Dubay şahzadəsinin azərbaycanlı keçmiş arvadı və üç qızı qaçırıldı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dubayın hakim ailəsinin üzvü olan şeyx Şeyx Səid bin Məktum bin Rəşid Əl-Məktumun keçmiş həyat yoldaşı, azərbaycanlı gimnast Zeynəb Cavadlının və üç övladının Dubay polisi tərəfindən qaçırıldığı iddia edilir.
Milli.Az "Daily mail" nəşrinə istinadla xəbər verir ki, bu barədə onun britaniyalı vəkili Devid Heyq məlumat verib.
.jpg)
Vəkilin sözlərinə görə, Zeynəb Cavadlı ilə son əlaqə iyunun 2-də baş tutub və bundan sonra onunla əlaqə tamamilə kəsilib. Heyq hesab edir ki, Dubay polisi gecə saatlarında evə basqın edərək onu və üç qızını naməlum istiqamətə aparıb.
Vəkilin sözlərinə görə, bu, gözlənilməz deyildi. Zeynəb 2019-cu ildə hökmdarın qardaşı oğlundan boşandığı andan etibarən amansız zorakılıqlara məruz qalıb: evinə hücumlar, həbs təhdidləri və hər mənada öz evində girov götürülmüş səyahət qadağası.
"Dubay polisi sonuncu dəfə onun evinə hücum edəndə, o, bunu dünyaya canlı yayımladı və beynəlxalq yardım üçün çarəsiz, real vaxt rejimində bir müraciət etdi. Bu gün bu müraciətə cavab verilməlidir" .
Vəkil bildirib ki, Zeynəb Cavadlı BMT-yə müraciət etmək üçün hüquqi proses başladıb və yaxın günlərdə beynəlxalq təşkilatlardan təcili müdaxilə tələb olunacaq.
Keçmiş azərbaycanlı milli gimnast olan Zeynəb Cavadlı daha əvvəl yayımladığı videomüraciətdə də uşaqlarının əlindən alınacağından ehtiyat etdiyini bildirmişdi. O, məhkəmə qərarları səbəbindən evinə basqın ediləcəyi və uşaqlarının zorla aparılacağı barədə xəbərdarlıq aldığını iddia etmişdi.
Dubay Polisi və Şeyx Səidin nümayəndələri məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.
Xatırladaq ki, Şeyxin ikinci arvadı Əliyeva Natalya Müslüm qızı da əslən azərbaycanlı olub. Şeyx onunla Minskdə keçirilən yarışlar zamanı restoranlardan birində tanış olub. Bir zamanlar ofisiant kimi çalışan Natalya şeyxlə evlilikdən sonra adın dəyişərək Ayşə edib və İslam dinini qəbul edib. Səidin üçüncü arvadı isə Zeynəb olub.
Fidan
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır - (Video)
-
“Qızımı belə böyütməməli idim“ - Sənubər İsgəndərli
-
Tovuzda iki nəfər bıçaqlanıb, biri ölüb
-
Rafet El Romanın azərbaycanlı nişanlısı - (Foto)
-
Bəzi kolleclər bağlana bilər - (Video)
-
Bacısı Aygün Bəylərin qızı ilə bağlı vəsiyyətini açıqladı
-
Deputatın oğlu "Yeraz Əhməd" dava edənləri barışdırmaq istəyirmiş - (Video)
-
"Cəhənnəm Necati"yə hökm oxundu
-
“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Engin Altana ağır itki - (Foto)
-
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
-
“Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə - Yenilənib
-
Zeytun Festivalının açılışı olub - (Foto)
-
Deputatın oğlunun iştirakı ilə cinayətdə öldürülən Ceyhunla bağlı yeni detal
-
Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - (Foto)
-
Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala vəsiqə qazanıb
-
Məktəblərdə hicab məsələsi dini təzyiq deyil, vahid forma qaydasıdır – Baş redaktordan açıqlama
-
"Arsenal" "Everton"u məğlub edib - İngiltərə Premyer Liqası
-
Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat - (Foto/Video)
-
Lənkəranda balıq tutan kişi ölüb
-
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - (Foto)
-
Zığda yaşayış binasındakı yanğın söndürüldü - (Yenilənib)
-
Flora Kərimovanın vəziyyəti açıqlandl
-
Ceyhunun öldüyü dava: Tanınmış idmançı saxlanıldı





