Cəmiyyət

Azərbaycanın möhtəşəm bayramları - FOTO

30 Yanvar 2019 15:35
0 Şərh     Baxış: 7 461
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda keçirilən çoxsaylı bayramlar arasında qədim Novruz bayramı, Ramazan bayramı, Qurban bayramı, Bakı Beynəlxalq Caz Festivalı və Göyçay Nar bayramını xüsusi qeyd etmək olar.

Azərbaycanda il ərzində çoxsaylı bayramlar keçirilir. Onların çoxu mayda ayında qeyd edilir. Çünki bir çox qida festivalları və Bakı caz konsertləri bu aya təsadüf edir. Azərbaycanda qeyd olunan maraqlı bayramlarla tanış olmaq istəyirsinizsə, bizə qoşulun.

1. Novruz bayramı

Novruz bayramı hər il martın 20-22-də keçirilir və həmin günlərdə xalq təbiətin oyanışını qeyd edir. Bu bayram Mərkəzi Asiya ölkələrində də qeyd edilir və əsas məqsəd eyni olsa da (yeni ilin əvvəli yeni başlanğıc kimi qəbul olunur), adət-ənənələrdə müəyyən fərqlər var. Xalqın inancına görə, Novruz bayramında yeni il münasibətilə səhvlər bağışlanmalı, kin-küdurət aradan qalxmalı, qonşular və dostlar arasında heç bir düşmənçilik olmamalıdır.

Novruz bayramının gəlişilə insanlar evlərini təmizləyir, səliqə-səhmana salır. Yeni paltarın alınması da bayramın atributlarından sayılır. Həmçinin bir çox toy mərasimi bayram günlərinə təsadüf edir. Bayramın ən əsas hissəsi isə Azərbaycan xalqının bir çox bayramlarında olduğu kimi, ləziz təamlarla, dadlı yeməklərlə bağlıdır. Bayram günü uşaqlara şirniyyat verilir, süfrələr ənənəvi yeməklərlə, rəngli yumurta, şam, səməni kimi gözəl bəzəklərlə bəzədilir. Qədim inanca görə, yeməklə dolu masa növbəti ildə bolluq və bərəkət gətirir. Novruz bayramı günlərində Azərbaycan qadınları evlərində müxtəlif şirniyyatlar bişirir, süfrəyə 7-dən çox yemək düzür.

Novruzun ən maraqlı ayinlərindən biri də hələ zərdüştilik dövrünə aid olan (2500 ildən çox) od üstündən atlamaqdır. Əslində bu, Novruzdan əvvəl, son çərşənbə axşamı keçirilən və ilaxır çərşənbə adlandırılan gün edilir. Həmin axşam insanlar tonqal ətrafında dövr vurarur, sonda onun üzərindən tullanır. İnanca görə, bu zaman insan oddan enerji alır, xəstəliyi və ölümü özündən uzaqlaşdırır.

Azərbaycanda 5 gün qeyri-iş günü elan olunmaqla keçirilən bu bayram xalq üçün böyük əhəmiyyət daşıyır. O, UNESCO tərəfindən qeyri-maddi mədəni irs kimi tanınıb.

2. Qurban bayramı

Qurban Bayramı Zil-həccə ayının sonunda İbrahim peyğəmbərin Allah yolunda qurban verməsini xatırladan ayin kimi qeyd olunur. Mərasimdə dəvə və ya keçi kəsilir. Bu mərasim Azərbaycanda Qurban bayramı kimi tanınır.

3. Ramazan bayramı

Beynəlxalq adı Fitr bayramı olan Ramazan bayramı bir ay orucluqdan sonra qeyd olunur. Azərbaycanda ailə üzvləri və dostlar bu münasibətlə bir-birinə hədiyyə bağışlayır, şirniyyat paylayır. Bu bayram iki gün davam edir və həmin günlərdə insanlar dua etmək üçün məscidlərə gedir, bir-birlərini təbrik edir.

4. Beynəlxalq Qadınlar günü

Qadınlar günü hər il martın 8-də dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da qeyd olunur. Həmin gün qadın mövzusunda filmlər nümayiş olunur, tədbirlər keçirilir, seminarlar təşkil edilir.

5. Azərbaycan xalqının Milli Qurtuluş günü

15 iyun Azərbaycanda rəsmi olaraq qeyri-iş günüdür. Həmin gün Heydər Əliyevin hakimiyyətə qayıtdığı günüdür. Heydər Əliev hakimiyyətə qayıtmaqla, xalqın iqtisadi və sosial həyatında mühüm dəyişikliklər edib və ən əsası, insanların həyat şəraitini yaxşılaşdırıb, ölkədə sabitliyk yaradıb.

1993-cü ildə ölkə vətəndaş müharibəsi təhlükəsilə üz-üzə qalmışdı. Bu şəraitdə xalq Heydər Əliyevdən Bakıya gəlməsini, hakimiyyətə sahib çıxmasını tələb edirdi. 1993-cü il iyunun 15-də o, hakimiyyətə gəlib və 1998-ci ildən etibarən bu günü Azərbaycan xalqının Qurtuluş günü kimi qeyd edir.

6. Bakı Beynəlxalq Caz Festivalı

Bakı Beynəlxalq Caz Festivalı hər il müxtəlif ölkələrin ifaçıları və musiqi qruplarının konsertlərinə ev sahibliyi edir. Bu festivalda Gürcüstan, ABŞ, Portuqaliya, İtaliya, Almaniya, Rusiya və Kanada kimi ölkələrdən caz musiqiçilərinin canlı ifaları olur. Beynəlxalq festival hər il oktyabrda Bakıda keçirilən ən əhəmiyyətli festival hesab olunur və Azərbaycanın musiqisevər xalqı, xüsusilə caz həvəskarları tədbirə böyük maraq göstərir.

7. Göyçayda Nar festivalı

Noyabrın ilk şənbə günü Azərbaycanın Göyçay şəhərində Nar festivalı keçirilir. Bu, ölkənin ən populyar festivallarından sayılır. İki günlük bu bayram rəqs və musiqi qruplarının kollektiv çıxışları ilə başlayır. Gün ərzində iştirakçılar nar məhsulları sərgisini ziyarət edə, festivalın açılış mərasimini izləmək imkanı qazanır.

Festival çərçivəsində nardan hazırlanmış müxtəlif "əsərlər" nümayiş olunur, yerli sənətkarların iştirakı ilə konsert keçirilir, bədii qrupların çıxışları, maraqlı yarışlar təşkil olunur. Mərasimin məhz Göyçay rayonunda keçirilməsi rayon ərazisində 4 min hektardan böyük nar bağlarının olması ilə əlaqədardır. Bu rayonda hər il 50 min tonadək nar toplanır.

8. Rənglər festivalı

Azərbaycanda Rrənglər festivalı adlandırılan bayramda yüzlərlə insan bir-birinə rəng atmaqla əylənir. Olduqca gözəl bu mərasim Quba rayonunda qeyd olunur. Kökü Hindistanın "Holi" bayramına gedib çıxan bu məşhur festival hər il baharın ilk günündə qeyd olunur. Həmin gün xalqın müxtəlif təbəqələrindən insanlar küçələrə çıxaraq bir-birinə rəngli su və ya boya tozu atır. Tədbirə ölkənin müxtəlif bölgələrindən gəlmiş insanlar da qatılır. Festivalda xarici turistlər belə, həvəslə iştirak edir.

Bu bayramın mahiyyəti xeyirin şər üzərində qələbəsinə əsaslanır. O, həm də sevgi, qışla vida bayramı sayılır.

9. Müstəqillik günü

Azərbaycan Milli Şurası 28 may 1918-ci ildə Gürcüstanın Tbilisi şəhərində Məmməd Əmin Rəsulzadənin sədrliyilə keçirilmiş toplantısında Azərbaycanın müstəqilliyini elan edib. Bu gün 1990-cı ildən Azərbaycan və onun xalqı üçün rəsmi bayram günü kimi tanınıb. Həmin gün Bakı əhalisi küçələrə çıxır, karnavallar keçirir, müstəqilliyi qeyd edir.

10. Bakı Yemək festivalı

Bakı Yemək festivalı noyabrın 23-də başlayır. O, ayın 26-dək davam edir. Tədbir çərçivəsində müxtəlif Azərbaycan yeməkləri təqdim olunur. Bu zaman qonaqlar ənənəvi Azərbaycan mətbəxini pulsuz dada bilir. Bu günlərdə məşhur müğənnilərin canlı çıxışları və digər əyləncəli tədbirlər də hər bir iştirakçıya unudulmaz anlar bəxş edir.

Titreshahr, İran

30.01.2019 

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.