10 minə görə "oyun"a girənlərin faciəvi sonu - Xilas otağında baş verənlər - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az jurnalist Bəxtiyar Umarlının müəllif layihəsi olan "Filmreview"nu (7-ci say) təqdim edir:
Normalda qorxu filmlərinin ssenarisi bir-birinə bənzəyir. Meşəyə istirahətə gedən qrupun növbəylə ölməsi, film qəhrəmanı güzgüyə baxan zaman kompüter effektləri və ya qrimlər sayəsində düzəldilmiş əcaib varlığın anidən çıxması, lənətlənmiş ev, ruh, cinlər bu tipli filmlərin əsas mövzusudur. Hətta mövzular o qədər işlənib ki, qorxulu səhnələri belə əvvəlcədən müəyyənləşdirmək olur.
Lakin həm qorxu, həm triller janrında olan "Escape room" (Xilas otağı) filmi bu qəlibləşmiş mövzulardan tamamilə uzaqdır (Filmin adı rusca Klaustrofobia kimi tərcümə edilib).
Ssenarisi ilə "Jigsaw" (Mişar) kinosunu xatırladan kinonun yaş məhdudiyyəti 16+ dur. Filmdə qətiyyən erotik və ya açıq səhnələr yoxdur. Yaş məhdudiyyəti filmdəki qorxulu, daha doğrusu həyəcanlı səhnələrlə bağlıdır.
Kino son illər gənclər arasında maraq yaradan kvestlərdən bəhs edir. Filmdə kvestə daxil olan 6 nəfərdən, sadəcə, ikisi sağ qalır. Filmin əsas obrazları dəhşətli hadisələr zamanı ölən bir neçə nəfər arasında sağ qalan "seçilmişlər"dir. Onlar 10 min dollar üçün həyatlarını qurban verəcəklərindən xəbərsizdirlər. Aktyor və aktrisalar tanınmış simalar deyil.

Filmi "Mişar" ilə oxşar edən cəhət kvestə salınan şəxslər barədə bütün məlumatları onları dəvət edən adamın bilməsi, fərqləndirən cəhət isə orada iştirak edənlərin bir-birini tanımamasıdır. Bu kinoda "Mişar"dan fərqli olaraq iyrənc səhnələrə yer verilməyib.
"Sony" şirkətinin istehsalı olan film 2 saata yaxın (1 saat 39 dəqiqə) davam etsə də, o qədər maraqlı və həyəcanlıdır ki, vaxtın necə keçdiyini hiss etmək olmur. Filmə baxdıqca sonun necə olacağını müəyyənləşdirmək çətinləşir.
Kinoda diqqət çəkən ifadələrdən biri kvant nəzəriyyəsinə uyğun olaraq "çaydanı izləyirsənsə, o, heç vaxt qaynamaz, kənara çəkilən kimi qaynayar. Nəyəsə baxırsansa, bu atomların hərəkətini dayandırır" sözləridir. Görünür, ssenarist bununla izləyicilərə mesaj vermək istəyib.

Filmin janrı fantastika olmasa da, çoxmərtəbəli binanın daxilində buzlu gölün qurulduğu səhnə kinonun inandırıcılıq dərəcəsini müəyyən qədər azaldıb.

Kadrların seçimi, montaj, səsləndirmə yerli və türk filmləri ilə müqayisə olunmayacaq dərəcədə möhtəşəmdir.
Triller sevən şəxslərin izləməsi tövsiyə olunan kinonu son 4,5 ilin bu janr üçün ən yaxşı kinosu hesab etmək olar.
IMDb xalı 6.4 olan film 2019-cu ildə ABŞ-da çəkilib. Rejissoru Adam Robitel olan kinonun büdcəsi 9 milyon dollardır.

Filmin sonuncu səhnəsindən bilinir ki, "Mişar" filmi kimi bunun da davamı olacaq. Çox güman, ikinci hissədəki olaylar təyyarədə gerçəkləşəcək.
Film bu gündən etibarən "CinemaPlus" kinoteatrlarında nümayiş olunacaq.
Qeyd edim ki, bu ilin yanvar ayının 7-də Polşanın Koşalin şəhərindəki kvestdə yanğın olub. Nəticədə 5 yeniyetmə qız dünyasını dəyişib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək
XƏBƏR LENTİ
-
“Fənərbaxça” Dambrauskasa 3 illik müqavilə təklif etdi
-
Salyanda ağır qəzada ölən şəxslərin fotoları
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Fransada iğtişaşlarda 200-dən çox insan yaralanıb, 779 nəfər saxlanılıb
-
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
“Neftçi” liderliyə yüksəldi
-
Azərbaycanda professor vəfat etdi
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək
-
Qətər tankerinə Fars körfəzində hücum edildi
-
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib - (Yenilənib/Video)
-
Ayın 2-də yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Məşhur musiqiçi vəfat etdi
-
Ebola virusu yayılan ölkələrin sayı artır





