“ARB Şimal” telekanalı 11 yaşını qeyd edir - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2007-ci il noyabrın 15-də Xaçmazdan yayıma başlayan "ARB Şimal" fəaliyyətə başladığı ilk gündən bir-birindən maraqlı layihələrlə tamaşaçıların zövqünü oxşamağa çalışıb.
Televiziyada daha çox bölgənin istedadlı və perspektivli gənclərinə güvənilsə də, 11 illik inkişaf yolunda peşəkar kadrların təcrübəsi də öz sözünü deyib. Bu illər ərzində "ARB Şimal"ın efirində Azərbaycanın bir çox tanınmış aparıcıları və incəsənət nümayəndələrinin təqdimatında baxımlı layihələr yayımlanıb.
Televiziyada yerli kadrların peşəkarlığının artırılması üçün daimi iş aparılır. Gənc kadrlar mütəmadi olaraq həm ölkəmizdə, həm də xaricdə təcrübə keçməklə, televiziya sahəsində tanınmış mütəxəssislərin ustad dərslərinə cəlb olunurlar. Bunun nəticəsidir ki, illər əvvəl "ARB Şimal"da ilk addımlarını atan gənclərin bir çoxu, bu gün Azərbaycan teleməkanının tanınmış simalarına çevriliblər. Televiziyada 100-ə yaxın əməkdaş çalışır ki, onların da 90 faizi şimal bölgəsini təmsil edir.
"ARB Şimal" ölkəmizdə rəqəmsal yayıma keçən ilk televiziya kanallarındandır. Telekanal artıq üç ildir ki, yayımını tam rəqəmsal formada gerçəkləşdirir. "ARB Şimal" telekanalı qısa müddətdə ölkə mediasında peşəkar fəaliyyəti ilə populyarlıq qazanıb.
Telekanal Azərbaycandakı region televiziyaları üçün əlçatmaz hesab olunan bir çox uğurlara da imza atıb. Xəbərlər, İctimai-Sosial Proqramlar Departamenti yerli xəbərləri dolğun və operativ işıqlandırdığına görə, "Media açarı-2010" mükafatına layiq görülüb. Televiziyada hazırlanan videoçarxlar "Azərbaycan ailəsi-2011", "Azərbaycan ailəsi-2015" film festivallarında qalib gəlib. Bununla yanaşı, televiziya dəfələrlə ilin region kanalı seçilib, bir sıra beynəlxalq festivallarda nailiyyətlər qazanıb.
"ARB Şimal" artıq üç ildir ki, 6 bölgə televiziyasının və 3 tematik kanalın bir araya gəlməsi ilə yaradılan, ölkənin ən böyük media tərəfdaşlıq layihəsi olan "ARB Media Qrup"da təmsil olunur.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda tramvaylarla bağlı YENİ QƏRAR
-
"50 manatdan aşağı olmaz" - Taksilərdə nə baş verir? - FOTO
-
Bu çayın üzərində su anbarı tikiləcək
-
Onlardan sürücülük vəsiqəsi tələb olunacaq
-
Bu şəxslərin kredit faizlərini dövlət ödəyəcək
-
Milli Kibertəhlükəsizlik Agentliyinin fəaliyyət istiqamətləri açıqlanıb
XƏBƏR LENTİ
-
Azərbaycanda tramvaylarla bağlı YENİ QƏRAR
-
"50 manatdan aşağı olmaz" - Taksilərdə nə baş verir? - FOTO
-
"Maşını dostlarım hədiyyə edib"
-
Bu çayın üzərində su anbarı tikiləcək
-
Sərhəddə 5 milyon 609 min 617 manat оlan qaçaqmal tutulub
-
Türkiyədə üç məşhurun narkotik testinin nəticələri AÇIQLANDI
-
Əhməd əl-Şaraa xanımı ilə restoranda görüntüləndi - VİDEO
-
Onlardan sürücülük vəsiqəsi tələb olunacaq
-
Bu şəxslərin kredit faizlərini dövlət ödəyəcək
-
Milli Kibertəhlükəsizlik Agentliyinin fəaliyyət istiqamətləri açıqlanıb
-
“Son zəng” neçəyə başa gəlir? - ARAŞDIRMA
-
“Qalatasaray” ona illik 10 milyon maaş təklif edir
-
Əhalinin DİQQƏTİNƏ - Bu gün saat 15:00-dan sonra...
-
"İradım birbaşa Afaq Gəncəliyədir!" - VİDEO
-
Final oyunu: Azərbaycan Ukraynaya qarşı
-
İyun ayında bəxt quşu 4 BÜRCün çiyninə qonacaq - Sürprizlər gəlir
-
Yeni tikilən binalarla bağlı VACİB QƏRAR - Qaydalar dəyişdi
-
Doktorantura namizədləri üçün qeydiyyat vaxtı açıqlandı
-
Azərbaycanda 1008 nəfər boşandığı adamla yenidən evlənib
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş arvadı və üç qızı qaçırıldı - FOTO
-
Bir anlıq səhv, bir ömürlük faciə - Sürücülərə ciddi xəbərdarlıq
-
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək
-
Keçən il 2 manat idi, bu il 6 manat oldu
-
Bitcoin sürətlə ucuzlaşır - İnvestorlar bazardan qaçır





