Milli Kibertəhlükəsizlik Agentliyinin fəaliyyət istiqamətləri açıqlanıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün rəqəmsal xidmətlərdən, elektron xidmətlərdən, bulud texnologiyalarından və süni intellekt həllərindən hər birimiz geniş istifadə edirik. Bu imkanlar həyatımızı daha rahat etsə də, eyni zamanda yeni risklər yaradır.
Milli.Az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Bakıda keçirilən "4-cü Milli Kibertəhlükəsizlik Forumu"nun rəsmi açılış mərasimində deyib.
Nazir müavini bildirib ki, artıq kiberhücumlar ayrı-ayrı informasiya sistemlərini deyil, bütöv infrastrukturları, iqtisadi prosesləri və ictimai sabitliyi hədəfə alır. Məhz buna görə kibertəhlükəsizlik bütün dünyada strateji prioritetlərdən birinə çevrilib.
O vurğulayıb ki, Azərbaycanda son illərdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində hüquqi bazanın təkmilləşdirilməsi, institusional imkanların genişləndirilməsi və peşəkar kadrların hazırlanması istiqamətində mühüm addımlar atılıb.
S. Əsədov xatırladıb ki, bu günlərdə ölkəmizdə kibertəhlükəsizlik sahəsində yeni mühüm addım atılıb. Prezident İlham Əliyevin fərmanı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin bazasında Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb:
"Milli Kibertəhlükəsizlik Agentliyi Elektron Təhlükəsizlik Xidmətinin hüquqi varisi kimi bu sahədə formalaşmış təcrübəni, potensialı və institusional imkanları daha da inkişaf etdirəcək. Agentliyin qarşısında kibertəhlükəsizlik sahəsində tənzimləmə və nəzarətin həyata keçirilməsi, informasiya infrastrukturunun dayanıqlığının təmin olunması, koordinasiya mexanizmlərinin gücləndirilməsi və yarana biləcək kibertəhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanın təşkili kimi mühüm vəzifələr dayanır".
O əlavə edib ki, Elektron Təhlükəsizlik Xidmətinin fəaliyyəti çərçivəsində əldə olunmuş nəticələr Milli Kibertəhlükəsizlik Agentliyi tərəfindən də davam etdiriləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakı böyük konfransa ev sahibliyi edəcək: 40-dan çox ölkənin parlament nümayəndəsi toplanır
-
Kolleclərin qabiliyyət imtahanında kimlər iştirak edə bilər? - DİM-dən minimal bal tələbi
-
Sabah çimərliklərdə dəniz suyunun temperaturu 21-24 dərəcə isti olacaq
-
Bakıda orta maaşla ev almaq real şəraitdə neçə il çəkir ? - Hesablama
-
Həyətdəki su quyusuna görə pul verməliyik? - Rəsmi açıqlama
-
Sumqayıtda kəsilən suyun bərpa olunacağı vaxt açıqlandı - Rəsmi
XƏBƏR LENTİ
-
Moskvada mağazaları yanan azərbaycanlı iş adamı: "Çox ziyan dəyib" - VİDEO
-
“Xanımlar bilirdilər, harada qalıram, zəngi basıb qaçırdılar” - (Foto)
-
Xalası oğlunu bıçaqladı, arvadını öldürdü: Qısqanclığa görə baş verən qətlin təfərrüatı
-
İstanbulda bələdiyyə rəsmisi oğurlanıb: 14 saatdır xəbər yoxdur
-
Moskva yaxınlığında “qara yağış” müşahidə olunub
-
Vilyam Hacıyevin oğlunun "Range Rover"i hərracda satıldı: Qiyməti məlum oldu
-
Pərəstu Əhmədiyə şallaq cəzası verildi
-
60-a yaxın yaşı var, gənc qızlara meydan oxuyur - (Video)
-
Bakı böyük konfransa ev sahibliyi edəcək: 40-dan çox ölkənin parlament nümayəndəsi toplanır
-
BƏƏ-də uşaqlar üçün sosial şəbəkələr bağlandı
-
"Sizin Moskvanız da yanacaq" - Rusiyaya sərt mesaj
-
"Qarabağ” “Zirə” ilə qarşılaşacaq
-
49 yaşlı dünya ulduzu fit bədəni və “robot rəqsi” ilə diqqət çəkdi - VİDEO
-
Kolleclərin qabiliyyət imtahanında kimlər iştirak edə bilər? - DİM-dən minimal bal tələbi
-
Malavi Respublikasının Prezidenti Prezident İlham Əliyevə məktub göndərib
-
Rusiya Ermənistana etiraz notası göndərdi
-
Xalq artistinin müğənni qızı geyimi ilə müzakirə yaratdı (Video)
-
Ceyhun Bayramov banqladeşli həmkarı ilə telefon danışığı aparıb
-
Saatlıda çoban 2 mindən artıq heyvanı gizlicə satdı: 14 ilədək həbs gözləyir
-
Sabah çimərliklərdə dəniz suyunun temperaturu 21-24 dərəcə isti olacaq
-
Erdem Kaynarca saxlanıldı - (Foto)
-
Bakıda orta maaşla ev almaq real şəraitdə neçə il çəkir ? - Hesablama
-
Ukraynanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırıldı - Rəsmi etiraz
-
Aparıcı Şəbnəm: "Xəyanət edən o qədər qadın var, quşbeyin və qudurğandırlar"





