gəldikdə isə hissləriniz sizi aldatmayacaq.

Səhhətinizin qeydinə qalın.

Əkizlər - işdə yaranan bəzi çətinliklərə rəğmən irliləyişə nail olacaqsınız. Başladığınız işi tamamlayın. Yarımçıqlıqdan uzaq durun. Maraqlı işgüzar təkliflər ala bilərsiniz.

Günün ikinci yarısında cari, rutin fəaliyyətinizə bir neçə insan qatılacaq.

Alış-veriş etmək, maliyyə və əmlak məsələlərini həll etmək, müstəqil kommersiya fəaliyyətinə başlamaq olar.

İşgüzar duyumunuz pis deyil.

Axşam saatlarına yaxın yaxınlarınızla fikir ayrılığı yarana bilər. Ciddi mübahisə və ya münaqişəyə zəmin yaratmayın.

Xərçəng - haqlı olduğunuza, dürüst mövqeyə şübhə etməsəniz belə, yaxın ətrafınızdakı insanları dinləməkdən vaz keçməyin. Bu minvalla işdə problemlər və münaqişələrin qarşısını ala bilərsiniz. İşgüzar əlaqələrdə və şəxsi münasibətlərdə təşəbbüs üçün əlverişli zamandır. Yeni ideyalarınız cəsarətli, novatordur.

Günün ikinci yarısında yaxınlarınızda münasibətlərinizi nizamlayın. Onlar sizi dinləməkdən daha çox öz işləri ilə məşğul olsalar da, aqressiv olmayın.

Axşam saatlarında səhhətinizdə kiçik problemlər yarana bilər. Özünüzü qoruyun.

Şir - hadisələrin axarı rəvan olsa da, ən kiçik problemlərin ciddiliyini süni şəkildə artıraraq həyəcanlanmayın. Bəyənmədiyiniz insana və ya təqdir etmədiyiniz hadisəyə sərt reaksiya verməyin. Müsbət təmayüllərdən tam bəhrələnməyə can atın. Əks təqdirdə çeşidli imkanları əldən verəcək, uğur əldə etmək şanslarından yararlanmayacaqsınız.

Günün ikinci yarısında nəzərdə tutulmamış xərclər olacaq. Alış-verişdə diqqətli olun. Biznesə pul yatırmaq fikrinizi ertələyin. Sürəkli olaraq həyatlarından şikayətlənən bədbin insanlardan uzaq durun. Belə adamlardan sizə xeyir gəlməz.

Qız - əlverişli və yaxşı gündür. Müsbət təmayüllərin təsiri artır. Çətin məsələlərin öhdəsindən gələcəksiniz. Heç bir problem sizə həllolunmaz təsir bağışlamasın. İndiyədək dil tapmadığınız insanlarla münasibətlər rəvanlaşacaq. Uzun müddətdən bəri məhsuldar fəaliyyətə mane olan münaqişələri çözə bilərsiniz.

Peşəkar məziyyətlərinizi sezəcəklər.

Günün ikinci yarısında maraqlı işgüzar təklif ala bilərsiniz.

Yaxınlarınız bir çox ideyalarınızı dəstəkləməyə, məsləhət verməyə, yardım göstərməyə hazırdır. Axşam saatları romantik təmaslar üçün münasibdir.

Tərəzi - çətinliklər yox deyil. Amma müsbət təmayüllərin təsiri daha güclüdür. Gün prinsip etibarilə pis deyil. Məhsuldarlığınız yüksək olsun, fəal və enerjili çalışın. Planlaşdırdığınız işləri görüb başa vurun. Qəfil tapşırıq və sifarişi vaxtında yerinə yetirməyə çalışın.

Günün ikinci yarısında hisslərinizin fəaliyyətinizə maneələr yaratmasına imkan verməyin. Emosional gərginlikdən yayının. Rəğbət bəslədiyiniz insan bu gün sizinlə maraqlanacaq.

Axşam saatlarını ailənizə həsr edin.

Əqrəb - peşəkar fəaliyyət müstəvisində uğurlara nail ola bilərsiniz. Adi günlərlə müqayisədə daha ağır və mürəkkəb işə başlasanız belə, onun öhdəsindən gələcəyinizə şübhə etməyin. İndiyədək sizinlə dəfələrlə çalışmış insanlardan dəstək alacaqsınız. Peşəkar məziyyətlərinizi nümayiş etdirin.

Yeni tərəfdaş və ya müttəfiq arayışları, danışıqlar üçün yaxşı gündür.

Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə problemlər yaranmamalıdır. Bir-birinizi anlamağa çalışın.

Sevdiyiniz insanı xoş sözlə, həssas rəftarla sevindirin.

Oxatan - gərgin və çətin gün olacaq. Mənfi təmayüllərin təsiri güclənir. Həyəcan, təlaş, güclü neqativ hisslər az deyil. Hisslərin təsiri altına düşərək düşünülməmiş addım atmayın, səhv etməyin. İstənilən situasiyada soyuqqanlı davranmaq bacarığını dəfələrlə nümayiş etdirmiş insanların məsləhətlərini dinləyin.

Günün ikinci yarısı uzaqdan gəlmiş insanlarla müzakirələr və diskussiyalar üçün əlverişli deyil. Qarşılıqlı anlaşmaya nail olmaq çətinləşəcək. Münaqişə riski artır.

Sevdiyiniz insanla münasibətlərdə soyuqluğun yaranmasına imkan verməyin.

Oğlaq - əvvəllər başladığınız işləri davam etdirmək və tamamlamaq üçün əlverişli zamandır. Yeni layihəni reallaşdırmağa, yeni işə başlamağa tələsməyin. Situasiya bunun üçün uyğun deyil. Tənbəllik etməyin, süst davranmayın, emosiyaların əsirinə çevrilməyin. Yaxınlarınızla yanaşı, özünüzə qarşı da tələbkar olsanız, ciddi uğurlara nail ola bilərsiniz.

Günün ikinci yarısı yeni tanışlıqlar üçün pis deyil. Lakin münasibətlərinizin istədiyiniz sürətlə inkişaf etməyəcəyinə hazır olun.

Axşam saatlarında yaşlı qohumlarla fikir ayrılığı yarana bilər. İxtilafa səbəb maliyyə məsələləri olacaq.

Dolça - söhbətlər və danışıqlar çox vaxt alır. Onların hamısı ilk baxışdan göründüyü təki faydasız deyil. Bir zamanlar əməkdaşlıq etdiyiniz insanla qəfil görüş ola bilər. Hal-əhvaldan sonrakı söhbətdə yeni layihənin konturlarının yaranması istisna deyil.

Günün ikinci yarısı səfər və ya səyahət üçün əlverişlidir. Alış-veriş uğurlu olacaq. Axşam saatlarında romantik təmaslar pis keçməyəcək. Fəqət gözlədiyiniz qədər pozitiv emosiyalar almayacaqsınız.

Balıqlar - önəmli gündür. Ətrafınızda yaşanan olayları diqqətlə müşahidə edin. Daha təcrübəli insanlardan nəyisə öyrənmək, faydalı təcrübəni əxz etmək imkanlarını əldən verməyin. İntuisiyanız kəskindir. Peşəkar fəaliyyət müstəvisi ilə bahəm şəxsi münasibətlərdəki problemləri sürətlə həll edə bilərsiniz.

Günün ikinci yarısında alacağınız məlumatların hamısı dəqiq və aydın deyil. Fəqət, informasiyaları yadda saxlayın - gərəyiniz olar. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə ehtiyatlı olun. Onların bəziləri sizi aldatmaq, yanlış məlumatlar vermək istəyirlər.

Axşam saatlarında istənilən fiziki işdən imtina edərək yaxşıca dincəlin.

Milli.Az

loading...

Şərh yaz:

41 Şərh:

  • Anonim
    Tovuzlu Tutu · 18 May 00:02100

    Şənbəniz mübarək

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 18 May 08:3900

      Bahem bahemmmm, canim Tutu

      Cavab yaz
      • Anonim
        Nurlana · 18 May 09:1900

        Cox sagol bahem

        Cavab yaz
  • Anonim
    Esmer · 18 May 00:0200

    Salam dostlar geceniz xeyre ....

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 18 May 08:3900

      Esmərim canimmm.

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 18 May 00:0240

    İstirahet günleriniz uqurlu olsun .Lacinsiz 27 ci illl .Unutqan olmayak !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 18 May 00:0340

    Status-Ermenistanda kisi yoxdur deyirler Amma var Bizim nece nece igid oqullarimiz Orada esirlikdedi !((

    Cavab yaz
    • Anonim
      Esmer · 18 May 09:5410

      Likeee Esracan ...

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 18 May 00:0430

    Veeee...... geceniz xeyre qalsin Yuxunuz şirin olsun Bal Esra kimi !

    Cavab yaz
  • Anonim
    Esmer · 18 May 00:0500

    Nurkam baxırsan . Aqaaa)))

    Cavab yaz
  • Anonim
    Esmer · 18 May 01:0322

    Nurka gordun daaa .Aqaaa neynedi )))

    Cavab yaz
    • Anonim
      Nurlana · 18 May 09:1802

      Salam sabahin xeyir Esmercan necesen? He baxdim aqaa:)))

      Cavab yaz
      • Anonim
        Esmer · 18 May 09:5502

        Sabahın xeyr gözəlım gordun da neyledi Aqaa))

        Cavab yaz
        • Anonim
          Nurlana · 18 May 10:0601

          He gordum aqaa:))

          Cavab yaz
          • Anonim
            Esmer · 18 May 10:3000

            Aqaaa )) Atv de İzzetin geyimine bax ))) sarı sarı )))

            Cavab yaz
            • Anonim
              Nurlana · 18 May 11:0200

              :)))) sari,sari kimini yari:)))) aqaa:) bir shey sora bilirmiyim?:)))

  • Anonim
    Zəhra · 18 May 09:0200

    Sabahlarınız xeyir

    Cavab yaz
    • Anonim
      Nurlana · 18 May 09:1800

      Sabahin xeyir necesen? Zekosh can

      Cavab yaz
      • Anonim
        Esmer · 18 May 09:5600

        Sabahın Xeyr ay balaca gözel necesen ?

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 18 May 10:2900

          Sabahin xeyir olsun Zehra can

          Cavab yaz
  • Anonim
    Zəhra · 18 May 09:0201

    Görən məni anlayan biri tapılacaq bu dünyada:((

    Cavab yaz
  • Anonim
    Nurlana · 18 May 09:1900

    Salam Esra can necesen?

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 18 May 10:2910

      Canışım Nuruşum Men yaxsiyam sen necesen kef hal necedi?

      Cavab yaz
      • Anonim
        Nurlana · 18 May 11:0100

        Yaxci olasan urek. Mende yaxciyam canim

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 18 May 10:4230

    Hindliler demiş gedim bir az Məbədddə dua edim bir azdan dan gelecemm:))) gedimm annemlereeee babamlaraaaa gedimmm gorummm neyniyorlarrrr Canlarim seq olun selametlereleee qalinnnnn Marçiltiynan öpüremmm sizleriii marçççççç))))

    Cavab yaz
    • Anonim
      Esmer · 18 May 10:5201

      Yaxşı yolll .Esracan ....

      Cavab yaz
      • Anonim
        Nurlana · 18 May 11:0301

        Helelik pishiyim

        Cavab yaz
        • Anonim
          Esmer · 18 May 11:2100

          Ureyim buyur ne istesen sor )))

          Cavab yaz
          • Anonim
            Nurlana · 18 May 11:5700

            Caan hic oylesine sordum aqaa:))))

            Cavab yaz
            • Anonim
              Esmer · 18 May 12:0900

              Caan Aqaa .ne istrsen .xoşdu .sene her şey olar .üreyim Nurkam ..

            • Anonim
              Nurlana · 18 May 12:4900

              Caaaanimsan

          • Anonim
            ruh · 18 May 12:0110

            Hercai xesteleri

            Cavab yaz
            • Anonim
              Esmer · 18 May 12:0900

              Hemde nece )))

            • Anonim
              Nurlana · 18 May 12:4801

              Hemde nasil. Hercaiyinin eshqi vurub tepemize:))

            • Anonim
              Esmer · 18 May 12:5901

              )))))) yo Miran )))

            • Anonim
              Nurlana · 18 May 14:3201

              He Miran eshqi:))))))

  • Anonim
    &&& · 18 May 11:5800

    Hamiya Salam

    Cavab yaz
  • Anonim
    &&& · 18 May 12:0000

    Necəsiniz kankişim və canım dostlarim?Hamınızı çox sevirəm,çox vaxt yaza bilmirəm,ama siz üçün çox darıxıram, canlarım hamınızı çox sevirəm nə yaxsıki varsınız❤️❤️❤️❤️

    Cavab yaz
    • Anonim
      Nurlana · 18 May 12:4900

      Salam Sara can necesen? Cuceler necedi? Caan bizde senincun darixiriq

      Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 18 May 13:1400

    Salam Sara necəsən

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.