Cəmiyyət

Fuad Ələsgərov: “Hüquqşünas kadr çatışmazlığı təcrübədə böyük problemlər yaradır”

9 Aprel 2010 13:18
Baxış: 422
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bunu Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov "Azərbaycanda hüquqi dövlət quruculuğunun, hüquqşünas kadrların hazırlanmasının və hüquq elminin inkişafının aktual problemləri" mövzusunda keçirilmiş beynəlxalq konfransda deyib. Onun sözlərinə görə, ali hüquq təhsili olan hüquqşünasların praktiki fəaliyyətə başlaması zamanı problemlər ortaya çıxır.

Fuad Ələsgərov deyib ki, bu problemin həlli məqsədilə Prezidentin fərmanı ilə Ədliyyə Akademiyası yaradılıb: "Akademiyanın yaradılmasının əsas məqsədi hüquqşünasların peşəkarlığının artırılması, hazırlıq səviyyəsinin yüksəldilməsidir. Ali hüquq təhsili almış şəxsləri hüquqşünaslıq peşəsinə buraxmaq üçün onlar iki il ərzində akademiyada tədris kursu keçməlidirlər. Kursu keçəndən sonra vəkillik, prokurorluq, ədliyyə orqanlarında işləyə bilərlər".

/Trend/

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.