Cəmiyyət

Day.Az yeniləndi

1 May 2019 18:35
Baxış: 1 851
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxşı xəbər var: Day.Az saytını tam yenilənib. Sayt daha rahat, funksional, müasir və istifadəsi asan olub.

Milli.Az Day.Az-a istinadən bildirir ki, saytın baş redaktoru Emin Əliyev saytda oxucuları gözləyən yeniliklər barədə danışıb: "Saytın ölkədə ən çox tələbat duyulan servislərdən olan "Hava" (weather.day.az) və "Pullar" (azn.day.az)  fərdi vicetlərə yiyələnib və onlar saytın yuxarı sağ küncündədir.

İndi hava proqnozunu və ya valyuta kursları izləmək daha asan olacaq. Vicetə klik sizi müvafiq servisin səhifəsinə aparacaq.

Saytın ayrı-ayrı nəşrlərində də dəyişikliklər var: şrift bir qədər dəyişib və ümid edirik ki, materialları oxumaq daha rahat olacaq. Yeri gəlmişkən, şriftin ölçüsünü indi elə xəbərin daxilində dəyişmək olar.

Qalereyalar da dəyişib. Materialları müşayiət edən fotolara elə xəbərin daxilində baxmaq olar. Fotoları bir kliklə paylaşmaq, yükləmək və ya surətini çıxarmaq olar.

Axtarışın interfeysi yenidən işlənib. Sınayın, razı qalacaqsınız.

Xüsusi layihələr, tematik bölmələr və rubrikalar - hər şey daha anlaşılandır və əsas səhifədə daha sadə şəkildə paylaşdırılıb.

Smartfondan istifadəyə üstünlük verən oxucular da unudulmayıb. Saytın mobil versiyasının dizaynı əsaslı şəkildə dəyişib: orada günün əsas xəbərləri, Azərbaycanda və dünyada yaşanan hadisələr ayrı-ayrıdır.

Bundan başqa, fotolarla qrafikanın görüntüsünü qapadıb mobil trafikə qənaət edə bilərsiniz.

Rəyləriniz, təklifləriniz və şərhlərinizə şad olarıq. Onları [email protected] ünvanına yollaya bilərsiniz.

Ümid edirik ki, yenilənmiş Day.Az-ı bəyənəcəksiniz".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.