X Beynəlxalq Uşaq Muğam Festivalının final mərhələsi keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Beynəlxalq Muğam Mərkəzində X Beynəlxalq Uşaq Muğam Festivalının final mərhələsi keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, festival Mədəniyyət Nazirliyinin, Gənclər və İdman Nazirliyinin dəstəyi, "Kainat" Gənclik Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
İlk olaraq müxtəlif ölkələrin nümayəndələrinin təbrik teleqramları videoçarxla tamaşaçılara təqdim olunub.
Daha sonra səhnəyə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxaraq, Azərbaycanda muğam ifaçılığına göstərilən qayğıdan, muğamın inkişafından danışıb. Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə keçirilən Beynəlxalq Muğam festivallarının, həmçinin muğam televiziya müsabiqələrinin əhəmiyyətini vurğulayıb.
"Kainat" Gənclik Mərkəzinin direktoru, təşkilat komitəsinin sədri Rahib Rəsulzadə bu illər ərzində keçirilən Beynəlxalq Uşaq Muğam Festivalındakı iştiraklarına görə hərkəsə uğurlar arzulayıb və minnətdarlığını bildirib.
1997-ci ildən yaranan "Kainat" Gənclik Mərkəzi bu günədək Uşaq Muğam festivallarını təşkil edir.
Bu ilki festivalda 9 ölkədən gəlmiş uşaq muğam ifaçıları Bəşirli Kənan, Şahbazov Xaqani, İsmayilov Ruslan (Azərbaycan), Wafaa Emad Mahmod Hussein Abouzaid (Misir), Kakayeva Humay (Türkmənistan),Dilnaz Tashmukhamed (Qazaxıstan), Asrayeva Jasmina, Khakimov Umidjon,Nishanov Shokhrukh (Özbəkistan), Namatbekov Boogachy, Burkanov Ramil (Qırğızıstan), Sultan İpek (Türkiyə), Yaınus tahseen Mohammed (İraq), Farbakhti Artan (İran) öz ölkələrini təmsil ediblər.
İfaları Beynəlxalq münsiflər heyəti qiymətləndirib. Münsiflər heyətinin sədri Xalq artisti, tarzən, professor Ağasəlim Abdullayev idi. Festival iştirakçılarını Baba Salahov adına "Araz" xalq çalğı alətləri ansamblı müşayiət edib.
İştirakçılardan Bəşirli Kənan (Azərbaycan) Qran-priyə, Şahbazov Xaqani (Azərbaycan), Wafaa Emad Mahmod Hussein Abouzaid (Misir) birinci yerə, Farbakhti Artan (İran), İsmayilov Ruslan (Azərbaycan), Kakayeva Humay (Türkmənistan), Yaınus tahseen Mohammed (İraq) ikinci yerə,Rahimjan Sayat(Qazaxıstan), Nishanov Shokhrukh (Özbəkistan), Burkanov Ramil (Qırğızıstan), Sultan İpek (Türkiyə), Dilnaz Tashmukhamed (Qazaxıstan) üçüncu yerə layiq görülüblər.
Qaliblərə xüsusi diplom və qiymətli hədiyyələr verildi.Beş nəfər iştirakçıya həvəsləndirici mükafat təqdim olunub. Finalda iştirak edən bütün ifaçılar diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Konsert muğamsevərlər tərəfindən maraqla və alqışla qarşılanıb.
Oktyabrın 5-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində, Beynəlxalq Muğam Mərkəzi və "Mədəniyyət" kanalının birgə təşkilatçılığı ilə "Nizaminin qəzəlləri"ndən ibarət tədbir keçiriləcək.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
XƏBƏR LENTİ
-
“Simge” tanınmaz halda - (Foto)
-
Bu bananları almayın – təhlükəli əlamətlər
-
Mələkxanım Eyubova kürəkəni ilə - (Foto)
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)





