Cəmiyyət

Dünyada neftlə şəkil çəkən yeganə rəssam - Keçmişdəki mən - FOTO

22 Mart 2019 00:45
87 Şərh     Baxış: 2 609

Sabir Çopuroğlu: "Bir camışın pulu ilə iki il rəssamlıq oxudum"

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Həmkarlarından fərqlənir. Onun fırçası barmaqları, boyası isə qara qızıldır. Nəinki Azərbaycanda, dünyada neftlə şəkil çəkən yeganə rəssamdır. Dünya Bakı neftini ikinci dəfə onun vasitəsilə tanıyıb. Bu dəfə əcnəbilər Azərbaycanı neft ölkəsi kimi tanımaqla kifayətlənməyib, ölkəmizin neftindən hazırlanan şəkilləri evlərinin ən yaxşı köşəsindən asıblar. Onun əsərləri dünyanın bir çox muzeylərində - ABŞ, Belçika, Yaponiya, Türkiyə, Almaniya, Britaniya və digər ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.

Söhbət rəssam-monumentalist, Azərbaycan Rəssamlar Birliyinin üzvü Sabir Çopuroğludan gedir. Qızıl əlləri ilə qara qızıldan xariqələr yaradan rəssamın keçmişinə səyahət etdik. 

Əslən Borçalıdandır, 1956-cı ildə Gürcüstanın Başkeçid bölgəsində anadan olub. Bakıda Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunda, Gürcüstan Rəssamlıq Akademiyasında təhsil alıb.

"Kasıb olsaq da, xoşbəxt idik"
 
Uşaqlığından danışarkən həm sevinir, həm də kədərlənir. O illərin maraqlı, yoxsa faciəli keçməsinə qərar verə bilmir. Maraqlı tərəfi odur ki, uşaqlıq ən qayğısız illərdir. Faciəlidir ona görə ki, atasız-anasız böyüyüb: "Uşaqlığım maraqlı, bir o qədər də çətin günlərlə yadda qalıb. Amma nə də olsa, o illəri sevirəm. Məni Fatma nənəm böyüdüb. Atamla anam ayrıldıqdan sonra, hər biri fərqli insanlarla ailə qurub, öz həyatlarını yaşayıblar. 1 yaşımdan nənəmin himayəsində olmuşam. Nənəmi ana bilirdim. Bütün uşaqlığım da elə anamla (nənəmlə) bağlıdır. Nə ata, nə də ana sevgisi gördüm. Bu, mənim uşaqlığım faciəli tərəfidir. Amma kənd uşağı olmağın da zövqü başqadır. Kasıb olsaq da, xoşbəxt idik".
 
"Belimizdə odun gətirirdik"
 
Məktəb kənddən 8 km uzaqlıqda yerləşib. Müsahibimiz hər gün eyni yolu piyada gedib-gəlmək məcburiyyətində qalıb. Gəldikdən sonra da, evin həm kişisi, həm də qadını olan nənəsinə kömək edib: "Çantama 2 alma qoyub, acanda yeyirdim. Bizim mal-qaramız, qoyun-quzumuz var idi. Yadımdadır, nənəm inəyi sağanda, inək sakit durmadığı üçün mən başından yapışıb, mahnılar oxuyardım. Mal-qaranı hər gün otarırdım. Əlimdə tütək qoçun üzərində gedirdim. Bəzən nənəmlə meşədən odun yığardıq. Nənəm çox qoçaq qadın idi. Odunu belimizə şələləyib gətirirdik. Sonra ot biçirdik. Uşaqlığım belə hərəkətli və maraqlı keçirdi. Çox balaca kənd idi və hamı bir-birilə münasibətdə idi. Kəndin sakinləri əsasən yaşlı adamlar və uşaqlar idi. Gənclər kənddə qalmırdı. Uşaqlarla futbol oynayardıq. Nənəm yumurtaları satıb bir futbol topu almışdı. O topla kəndlərarası yarışlar keçirirdik". 

"Nənəm məni süpürgə ilə döyürdü"
 
Rəssamlığa da elə uşaqlıq illərindən başlayıb. Lakin bu istedadını əvvəlcə üzə çıxarmayıb: "Neftlə işləməyə həvəs də uşaqlıqdan yaranıb. Mən balaca olarkən nənəmin ayaqlarında, oynaqlarında ağrılar olurdu. Ona Naftalandan müalicə üçün bir şüşə neft gətirmişdilər. Nənəm əlini qara mayeyə batırır və ayaqlarına sürtürdü. Mən də kənardan izləyirdim. İstifadə etdikdən sonra şüşəni evin bir küncündə gizlədirdi. Bir dəfə gizlincə axtarıb həmin butulkanı tapdım. Əlimə töküb divarlara sürtdüm. Ağ divarları ləkələyirdim. Ağlıma nə gəldisə, divara çəkirdim. Nənəm gəlib gördü ki, divar qapqaradır. Möhkəm əsəbiləşdi və məni döydü. O vaxt onu bərk hirsləndirmişdim. Amma bu, mənə təsir etmirdi. Əlimə nə keçirdisə, onunla divarda rəsmlər çəkirdim, karandaşla divar kağızını yazırdım. Evimiz dağların, meşənin ətəyində idi. Yazın əvvəlində biz divarları ağardardıq, odun peçini çölə çıxarardıq. Mən də nənəmə kömək edirdim. Bir gün dedi ki, yuxarı çıx tüstü bacalarının borularını çıxar. Hisdən əllərim qapqara olmuşdu. Əlimi divara sürtdüm, başladım qaralmış əlimlə şəkillər çəkməyə. Bu, xoşuma gəldi. Nənəm məni ağacla, süpürgə ilə döyürdü. Döyülsəm də, o butulkadakı qara maye, hiss həyatımı dəyişdi. O vaxtdan məndə rəssamlığa həvəs oyandı. Tədricən bu istiqamətdə beynimdə müxtəlif ideyaların yarandığını hiss edirdim. O zaman qələmlə, fırça ilə də hərdən rəsm çəkərdim. Amma fikirlərimdə heç kimə izah edə bilmədiyim ideyalar yaşayır, daha da inkişaf edirdi".

"Bir camışın pulu ilə iki il oxudum"
 
Rəsmə marağı olduğu üçün dərslərini yaxşı oxumayıb. Bu istedadını kəşf edən müəllimi ona dəstək olub, xəyallarının ardınca getməsini tapşırıb: "Səhərə kimi yatmayıb şəkillər çəkirdim. Ətrafda nə görürdüm, əksini dəftərlərə köçürürdüm. Hətta evdə süfrənin belə arxasına şəkillər çəkirdim. Amma şəkillərim haqqında heç kimin məlumatı yox idi. Bir gün müəllimim mənim istedadımı kəşf etdi və şəkillərimi istədi. Baxdıqdan sonra məktəbdə sərgimi təşkil etdi. Məni həvəsləndirir, sənətin ardınca getməyim üçün motivasiya verirdi. Orta məktəbi bitirdikdən sonra Bakıya gəldim. Lakin Rəssamlıq Akademiyasına imtahana gecikdiyimdən Rəssamlıq Texnikumunda təhsil aldım. Sonra Gürcüstanda Rəssamlıq Akademiyasında oxudum".

Bakıda təhsil almağa gələrkən də maddi vəziyyətləri yaxşı olmayıb. Müsahibimiz deyir ki, nənəsinin satdığı camışın pulu ilə iki il Bakıda təhsil alıb: "Nənəmin çox sevdiyi camışı var idi. Heyvanı satdı və mənimlə şərt kəsdi ki, səni bu pulla Bakıya göndərirəm. Çalış iki ilə çatdır, oxu, gəl. Vəziyyətimiz yaxşı deyildi. Atam yox, anam baxmır. Tək nənəm dəstək olurdu. Bakıda həqiqətən də elə o camışın pulu ilə təhsil aldım".

"Fəhləlik edə-edə şəkillər çəkirdim"
 
Həmsöhbətimizin ilk işi fəhləlik olub. Elə Tiflisdə təhsil alarkən də, həm oxuyub, həm də işləyib: "İlk dəfə 13 yaşımda fəhləlik etdim. Pul qazanıb nənəmə baxırdım. Tiflisə oxuyarkən də müəllimim dedi ki, mən ev muzeyi tikirəm, sən gəl orada həm fəhləlik et pul qazan, həm də boş vaxtlarında mənimlə işlə. Həm fəhlə oldum, həm də şəkil çəkirdim. Gürcü professor idi. Mənə sənətin incəliklərini öyrədirdi. Gündüz işləyir, gecə şəkil çəkirdim".

Tiflisdə oxuyarkən ailə həyatı qurub: "Ailə qurdum və iki oğlum oldu. Yoldaşım da əslən azərbaycanlı idi. 90-cı illərdə dünyada dəyişikliklər başladı. Qarışıqlıq oldu. Azərbaycanlıları sıxışdırmağa başladılar. Camaat məcbur olub, yerini, yurdunu tərk edirdi. Biz də evimizi orada qoyub Bakıya gəldik. Bu illər bəlkə də ən çətin illər idi. 18 kvadratlıq yerdə ailəm və qayınatamla birlikdə yaşayırdıq. Həm də orada şəkil çəkirdim. Ailəmi dolandırmaq üçün yenə fəhləlik etdim. Dayanacaqlarda "stayanşik", gözətçi işləyirdim. Çox çətin dönəm idi. Rəssamların da vəziyyəti çətin idi. Sifariş yox idi. Yaşadığım çətinlik məni yenilik axtarışına çıxmağa vadar etdi. Birdən nənəmin neftini oğurlayıb divarda şəkillər çəkməyim yadıma düşdü. Bakı da neft şəhəridir. O istedadımdan burada istifadə edə bilərdim. Neftlə bağlı o qədər düşünürdüm ki, hətta yuxularımda belə neftin içində yeriyirdim".

Neft ideyası yarandıqdan sonra bir qab götürüb Bayıla yollanıb: "Bayılda o vaxt neft gölməçələri var idi. Təmiz yer axtardım və gölməçələrdən neft yığmağa başladım. Orada neft uzun müddət qalıb qatılaşmışdı. Evə gətirdim amma qoxu kəskin olduğu üçün ailəmlə yaşadığım yerdə çəkə bilmirdim. Özüm üçün balaca yer tutdum və işləməyə başladım. İlk işim həqiqətən möhtəşəm alındı".

"Barmağım və dırnaqlarımla materialı daha yaxşı hiss edirəm"
 
Rəssamın fərqliliyi təkcə neftlə şəkil çəkməklə bitmir. O fırçadan istifadə etmir. Əsərlərini əlləri və dırnaqları ilə çəkir. Boya kimi istifadə etdiyi tək neft deyil. Neftlə qarışıqdan aldığı boya məhsulunu da özü hazırlayıb. Hazırladığı boya maddəsi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən patentə layiq görülüb: "Şəkil çəkmək asan deyil. Hər kəs şəkil çəkə bilər, amma hamı həmin şəkli hiss etdirə bilməz. Məsələn, sən ayı görürsən, mən ayı yox, ayın görmədiyin tərəfini fantaziyamda yaradıb çəkirəm. Sənət budur. Barmağım və dırnaqlarımla materialı daha yaxşı hiss edirəm. Nefti əlimdə hiss etdikdən sonra əllərimlə forma verirəm. Onu hiss etməsəm, ruh verə bilmərəm".

"Şəkillərimə əcnəbilər daha çox maraq göstərir"
 
Müsahibimiz deyir ki, neftlə çəkilən şəkillərə əcnəbilər xüsusi maraq göstərir: "Burada bir alman əsərimi aldı işlərimi Almaniyaya apardı, mənimlə əlaqə saxladı və dedi ki səni ora dəvət edəcəyəm. 2006-cı ildə neftlə çəkdiyim rəsmlərə görə Almaniyaya dəvət olundum. "İncəsənətdə sülh" II Beynəlxalq Simpoziumda 16 dövlətin 32 nümayəndəsi arasında birinci yerə layiq görüldüm".

Sənətə çətinliklərlə gələn, nənəm olmasaydı rəssam olmazdım deyən sənətkar bu gün çəkdiyi zəhmətin bəhrəsini görür. Deyir ki, ən ucuz əsərini 250 dollara, ən bahasını isə 30 min dollara satıb. Amma əsərlərimi auksiona çıxarmamışam. Böyük arenada kifayət qədər böyük qiymətlər olur".

Əsərlərinin mövzu dairəsi rəngarəng olsa da, daha çox tarixi mövzulara üstünlük verir. 600-dən artıq tablonun müəllifi olan rəssam ölkəmizin dünyada tanıdılmasında xüsusi rolu olan neftdən istifadə etməklə həm də Azərbaycan həqiqətlərini dünyaya tanıdır. Əsərlərində Qarabağ mövzusu, Azərbaycanın yeni tarixi xüsusi yer tutur. Bakını çox sevir. Şəhərin tarixi keçmişi, bu günü ilə bağlı Abşeron silsiləsindən olan əsərlər yaradıb. Sabir Çopuroğlunun yaradıcılığında Azərbaycanın keçmişi, tarixi, mədəniyyəti əks olunur. Bu gün dünyada neftlə şəkil çəkən yeganə sənətkar olan həmsöhbətimizin əsərləri bütün dünyada qəbul olunur. Deyir ki, həmişə azərbaycanlı olmağı ilə, Azərbaycanı, onun neft səltənətini dünyada öz fərqli üslubu ilə tanıtmağı ilə fəxr edir.

Sonda gənclərə məsləhət verən müsahibimiz vurğuladı ki, öyrənməkdən, yeniliklər tətbiq etməkdən çəkinməsinlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

87 Şərh:

  • Anonim
    Zaur · 22 Mart 00:5830

    Maradonaya oxşayır

    Cavab yaz
  • Anonim
    Asea · 22 Mart 00:5930

    Əməyə sayğı. Halal olsun.

    Cavab yaz
  • Anonim
    Daglı · 22 Mart 08:1970

    Peşəkar rəssam olmasam da ,mən də rəssamlıqla baglı xatirələrimdən bir az danışım.Uşaq vaxtı səhər yeməyində,anamdan pəncərənin tərləmə səbəbini soruşdum,cavab verdi ki,guya mən sözə baxmayanda,anamı incidəndə pəncərəmiz aglayırmış.Hər səhər yuxudan oyananda birinci pəncərələri yoxlayardım.Tez pəncərədə gülən adam şəkli çəkərdim.Sonra divarda,asfaltın üzərində şəkil çəkdim. Günlərin bir günü asfaltın üstündə oturub şəkil çəkəndə bir nəfər kişi mənə yaxınlaşdı,yaxşı çəkdiyimi dedi, O adam indi hamının tanıdıgı məhşur rəssam imiş,hamımızın sevdiyi bir çox filmlərin quruluşçu rəssamı olub(adını demirəm).Sonra məni rəssamlıq kurslarına apardı,xeyli şeylər öyrəndim.beləcə peşəkar rəsmlər çəkməyə başladım.Peşəkar rəssam olmaq kimi bir iddiam olmasa da,çəkdiyim rəsmləri hamı bəyənirdi, anamın arzusuna uygun olaraq neft-kimya mühəndisi olmaq istəyirdim, oldum da). çəkdiyim rəsmləri satmaga elə çox müştəri olmasa da dolanışıq üçün pul qazana bilirdim... ardı..İllər keçdi...

    Cavab yaz
    • Anonim
      ) · 22 Mart 14:0100

      Demək görən kimi "bir baxışdan". Bəlkə sonunu öncədən görüb razılaşmısız?)

      Cavab yaz
  • Anonim
    Daglı · 22 Mart 08:3660

    ...ardı...Keçmiş SSRİ-nin bir çox respublikalarında rəsm sərgilərində iştirak etdim... Günlərin bir günü Moskvada təhsil aldıgım illərdə, mənimlə təhsil alan iki Çeçen dostum təklif etdilər ki, bəs Çeçenistanda mənim rəsm sərgimi təşkil edək,dedim axı mən rəssam kimi tanınmıram, o sərgiyə heç kim gəlməz. Dedilər, sənin işin olmasın, biz dəvətnamələr paylayıb xeyli adam toplayarıq. Beləcə sərgi üçün rəsmlər hazırlamaga başladım. Təxminən 8aydan sonra yay tətilində Qroznı şəhərinin Mədəniyyət sarayında Sərginin açılışını etdik.Xeyli adam toplamışdılar.Qərara gəlmişdim ki,sərgidən sonra bütün rəsmləri satam,təkcə birindən başqa. Açılışdan təxminən 1saat sonra bir nəfər Kişi,yanında da bir nəfər mənə yaxınlaşıb rəsmləri onlara izah etməyimi istədi.Sonralar öyrəndim ki bu adam Qroznıda Elmi-tədqiqat İnstitutlarından birinin Direktorudu,qızı ilə. Beləcə rəsmləri bir-bir onlara izah edib bitirdim.Sonra məndən rəsm almaq istədi,özü də tərs kimi satmaq istəmədiyim rəsmi,çoxlu pul da təklif etdi....

    Cavab yaz
  • Anonim
    Daglı · 22 Mart 08:4960

    ... həmin rəsmi özümün uşaqlıgıma və Anama həsr etmişdim, üstündə rus dilində ,,Aglatdıgım Pəncərələr". Bu Rəsmi onlara satmagım üçün xeyli dilə tutdular.Axır ki razılaşdım,bu həyatım boyu ,,satdıgım" ən bahalı əsərim idi,xeyli pul təklif etsələr də,mən onu çox-çox baha ,,satdım", yəni Pulsuz ..Bu hadisənin üstündən tam 4il keçdi və O Əsərin ,,Hər ikisi" bir yerdə əbədi olaraq mənim evimə döndü.Sizin ən bahalı əsəriniz 30minə satılsa da,mən ən bahalı əsərimi havayı ,,satmışam",ən ucuz satdıgım rəsmin qiymətini xatırlamıram)

    Cavab yaz
    • Anonim
      ~~~ · 22 Mart 11:3010

      Əvvəllər burda bir xanım vardı,hazırladığı əl işləri haqqında yazardı bəzən,bir gün də göndərdi Milli.Az-a.Bütün marağında olan şərhçilər də baxıb zövq aldılar.Siz də edə bilərsiniz,sizi tanıyan şərhçi dostlarınızın göz zövqünü oxşamaq üçün.Xüsusilə də çoxları Ağlayan Pəncərələri görmək istər deyə düşünürəm.

      Cavab yaz
      • Anonim
        Daglı · 22 Mart 11:5220

        Salam, bəlkə bir gün nə baxtsa edərəm. Mənim adım elədirki, bu addan ölkəmizdə 2-3 nəfər ola, ya olmaya,yəni o saat tanınacam,bunu hələki istəmirəm)

        Cavab yaz
        • Anonim
          ~~~ · 22 Mart 13:2010

          O xanımın adı daxil heç bir şəxsi məlumat verilməmişdi)Sadəcə burdakı niki vəssalam.Rəsmləriniz haqqındakı əhvalatlar maraqlı gəldi deyə təklif etdim.Qərar sizin təbii ki.

          Cavab yaz
          • Anonim
            Daglı · 22 Mart 14:2110

            Bir şey fikirləşərəm

            Cavab yaz
            • Anonim
              Əsranur · 22 Mart 20:4210

              İndi oxudum.Cümlələrdəki ahəngliyi,məntiqi daha çox bəyəndim.Sanki,bir əsərin xülasəsini oxudum.Sadəcə,bravo.O "əsər"ə sadiq qaldığınıza inanmaq istərdim.Sevgisinə sadiq insanlata hörmətim sonsuzdur.

            • Anonim
              Daglı · 22 Mart 21:0020

              Həyatımla risk etməkdən qorxardım sadəcə),zarafat. Sadiq qalmaq insanın şərəf məsələsidir. Qısa yazmışam hələ. Həmin rəsmin 4ildən sonra Moskva aeroportunun tomojnusunda ,,əmanətini özünə qaytarıram" deyib, təqdim etdiyini qeyd etməmişdim).

            • Anonim
              Əsranur · 23 Mart 08:4010

              Maraqlı tarixçədir.Birinci cümləyə güldüm əməlli.Qorxu pis şeydir:))))zarafatdı.Allah bu tarixçənizi nəvələrinizə danışmağı nəsib etsin.Sevgidən doğulmuşlar üçün bu,çox önəmlidir.Xoşbəxt olun,birlikdə yaşa dolun.

  • Anonim
    Daglı · 23 Mart 11:1510

    Salam,Əsra.Çox sag ol,Allah övladlarınızı xoşbəxt etsin. Oglumun sualına cavab verə bilmədim də mən,mətbəxlə baglı)

    Cavab yaz
    • Anonim
      Əsranur · 23 Mart 12:5110

      Uşaqların çox sualına cavab vermək olmur.Çoxunun fikrincə hazırcavab olan mən belə,çox vaxt onların gözlərinə baxmaqla kifayətlənmişəm.Bilmək olmaz,bəlkə,özü də gözəl çeçen qızı ilə ailə qurar və sual verməz daha:)

      Cavab yaz
      • Anonim
        Daglı · 23 Mart 14:3400

        Əsra,səni güllələyərik)

        Cavab yaz
        • Anonim
          Əsranur · 23 Mart 16:0220

          :)))Ay balam,məni nöşün-babam demiş-ərməni zaduğ?:)))Vəxsey sizə qız verən güllədən yayınmağı bacarsın gərək:))

          Cavab yaz
          • Anonim
            Daglı · 23 Mart 17:0110

            Vallah o qədər də qəddar deyilik,əksinə çox yumşaq xarakterli adamlarıq)

            Cavab yaz
            • Anonim
              Əsranur · 23 Mart 19:3530

              Ürəyim gəldi yerinə.Yoxsa,yuxarıda yazmısan ku güllələyərik:)))Bilirsən nəyi təsəvvür etdim-sabah başqa yerdə görələr uşaqlar bir-birini,elçi gələsiniz,söhbət əsnasında aydın ola ki,bizim burdakı zarafatımız reala çevrildi.Adam şok olare:))))

            • Anonim
              Daglı · 23 Mart 20:0920

              Ay ola da). Oglum elə-belə oglan deyile, alman,ingilis,rus,çeçen, Azərbaycan dillərində sərbəst danışır. Yotube-də var ingilis dilində Xocalı, 20yanvar faciələri,Azərbaycanın müstəqilliyi haqqında danışır).

  • Anonim
    F.S.D. · 23 Mart 13:4010

    Salam müəllimə bu lingi mənə atdığınız üçün təşəkkür edirəm. Kolleqa sizə bax bu gözəl həyat tarixiniz üçün ürəkdən təşəkkür edirəm.çox böyük həvəslə maraqla elə bir əsər oxudum. Yaxşıki sizi tanıdım vəbelə bir kolleqam olmasına çox sevindim. Ananızın sizə cavabını mənikdə ağlımdan keçib amma özüm üçün. Ananız özüdə bilmədən sözü sizin gələcək həyatınızı taleyinizi həll edib. Əlməatlərdir bunlar. Yoldaşınız ananızın əsəridir.sevməyinizə sevilməyinizə inanın çox sevinirəm, xöşbəxt uzun ömür yaşayın dostum. Çox istəyərdim şəkillərijizi görmək. Mən fotoda moderatordan xahiş etmişdim Eleqantkanln əl işlərini vermişdi. Adını yazmamışdı sadəcə oxumuzun əl işləri adı ilə vermişdi. Xahiş edərik sizin əl işlərinizidə verərlər çox istəyərdim görmək

    Cavab yaz
    • Anonim
      Daglı · 23 Mart 14:0920

      Salam müəllimə,necəsiz? Çox sag olun,təşəkkür edirəm, sizə və əzizlərinizə xoşbəxt ömür arzu edirəm. 6 Noyabr ərəfəsində sərgim olacaq bir nəfərlə,atamın xatirə gününə həsr olunmuş,bir müddətdən sonra hazırlaşmaga başlayacam.Onda Bir şey fikirləşəcəm, mən elə də çox rəsmlər çəkmirəm,çəkdiklərim də hamısı ya özümün,ya da çəkdiyim adamın pasportu olur. Amma atası çox incitdi məni o vaxtlar). Bu hissəni sizə danışmaq maraqlı olardı bəlkə də. Deməli, bir neçə dəfə Moskvadan,Çeçenistan bölməsinə keçmək istəyirdim, bu adamın rəhbəri oldugu İnstituta,özümü tanıtmaq üçün,həm də bu kişini razı salmaq üçün,amma bu imkan vermirdi.Axır bunun bir dostun tapıb razı saldırdım,məni çagırdı gəldim,mənə qayıtdı ki,səni təcrübəçi-tədqiqatçı götürə bilərəm,dedim razıyam,bu da qayıtdı ki, razısansa deməli özünə hörmət etmirsən,təsəvvür edin ki,müdafiə etmiş adama bu vəzifə təhqirdi),dedim yox, əksinə,sonra 2il 7ay bu vəzifədə işləməli oldum,qohumlar çox çalışdı,bunu razı sala bilmədilər,deyirdi,biz hara,Bakı hara ..ardı..

      Cavab yaz
      • Anonim
        F.S.D. · 23 Mart 14:4110

        Salam Kolleqa, çox sağ olun maraqlı həyat hekayənizi oxuduqdan sonra çox yaxşı oldum inanın elə bil sonu xöıbəxtlik bitən bir gözəl əsər oxudum. Allah atanıza min rəhmət etsin. Demək yoldaşını rəssamdır lap yaxşı can sağlığı ilə xöşbəxt yaşayın. Sizin sevginiz qalib gəldi sevdinizi sübut etmisiniz.halal olsun sizə etbarlarını və qızlarını qazanmısınız. Əslində onlar sizi udublar hər tərəfli))) sərginizə dəvət etsəydiniz məmuniyyətlə gələrdim.

        Cavab yaz
      • Anonim
        F.S.D. · 23 Mart 15:3110

        Kolleqa təkrar yaxıram əvəlki verilmədi)) çox sağ olun. Maraqlı həyat hekayənizi gözəl əsər kimi oxudum və çox sevindim. Atanıza Allah min rəhmət etsin, sizin kimi oğlu ilə fəxr etmək lazımdır. Demək yoldaşınız rəssamdır o da rəssam gözü ilə əsər qarışıq sizi seçib və udub, əla zövqləriniz var. Dostum ürəkdən can sağlığı ilə uzun ömürlü olmanızı xöşbəxt yaşamağınızı arzulayıram. Siz yazmamış bildim ki müdafiə etdikdən sonra rəsmin arxasınca direktorun rəhbərlik etdiyi instituta gəlmisiniz)) məqsədli gəldiyinz üçün razılaşmısınız))) çox yaxşı övladsınız qızı götürüb ananızın yanına gəlmisiniz. Sərginizdə iştirak çox yaxşı olardı. İndidən uğurlar arzulayıram və çox maraqla gözləyirəm. Sərgudə ədərlərinizi g görməsəkdə burada görmək qismət olsun

        Cavab yaz
        • Anonim
          Daglı · 23 Mart 16:1520

          Müəllimə çox sag olun gözəl arzularınıza görə. Yox rəssam deyil, fizikdir, Moskva Dövlət Universitetini bitirib.

          Cavab yaz
    • Anonim
      Daglı · 23 Mart 14:2920

      ...ardı...təsəvvür edin ki,elmi tədbirlərdə də mənə imkan vermirdi,istəyirdi bezib,çıxım,gedim.Amma dözdüm.Çox zülmdən sonra, Axır bir gün Çingiz müəllim,başqa bir tanınmışla gedib bunu razı saldılar). Sabahı günü məni çagırdı ki,axır razıyam,gəl səni şöbə müdiri qoyum,bir neçə aydan sonra da zamdirektor qoyaram.Dedim əsas məsələyə kişi kimi razısan?Əlini uzatdıki bəli.Mən də o dəqiqə kagız götürüb,işdən çıxmaq haqqında ərizə yazıb qoydum qarşısına,qayıtdı ki aglın olsun niyə çıxırsan?Dedim,,çünki özümə hörmətim var".Dedim xatırlıyırsan bu sözü?Dedi,hə...Dedim onda 2 ay vaxtın var,toya hazırlaş)...Beləcə çıxıb,gəldim.. indi arada evdəki sataşmaq üçün deyir ki, ata niyə səni o vaxt elə incidirdi?Deyirəm, yəqin elə bilirdi ki, babasını ruslar yox,mən öldürmüşəm). Babaları rusların qənimi olub, Şeyx Şamilin müridi..amma indi çox istiyir,həm qızı özü onları cəzalandırdı,demək olar ki,3il getmədi ata evinə,nə qədər etdiksə,getmədi..atası deyirdi,sənin qisasını almasa onda gərək çeçen qızı olmasın)

      Cavab yaz
      • Anonim
        F.S.D. · 23 Mart 16:0820

        Yenədə çox maraqla oxudum. Yoldaşınız fizikdir indi xatırladım))həyat hekayənzi o qədər maraqla həvəslə oxudum ki rəssam bildim və rəssam gözü ilə sizin əsərinizi müəlifi qarışıq seçib düşündüm))) Sadəcə əhsən sizə, babanızın qanı var axı sizdə))) halal olsun sizin kimi oğula. Yaxşı ki qayıtdınız, mərdliyinizi sübut etdiniz ananızı tək qoymadınız bir daha sizinlə ürəkdən fəxr etdim. Allah qorusun sizi ailənzi. Çox maraqlı insansınız. Çeçen qızının bəxti gətirib, siz ona o qədər yaxşı baxmısınız ki atasını "cəzalandırıb" bu sizə hörmət əlamətidir sağ olsun. Maraqlı xatirələriniz üçün bir daha ürəkdən təşəkkür edirəm gözəl əsər oxuduğum hesab etdim və xatirələrinizin düvamnı gözləyirəm. Əvvəlcədən təşəkkür edirəm

        Cavab yaz
      • Anonim
        F.S.D. · 23 Mart 18:4410

        Kolleqa aldıqları o rəsmi Moskvada sizə atası sizə razılıq əlaməti kimi verdi, yoxsa qızı? Yoxsa gözəl gəlnimiz özü ilə birlikdə cehiz kimi gətirdi? Maraqlıdır mənə təsəvvür edib gülürəm burada)) necə gözəl möhtəşəm sevgi, Allah sizi xöşbəxt etsin, oğullarınızla qürur duyasınız, . Bir daha çox sağ olun,

        Cavab yaz
        • Anonim
          Daglı · 23 Mart 19:1620

          Yox, Çeçenistanda toy olmuşdu, Moskvada da evləri var, ordan biz artıq bir yerdə Bakıya gəlirdik, 3gün sonra toy edəcəkdik Bakıda, özüylə gətirirdi rəsmi).

          Cavab yaz
          • Anonim
            F.S.D. · 23 Mart 20:0010

            Kolleqa necə gözəl sevgi üzərində ailə təməliniz qoyulub, inanın Allaha çox sevinirəm xəyəlpərəst olduğum üçün bu gözəl sevdini gözümn qarşısına gətirib sevinirəm.Allah sizi xöşbəxt ömür qismət etsin. Təsəvür edirəm gözəl gəlnimiz sevimli əsərini Sizə təhvil verəndə necə uşaq kimi sevinmisiziniz, ömrü boyu sevinəsiniz. Bu möhtəşəm sevgidən iki gözəl ağıllı fəxr ediləsi oğul övladınız bu çox gözəldir, anasına oxşayan qıZ övladınızda olsaydı lap yaxşı olardı. Allah qorusun ailənizi

            Cavab yaz
            • Anonim
              Daglı · 23 Mart 20:1520

              Çox sag olun müəllimə, Allah sizə də xoşbəxt günlər nəsib etsin, rəsmi görəndə əvvəl gözlərim doldu,kövrəldim,sonra ortanı yumşaltmaq üçün zarafata keçdim, dedim mənə bu rəsm lazım idi,hamı gülüşdü). Mənim bir oglum var, qızım tibb univetərsiteti 3-cü kursda oxuyur,əlaçıdır, 687balla qəbul olub.Görək bu il oglum neynəyəcək

        • Anonim
          Daglı · 23 Mart 19:2520

          Siz sag olun,müəllimə. Bunların ulu babası deyim sizə kimdi. Baysanqur Benoevski. Şeyx Şamilin sag əli. 1859-cu ildə,Şamil məhşur Qunib kəndində təslim olanda,Benoevski etiraz edir, amma Şamil deyir, istər Dagıstanda,istərsə də Çeçenistanda kifayət qədər uşaq yetim qalıb,bəsdi. Bu da istəyib Şamili vursun ki,təki Şamil təslim olmasın,amma Şamil gedir, bu da arxadan çagırır ki,Şamil dönsün bu da vursun, Şamil dönmür bu da arxadan atəş açmır,deyir çeçenlər arxadan güllə atmaz, amma özü 500nəfərlə üçqat mühasirəni yarıb qaçır və 1il yenidən ruslara qarşı vuruşur, tarixdə də var bu)amma nə qədər güclü olsalar da,mənimlə bacarmadılar)

          Cavab yaz
          • Anonim
            F.S.D. · 23 Mart 20:1410

            Xatırladım. Bu tarixi bilirəm oxumuşam, Şamil düz etdi. çeçenlər ruslarla həmişə müharibə edib.90-cı illərdə müharıhədə dəhşətlər oldu hər iki tərəf zülm verdi, yazmağa hətta qorxuram məncə bu müharibəyə ehtiyac yox idi. Kolleqa sevginin qarşısını heç bir güc ala bilmir, heç kim qarşısını ala bilmir siz sevginizlə sebginizə sadiqliyinizlə onlara qalıb gəlmisiniz həmdə ulu höcət babanızın qanı var axı sizdə))) lap yaxşı gözəl həyat xatırələrinizi paylaşdığınız üçün bir daha təşəkkür edirəm. Gülürəm uşaqlar soruşurki bibi nə olub bütün günü əhvlanız birdən.birə yaxşılaşdı. Deyirəm bibi qurban çox gözəl və çox maraqlı əsər oxuyuram. Əsərin qəhrəmanları çox gözəl insanlardır, xöşbəxt ömür yaşasınlar.

            Cavab yaz
            • Anonim
              Daglı · 23 Mart 20:4310

              Mən sizə təşəkkür edirəm, müəllimə, əhvalınız daima xoş olsun inşallah.Allah köməyiniz olsun

            • Anonim
              Əsranur · 23 Mart 21:0330

              Bağışlayın müdaxiləmə görə..Bu "Baysanqur "adı nəsildə kiməsə verilib?Çünki bizdə o naxış var,bizim bəxtimizə düşər:)))))

            • Anonim
              Daglı · 23 Mart 21:3010

              Xeyir,Qohum. Oglumun çox gözəl adı var, elə qızınızın adına tam uygundur,qızım anamın adını daşıyır və qızının adına olduqca oxşardır,çagıranda hətta ikisi də hay verəcək qədər). Baysanqurun adını özləri qoysun da biz niyə qoyuruq. Atamın da adını nəvəmiz daşıyacaq inşallah, deyəcəm saa və bir nəfərə zulm eləsin,Qarabaglılar demişkən)

            • Anonim
              Əsranur · 23 Mart 21:3630

              Allah mamaya uzun ömür versin,daima yanınızda olsun.Allah atanızın da adını yaşatmağı qismət eləsin.Allah Baysanqura da rəhmət ,bayaqdan eləsin,bayaqdan fikir götürmüşdü məni:)Mamanın adını təxmin etdim.Bəlkə də "Zər"sözü var isminin qabağında.Allah nəticə görməyi nəsib etsin.

            • Anonim
              Daglı · 23 Mart 21:5800

              Allah sizinkilərə də ömür versin, xeyir zər sözü yoxdur, beş hərfli addır. Baysanqurun adını heç özləri də qoymayıb,hamısının adı təmiz azərbaycan adlarıdır,soyadları da).

          • Anonim
            F.S.D. · 23 Mart 21:0110

            Sizdə çox sağ olun bu günki günümüm maraqlı keçdi sayənizdə təşəkkür edirəm. Elə bilki bu romanın müəllifi mənəm gözəl əsər yazmışam, yazdığımı oxucu kimi t oxuyub fərəhlənirəm bir daha təşəkkür edirəm. Ananız qismətinizi yazıb gəlnimiz əsərin məhsuludur.övladlarınızla həmişə fəxr edəsiniz. Övladlarınız özünüzə oxşayıb savarlıdırlar Allah gözəl bəxtli etsin, xöşbəxt yaşasınlar. Yotubda tapa bilmərəm müəllimdən xahiş edərəm tapsa mənədə atsın. Bizim Nigar balamızda çox yaxşı qızdır qabiliiyətlidir təmizkardır savadlıdır. Mənim üçün xöşbəxt həyat xəyalımdadır həyatda gözləmirəm))) bu gün sizin vaxtınızı çox aldım

            Cavab yaz
            • Anonim
              Daglı · 23 Mart 21:3720

              Amma mən sizin xoşbəxt həyatınızı həyatda gözləyirəm,mənim oglanlarım hamısı avaradı,yoxsa gəlib oturardım elçi daşının üstündə). Mən sizə təşəkkür edirəm, bizimkilər hamısı rayonda dincəlir,həm də toylar var,iştirak etməliydilər,anam da gedib, qalmışam tək, vaxtınızı mənə sərf etdiniz çox sag olun

            • Anonim
              Daglı · 23 Mart 21:3810

              Əminəm ki, yaxşı qızdır,agıllıdı. Bizim oglan kimi)

            • Anonim
              Daglı · 23 Mart 22:0320

              Sizə layiq deyillər, hamısı vicdansuzdu, Çingiz müəllim demişkən)

  • Anonim
    F.S.D. · 23 Mart 22:0010

    Çox sa olun, mən daha gözləmirəm o xöşbəxtliyi(( heç ümid edib gözləməkdə mümkün deyil, yenədə çox sağ olun. Nə yaxşı istirahətə gediblər, həmişə gəzməkdə, toyda olsunlar. Balalarınız üçün olsun xeyir iş. Əslndə mən sizə təşəkkür edirəm sayənizdə vaxtımı maraqlı keçirdiyim bu gün. Çox sağ olun yaxşıkı sizi tanıdım Abel müəllimin sayəsində. Bəli oğlunuz kimi ağıllıdır mqızımız.

    Cavab yaz
    • Anonim
      Daglı · 23 Mart 22:2410

      Çox sag olun, sizin də dogmalarınıza qismət olsun toy-düyünlər. Siz gözləməsəz də,biz gözləyirik. Əsranurla ,,Lezginka" oynamalıyıg axı biz, daglılarla qohum olur,görək bacarırmı)

      Cavab yaz
      • Anonim
        F.S.D. · 23 Mart 22:3710

        Axşamınız xeyir çox sağ olun əzizlərinizə qismət etsin toy düyün. Allah hər zaman sevindirsin. Sizi əsrnurla ləzginka oynmağınızı məndə sizə qoşulub gözləyirəm

        Cavab yaz
        • Anonim
          Daglı · 23 Mart 22:4510

          Amma mən deyən şəraitdə. Axşamınız xeyir

          Cavab yaz
          • Anonim
            F.S.D. · 23 Mart 23:2210

            Sizin hansı şəraitdə yəni tankla xəncərlə ləzgnka rəqsinizə mən toydan sonra telefonda videonuza baxıb sevinəcəm.

            Cavab yaz
            • Anonim
              Daglı · 23 Mart 23:3720

              Yəni bizim yox,sizin xeyir işinizdə.

            • Anonim
              Daglı · 23 Mart 23:3820

              Bəlkə,Əsranurla dava da saldıq toyda,keçmiş qədeşlər kimi)

            • Anonim
              F.S.D. · 24 Mart 00:1210

              Kolleqa çox sağ olun mənim xeyir işə heç fikrim yoxdur ağlım kəsəndən toy dəbəbəni heç xoşlamamışam indi heç ağlımdan da keçmir. Sizin Əsranurla rəqsinizi gözləyirəm. İndi fikirləşirəm kimin tərəfinə keçim?))) Moderator bu gün sizə zəhmət verdik xahiş edirəm üzürlü hesab ediniz. Bu günki söhbətə səbəbkar olan rəssama uğurlar arzulaYıram bir neçə il qabaq bu rəssam haqqında oxumuşdum. Gecəniz xeyrə qalsın

            • Anonim
              Daglı · 24 Mart 00:2410

              Kimin tərəfində olmalısız? Əlbəttə ki mənim, mən Əsranurla rəqabətdə zəif bənd olaram hər halda,ona görə də balans yaratmaq üçün mən tərəfdə olmalısız.

            • Anonim
              F.S.D. · 24 Mart 00:5510

              Hörmətinizə görə çox sağ olun. Yenədə güldürdünüz artıq yazanda kolleqa olaraq fikrimdə siz tərəfə keçmişdim)) bir daha çox sağ olun övladlarınıza həmişə fəxr edəsiniz.

            • Anonim
              Əsranur · 24 Mart 11:3910

              Zəif bənd eee:))))Türklər demiş-Vay bee neymişim ben?:)))

      • Anonim
        Əsranur · 23 Mart 22:3930

        :)))))4 yaşımdan 15 yaşıma qədər rəqsə getmişəm.Amma,toyda oynamağı sevmirəm."Ləzginka"nı voobşe oynaya bilmirəm.Məncə,o rəqsi ifa edənlərdə ümumi cəsarət olmalıdır.Mənim burda yetənə yetib,yetməyənə daş atmağıma baxma,həyatda müəyyən çərçivədəyəm.Amma,gözəl rəqs edənlərə tamaşa etməyi sevirəm.

        Cavab yaz
        • Anonim
          Daglı · 23 Mart 22:4710

          Vaxta var hələ, öyrənərsən o vaxta qədər, özü də xəncərlə. Yoldaşına da de, hamınız toya xəncərlə gəlməlisiz,biləsiz

          Cavab yaz
          • Anonim
            Əsranur · 23 Mart 22:5420

            :)))))))))))))))Mən yenə də yağ-steyk bıçağından götürərəm,atası lazım olarsa tankla da gələr.Bircə,o tüklü papağlardan qoymayın başımıza:)))

            Cavab yaz
            • Anonim
              Daglı · 23 Mart 23:0010

              Özün bilirsən də, papaqsız, xəncərsiz ləzginka olmaz,tankla gəlmək istəyirsə buyursun

            • Anonim
              Əsranur · 23 Mart 23:0310

              Bahoo.Denən day şou proqram hazırlayaq da:)))Təsəvvürünə öldüm gülməkdən.

            • Anonim
              Daglı · 23 Mart 23:2420

              Zarafat etdiyimi bilirsən yəqin,o papaqdan heç bizim evlərdə yoxdu, sadəcə xəncər var, o da suvenir kimi). Toylarımız da hamının toyu kimi keçir. Mənim toyumu Briliyant xanım aparıb,1-2 başqa mügənni ilə,səviyyəsiz manısları heç vaxt dəvət etmirik. Bu yaxında əmim nəvəsinə toy etdik, cavan mugam oxuyan uşaqları gətirmişdik,özləri rəqs mahnılarını da oxuyub yola verdilər. Amma oglumun toyu məxsusi olacaq, Elbrus Kosayevlə, Maya Balotayevaya söz vermişəmki onları da gətirəcəm. Özləri əhd ediblər). İstəsən qulaq asarsan, yaxşı duet oxuyurlar. Bir-iki dəfə gətirtmişəm onları qohum toylarına.

  • Anonim
    Daglı · 23 Mart 22:5310

    Əsra, bayag yadımdan çıxdı demədim, asi və sən istənilən söhbətə müdaxilə etməkdə sərbəstsiniz

    Cavab yaz
    • Anonim
      Əsranur · 23 Mart 22:5910

      Təşəkkür edirəm.Elə şeydə bir az ehtiyatlıyıq Asi də,mən də.Mənə aidiyyatı olmayan söhbətə müdaxiləni sevmirəm.Amma,hörmət üçün minnətdaram.

      Cavab yaz
      • Anonim
        Daglı · 23 Mart 23:3530

        Dedim də,sizə yaşıl işıqdı, asi mənim ən yaxın bildiyim adamdı,elə bilirəm Şimalda da asi kimi bir bacım var,sən də onun kimi,düzdü o bir az qərib olduguna görə bacı olaraq zəif yerimdi, qəriblikdə yaşayanlara kövrəlirəm həmişə,mən bir az həssasam belə şeylərə,bilirsən,bizdən qabaqkı nəsilərimiz demək olar ki,bütün həyatlarını qürbətdə,sürgündə yaşayıblar,güllələnən kimi, əziyyətdən,zülmdən ölən kim. Amma hamısı Vətən üçün canını qurban verən adamlar.Nənəm ömrünün sonuna qədər dəniz qıragında oturub,atasının,qardaşlarının,neçə-neçə əzizlərinin yolunu gözlədi,elə bilirdi nə vaxtsa gələcəklər.Qürbəti sevmirəm ona görə də.

        Cavab yaz
        • Anonim
          Əsranur · 24 Mart 11:5530

          Salam.Bəlkə indi yazacaqlarım mənim haqda fikirlərində mənfiyə doğru dəyişiklər edəcək,amma,mən ikiüzlülüyü bacarmıram.Beynimdə-ürəyimdə nədirsə,onu deməkdən özümü saxlamaqda özüm belə acizəm.Əvvəllər "Vətən",ələlxüsus da "Bakı"anlayışı mənim üçün tam başqa idi.Mən Bakısına dəhşət sevdalı biri idim.Sovetskinin əyri dalanları,nahamar küçələri,həyasız-davakar qonşuları,uşaqlığım üstündə keçmiş,yayda ayağımın altı yanan damları mənim üçün vətən idi.Ailə qurandan sonra,adicə rayonlara gəzməyə gedəndə də,sanki ürəyimi Bakıda qoyub gedirdim.Ölsəm ən yaxınım üstümə gəlib çatmasa da,yetər ki,Bakıda ölüm deyərdim.Hətta,bir dəfə Şəkidə güclü yağış yağdı.Elə yağış həyatım boyu görməmişdim,Yağışda islanmağı xoşlayan mənim hər damcısı başımı ağradanda-Vayyy,dünyanın axırıdır,mən də Şəkidə sözüm anekdot kimi düşmüşdü bir-ikisinin dilinə.Amma,o gün mənim Sovetskimi axtarıb tapmayanda anladım ki,mənim vətənim yoxdur.Çoxunun uşaqlığı keçən evi satılır da,təmir olunur da...Amma,mənim uşaqlığımı traktorun dişində süpürlədil

          Cavab yaz
        • Anonim
          Əsranur · 24 Mart 12:0720

          süpürlədilər.Uşaqlığım indi ancaq xatirələrdədir.Vətən anlayışı vəziyyətə görə də dəyişə bilir.Uşaqlar oxuyurlar.Düşünürəm ki,sabah bitirib gələndən sonra yaxşı bir iş tapa biləcəklərmi?Ola da bilər ki,heç gəlməsinlər.Yaşlananda hamıdan uzaq yaşasam,Bakım gözümdə də olmaz.Mənim ən birinci vətənim onlardır,onların yanıdır.Onlar harda,mən də orda.Onların da vətəni quru daş-torpaq yox,onların illərlə zəhmət çəkib aldıqları təhsilə qiymət verən ölkədir.Düşünürəm ki,insanlar dövlət üçün yox,dövlət insanlar üçün olmalıdır.Çünki,indiki uşaqlar bizlərdən tam fərqli baxırlar vətən anlayışına.İndiki uşaqlar qarşılıq gözləyirlər.Bizim vaxtımızda əsgərliyə getmək mütləq idisə,indiki uşaqlar məna axtarırlar."Niyə?","Niyə ancaq biz?"sualını da verirlər.Bəzən o suallarında elə haqlı olurlar ki..İllah da bu uşaqlar fəlsəfəni,dünya tarixini,siyasətini qurdalayan,məndən də qat-qat savadlı uşaqlardırsa..Cox vaxt cavab verə bilmədiyim suallar bu tip suallardır.

          Cavab yaz
          • Anonim
            Daglı · 24 Mart 12:2520

            Salam Əsra,necəsən? Əvvəlki nəsillər üçün Vətən anlayışı eyni idi, indi zaman çox dəyişib, amma inan ki,mənim üçün də Bakı nədirsə, Qarabag da odur. Bir neçə günlüyə Azərbaycandan çıxan kimi darıxıram elə bilirəm,nəfəsim çatmır. Əslində bizim də bir neçə il sonra köçüb getmək fikrimiz var, hər şey də hazırdı gedəcəyimiz yerdə.Amma bu övladlarım üçündü, özümə qalsa heç vaxt getmərəm ata-babalarlmın oldugu torpaqdan.

            Cavab yaz
            • Anonim
              Əsranur · 24 Mart 12:5210

              Anlayıram.Böyük oğlum məni ,onu rus sektorunda oxutmadığıma görə qınayır.O vaxt qoya da bilərdim,müəllim tuta da bilərdim.Amma,özüm istəmədim.İstədim ancaq özüm hazırlaşdırım onları,həm də,köklü rusdilli ailə başqadır,sonradan uşağını rus dilinə qoyan ailə başqadır.Cevrəmdəki tanışlardan İkinci variantın uşaqlarını daha sırtığ,böyüyün üzünə ağ olan,danışanda ağzını əyən,öz azərbaycanlısına çuşka kimi baxan,əli siqaretli,rusun özündən də açıq-saçıq gəzən qızlı-oğlanlı gördüm.İstədim tam axərbaycanlı balası böyüdüm.Açığı,istəyimə nail olmuşam da.Oğlan kimi oğlan,qız kimi qız böyüyüblər.Amma,rus dilinin burdakı statusunun əhəmiyyətini indi gördükcə,görürəm uşaq düz deyir.Səncə,bu özü adamı ciyrindirən problemlərdən biri deyilmi?Qarabağa gəldikdə isə,üzünü görmədiyim o torpağı köçkününə görə dəyərləndirirəm.Qarabağ da qarabağlının itən,əlçatmaz Sovetskidir.Onları çox gözəl başa düşürəm.Adamın bir düyməsi itəndə,günlərlə onun itdiyi yerdə qalır gözü ki bəlkə də taparam.Bir də var ki,əlinin hər qumuna-daşına də

            • Anonim
              Əsranur · 24 Mart 13:0600

              Vətən də pulla alına bilirmiş çoxu bakılı üçün.Pulu olan bakılı Bakıda düzənini qura biləcək.Olmayan isə,yalla Hövsana,Meştağaya,Saraya,Xırdalana...Bax,vətən bəzən domino daşları kimi də olub,yerini dəyişə bilir.Yuxarıda "necəsən?"sualına indi cavab verirəm-İtmiş uşaqlığımı xatırlamış kimiyəm...

            • Anonim
              Daglı · 24 Mart 13:1910

              Mənim uşaqlarım rus sektorunda oxuyublar,amma sadəcə oxuyublar, hər ikisi şükür ki,əsil Azərbaycanlı kimi böyüyüb,geyimləri də davranışları da. Qardaşım uşaqları da, əmim uşaqları və onların övladları hamısı Azərbaycana nümunə göstəriləcək övladlar kimi böyüyüblər. Bizim nəsilimizdə heç içki də içilmir, içki olan məclislərə gedəndə bizimçün mütləq ayrıca stol hazırlanır, heç dindar da deyilik, amma əxlaqı və saglamlıgı korlayan hər şeydən uzagıq,broyler toyuqları,kolbasa-sosiska və s. evlərimizin kandarından içəri keçmiyib,özü də bütöv nəsilimizin. Heç tanımadıgımız adamın kəsdiyi malın ətindən də almırıq). Uşaqlarımız xüsusi nəzarətdə, tərbiyəli və savadlı, yaxud güvəndiyimiz şəraitdə yaşayırlar.İnsanıga sevgi var hamımızda. Geniş izahat verdim)

            • Anonim
              Daglı · 24 Mart 13:2200

              Səni tam başa düşürəm,mən də itirmişəm uşaqlıgımı. Amma əvəzində ulu babalarımın yaşadıgı hissədə yaşayayıram,həm də Nənəmin dənizinə yaxın

            • Anonim
              Əsranur · 24 Mart 13:3300

              dəydiyi torpağı alalar əlindən məcburi.Elə bilirsən anlamıram?Orda basdırılmaq istəyən nənə-babaların acısını,valideynlərinin qəbrini ziyarət edə bilməyən vətəndaşlarımızın dərdini çox gözəl anlayıram.Amma,"Quru-quru qirbanın olum"la iş bitməz.Həm,Qarabağ dərdi özünü qarabağlı bilənlər dünyasını dəyişənə kimidir.Özün də görürsən ki,kökü qarabağlı olan ailələrin Bakıda doğulan uşaqlarına o mövzu,o hiss tanış deyil.Çünki,onlar Qarabağ görməyiblər,Qarabağ məktəbində oxumayıblar,Qarabağ düzündə qoyun otarmayıblar,Qarabağ havasını ciyərlərinə çəkməyiblər.Bunda isə,o uşaqların günahı yoxdur.Günah qarabağlını Qarabağsız qoyanlardadır.Dediyim kimi mənim vətənim ayaq açdığım Sovetskiy idi deyə,mən yuxarıdakı yazılarımı göz yaşlarıyla yazdım.

          • Anonim
            Əsranur · 24 Mart 12:2710

            Əlbət ki müharibə başlayarsa,mütləq mənim evimdən 3 kişi getməlidir-heç nə də olmasa,məni və bacılarını deyib..Amma,rəvamıdır ki,bığı burma,qoluyoğun kişilər,imkanlı balaları dura-dura,mənim,sənin,onun nəfəslərindən süd iyi gələn körpələri güllə qabağına verilsin??Müharibədirsə,hamı bir nəfər kimi sarılsın silaha,müharibəyə getsinlər.Yoxsa ki,erməninin gündə bir ocağa od salmağıyla,nə müharibə olmur,nə də Vətən.Artıq "mənim özümü də Vətənimə vətəndaş olmaqdan ciyrindirməsinlər"deyirəm.Yəqinki,anladın məni.İndi Bakıdayam,amma,ürəyimin 2 parçasından uzaqda..İndi vətənsizəm.İndi deyə bilərsən ki,göndərməyəydin uşaqlarını.Razıyam.Amma,özün də bilirsən ki,adicə kişi salonuna biri türk ustası,o biri azərbaycanlı usta işə düzəlmək istərsə,türk ustasının şansı daha çoxdur.Həm,praktika baxımından,həm də xoşlayırıq onun-bunun yanan barmağına yod sürtməyə..Həm övladım 1 addım qabaq olsun,həm də dar macalda burdan gedib başqa yerdə özünü tapsın deyə,göndərdim onları.

            Cavab yaz
        • Anonim
          Əsranur · 24 Mart 12:1900

          Əlbət ki müharibə başlayarsa,mütləq mənim evimdən 3 kişi getməlidir-heç nə də olmasa,məni və bacılarını deyib..Amma,rəvamıdır ki,bığı burma,qoluyoğun kişilər,imkanlı balaları dura-dura,mənim,sənin,onun nəfəslərindən süd iyi gələn körpələri güllə qabağına verilsin??Müharibədirsə,hamı bir nəfər kimi sarılsın silaha,müharibəyə getsinlər.Yoxsa ki,erməninin gündə bir ocağa od salmağıyla,nə müharibə olmur,nə də Vətən.Artıq "mənim özümü də Vətənimə vətəndaş olmaqdan ciyrindirməsinlər"deyirəm.Yəqinki,anladın məni.İndi Bakıdayam,amma,ürəyimin 2 parçasından uzaqda..İndi vətənsizəm.İndi deyə bilərsən ki,göndərməyəydin uşaqlarını.Razıyam.Amma,özün də bilirsən ki,adicə kişi salonuna biri türk ustası,o biri azərbaycanlı usta işə düzəlmək istərsə,türk ustasının şansı daha çoxdur.Həm,praktika baxımından,həm də xoşlayırıq onun-bunun yanan barmağına yod sürtməyə..Həm övladım 1 addım qabaq olsun,həm də dar macalda burdan gedib başqa yerdə özünü tapsın deyə,göndərdim onları.

          Cavab yaz
          • Anonim
            Daglı · 24 Mart 12:4210

            Əsra, bütün dedikləriində haqlısan. Amma inanki, müharibə başlasa sənin,mənim evimdəkilərə ehtiyac qalmaz, Azərbaycanın ordusu müharibəni udmaq üçün yetərlidi. Yox əgər kənar dövlətlər müdaxilə edəcəksə, onda biz də tək olmayacagıq,bizə də dəstək olacaq

            Cavab yaz
            • Anonim
              Əsranur · 24 Mart 13:1800

              Bəs Azərbaycan ordusundakı bala mənim balam deyilmi,əsgər mənim qardaşım deyilmi?Əgər şans varsa,müəyyən məhdudiyyət qoyulmayacaqsa olsun müharibə.Boş-boşuna mənim kimi atasız,cəmiyyətdən qorxan,atasızlıqdan daima özünü müdafiəyə hazır övladlar böyüməsin.Qoysunlar uşaqlar atalı dünyalarında sağlam böyüsünlər,uşaqlar sınıq böyüməsinlər.Çünki,sınıq uşaqlar özlərini cəmiyyətdə gec tapırlar....Mən də rəsm əsərindən müharibəyə gedib çıxdım...Evdə də deyirəm ki,bekar olduğumu görəndə məni dindirməyin,yoxsa kaşa-malaşa edirəm hər söhbəti:)))

  • Anonim
    Daglı · 24 Mart 12:2910

    Salam müəllimə,necəsiz? Etimadınıza görə çox sag olun, Əsra ilə tək bacarmaq bir az çətin olardı mənimçün, həmişə xoş əhvalda olasınız)

    Cavab yaz
    • Anonim
      Əsranur · 24 Mart 13:2110

      Fsd xanıma dünən özüm atmışdım bu linki.Çünki,bilirdim ki,həm iş günü deyil,həm də sizinlə mövzuları müzakirə etmək ona xoş təsir bağışlayır.Mövzularda da ortaq fikirləriniz çoxdur.Ona görə də dünən xahiş etdim ki,bu səhifəni oxusun.

      Cavab yaz
      • Anonim
        Əsranur · 24 Mart 13:3900

        Allah nənənizə rəhmət eləsin.Deyəkki,sən nənənin dənizinə yaxın yaşamağı bacardın.Amma,mənim nənəm 15 yaşında gəlin gəldiyi mülkdən çıxıb,Saraya gedəsi oldu.Mənim özümçün hava xoşdur.Uşaqların evləri-eşikləri var atalarının sayəsində.Prosto mən ömür boyu onun-bunun dərdini çəkməkdən yorulmadım-kimsənin umurunda olmasam belə:)

        Cavab yaz
      • Anonim
        Daglı · 24 Mart 14:1410

        Çox sag ol ki, FSD xanımı bizimlə həmsöhbət etdin, siyasi mövzuları dayandıraq artıq). Məndə də bayram günləri oldugu üçün bekarçılıq yaranıb, üstəlik evdə də tək qoyublar məni)

        Cavab yaz
        • Anonim
          Əsranur · 24 Mart 14:3010

          :)))))Asi indi mənə deyir ki,axırda deyəsən Fədayənin yanında oturacağam.Dedim:ondan xoşum gəlir,canlı ifasına qulaq asaram zato:)))Onsuz da mənim də obedimin vaxtı çatır,siyasi söhbətlərə halım yoxdur:))

          Cavab yaz
          • Anonim
            Daglı · 24 Mart 14:4010

            asiyə bu gün və dünən üçün n/b yazarsan, bizimlə həmsöhbət olmadı,FSD xanıma bu gün üçün. Naharı gecikdirmisən, 1-ə 15 dəqiqə qalmış anam artıq zəng vurmuşdu, naharı yadına salmaq üçün, narahatdı daima səhhətimə görə

            Cavab yaz
            • Anonim
              F.S.D. · 24 Mart 15:1710

              Kolleqa çox sağ olun diqqətiniz üçün bu gün səhər baxdım şərhinizi görmədim.Allaha and olsun ürəyimdə yəqin dünən sizi çox yordum görəsən yeməyini vaxtında yedimi düşndüm ))) ananıza halal olsun necə diqqətcildir kolleqa ana kimi çox istədim ananızı.Allah ananıza can sağlığı versin, səhhətinizə diqqət edin o hadisədən sonra məndə sizin üçün çox narahatam kolleqa kimi. Özünüzə yaxşı baxın

    • Anonim
      F.S.D. · 24 Mart 14:3510

      Hər vaxtınız xeyir dostlar, necəsiniz? Kolleqa sizi tanlmağıma çox sevindim. Müəlliməyə də bir daha çox sağ olun deyirəm. Sizin çox gözəl ailə başçısı olmağınızı bilirəm uşaqlarınıza gözəl tərbiyyə verdiyiyinzdə çox gözəl bilirəm. Belə övlad böyütdüynüz üçün sizə ürəkdən təşəkkür edirəm. Mənim ailəm olsaydı məhz sizin kimi övlad böyüdərdim. Vətən haqqında yazdlm sonra başa düşülmərəm deyə sildim)) Kolleqa gözəl ailənizin olmasına sevinirəm bir daha xöşbəxt uzun ömür yaşayın deyirəm ürəkdən

      Cavab yaz
      • Anonim
        Daglı · 24 Mart 15:5210

        Salam müəllimə,səhər bir az işlərim var idi,onların dalınca getmişdim,ona görə yazmamışam. Dünən də yeməyimi vaxtında yemişdim,elə bu gün də.Birisigün gedənlərim dönəcək, sonra da iş günləri başlayır... Çox sag olun,mən də sizi və sizləri tanıdıgıma görə çox şadam.Anam mənim həyatımın barometridi, hər şeyi sorgu-sual edir gündəlik olaraq,tələb edir, qaygıma qalır,bir nəfər var,tək öhdəmdən gələ bilməzdi,ona görə anamın köməyindən istifadə edir. Məndən balaca bir qardaşım var,onu özümdən qabaq evləndirmişik,uşaqları da böyükdü, maşallah. O deyir ki, qardaş,bizim bəxtimizə yaltaq gəlinlər düşdü.Anama yaltaqlanıb,onunla birləşdilər,günümüz qara oldu, nə də deyir gəlin-qayınana davası görə bilmədik,həyatımız maraqsız keçdi davasız. qardaşım lap çox danlanır,qəbahəti olanda xəbər verir yoldaşı,anam da rüsvay eliyir onu. O gün anama deyir çıxacam Xoşqədəmin verilişinə səndən şikayatə).Mənə görə narahat olmayın sözün düzü özüm də özümü qoruyuram)

        Cavab yaz
        • Anonim
          F.S.D. · 24 Mart 16:3810

          Lap yaxşı vaxtında yeyin. Ailəniz əzizləriniz sağ salamat gəlsinlər evinizə. Ananıza Allah can sağlığı versin, elə ananın gəlinləridə çox yaxşı həyat yoldaşı gəlin ana olmalıdır. Əslində ananız elə gözəl tərbiyyəli savadlı ağıllı oğul böyütdüyü üçün oğullar seçimlərini düz ediblər və ağıllı gəlinlər çox düzgün olaraq qaynanalarına tərəf keçiblər. Çünki gözəl tərbiyyə alınmış qarşılıqlı hörmət olan evdə gəlin qaynana mübahisəsi olmur. Allah ananıza sizə yoldaşınıza gül balalarınıza qardaşınıza ailəsinə can sağlığı versin həmişə hörmətli olsunlar. Narahatlıq təbiətimdədir özümdən asılı deyil, məndə kolleqa kimi ananız yoldaşınız tərəfə keçirəm)))

          Cavab yaz
          • Anonim
            Daglı · 24 Mart 17:5010

            Çox sag olun,müəllimə, Allah sizin də əzizlərinizi qorusun, siz də onlar tərəfə keçsəniz, deməli biz batdıqki onda)

            Cavab yaz
            • Anonim
              F.S.D. · 24 Mart 18:3710

              Kolleqa çox sağ olun. Allah razı olsun. Batmaq nədir qəti olmaz mühafizəniz çox güclüdür )) Allah qorusun can sağlığı versin.

            • Anonim
              Daglı · 24 Mart 18:5210

              Siz sag olun,müəllimə, Allah köməyiniz olsun.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.