Cəmiyyət

Sarı tor vətəndaşları "cəhənnəm əzabından" qurtaracaq, yoxsa "tora salacaq"? - SORĞU

16 Oktyabr 2018 20:46
0 Şərh     Baxış: 973
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Nəqliyyat Agentliyi (BNA) yeni səlahiyyət əldə etdikdən sonra nəqliyyat sferasında bir sıra yeniliklər etməyə başlayıb. Bu yeniliklərdən biri də şəhərdə tıxacların qarşısının alınması məqsədilə edilib.

Belə ki, bir neçə yolayrıcında sarı torlar çəkilib ki, tıxac olduqda sürücülər qarşı yoldan gələn avtomobillərin hərəkətlərinə maneə törətməmək üçün yolayrıcına daxil olmasın. Tıxac zamanı sarı tora daxil olanlar sürücüləri isə 60 manat 3 bal məbləğində cərimə gözləyir.

Maraqlıdır, bu barədə şəhər sakinləri necə düşünürlər? Həqiqətən də BNA-nın bu yeniliyi tıxacların qarşısını almağa təsir edəcəkmi?

Milli.Az bildirir ki, Sputnik Azərbaycan bu suala cavab tapmaq məqsədilə sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib

Sorğuda iştirak edənlərin cavabları birmənalı olmayıb. Bəziləri sarı torun effektiv olacağını hesab etsə də, əksini düşünənlər də var. Aldığımız cavabları olduğu kimi təqdim edirik:

Könül Knyazova: "Tıxacın qarşısı alınmayacaq. Tıxacın qarşısını almaq uçün yol kənarlarına saatlarla park edilmiş maşınları, boş-bekar dayanmış taksiləri yığışdırmaq lazımdır".

Zəhra Banu: "Bəli, bu yenilik tıxacların qarşısını alacaq. Öncə sual yaranır: Bu tıxacı, əsasən kimlər yaradır? Təbii ki, öz sırasını gözləməyən sürücülər. İndi bu tor onlara imkan verməyəcək".

Rüzgar Hüseynov: "Bu praktika dünyanın bir çox ölkələrində tətbiq olunur. Polis nəzarəti güclü olsa, bu yenilik öz effektivliyini göstərəcək".

Böyükağa Cəfərov: "Sürücü yol ayrıcına girmə və çıxma qaydalarını bilmirsə, bunun da köməyi olmayacaq. Bizim sürücülərlə bu, mümkün olan iş deyil. İstər-istəməz bu tora düşənlər çox olacaq".

Azər Əmiraslanov: "Bir çox ölkələr bu praktikadan çoxdan istifadə edir. Təbii ki, faydası olur. Bu qayda hər kəs üçün vacib olsa, bəzilərinə göz yumulmasa, nəticə yaxşı olacaq".

Rüstəm Hüseynov: "Sürücülər əməl etsələr, az da olsa, xeyri olacaq".

Əli Əliyev: "Moskva şəhərində də bu torlardan var, amma effektli deyil".

Ziya Səfərli: "Sarı torsuz da yolayrıcında tıxac zamanı daxil olmamaq qaydası "Yol hərəkəti haqqında" qanunda çoxdan var. Amma nəticə yoxdur. Məncə, nəzərəçarpacaq təsiri olmayacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.