Cəmiyyət

Ailəsi onun üçün Xoşqədəmin verilişinə çıxmışdı, amma... - 22 yaşlı şəxsin skeleti tapıldı - ŞOK OLAY

13 Mart 2019 16:06
1 Şərh     Baxış: 2 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda bir neçə aydır itkin düşmüş şəxsin skeletləşmiş meyiti tapılıb.

Milli.Az bildirir ki, publika.az-ın əldə etdiyi məlumata görə, Kürdəmir rayonu ərazisində oğlana məxsus olan skelet aşkar edilib. Ölən şəxsin kimliyini müəyyən etmək üçün zəruri ekspertizalar təyin edilib, araşdırmalara aparılıb.

Həyata keçirilən araşdırmalar çərçivəsində ölən şəxsin kimliyini dəqiqləşdirilib. Məlum olub ki, skeletləşmiş meyit keçən ilin sentyabr ayından itkin düşmüş 1997-ci il təvəllüdlü Əliyarov Tərxan Rüstəm oğluna məxsusdur.

Qeyd edək ki, T.Əliyarovun ailə üzvləri bir müddət əvvəl teleaparıcı Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" verilişinə çıxaraq Tərxanın yoxa çıxdığını bildiriblər və onun tapılması üçün kömək istəyiblər.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.