Daha bir bölgədə DOST mərkəzləri yaradılır FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İsmayıllı rayonunda həmin rayonun və Göyçay, Ağsu, Şamaxı, Qobustan rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, qəbuldan əvvəl nazir S.Babayev və İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ümummilli lider Heydər Əliyevin İsmayıllı şəhərindəki abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri düzüblər.
S.Babayev qəbula yazılmış 64 vətəndaşın hər birini fərdi qaydada qəbul edib. Müraciətlərdə bu və ya digər sosial təminat növünə hüququn olub-olmaması, məşğulluğun təminatı, özünüməşğulluq proqramına cəlb edilmə, bərpa müalicəsinə köməklik göstərilməsi, imtiyazlı şəxslərin mənzillə və minik avtomobilləri ilə təmin edilməsi, əlilliyin qiymətləndirilməsi və s. məsələlər ifadə olunub. Bu məsələlərin hər biri nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılıb, qanunvericlik çərçivəsində yerindəcə konkret tədbirlərin görülməsi təmin olunub. Bir sıra şəxslər ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təmin olunma, bərpa müalicəsinə köməklik, peşə hazırlığına cəlb edilmə və s. üçün qeydiyyata alınıblar. Bir neçə vətəndaşa əmək bacarıqlarına uyğun iş yerlərinə göndərişlər verilib. Bir sıra işsiz və işaxtaran şəxslərin isə kiçik ailə təsərrüfatlarını yaratmaq üçün özünüməşğulluq proqramına cəlb olunması qərara alınıb.
S.Babayev nazirliyin məşğulluq orqanları tərəfindən bu ilin 7 ayında İsmayıllı, Göyçay, Ağsu, Şamaxı, Qobustan rayonlarında 2233 nəfərin məşğulluğunun təmin edildiyini, 300-ə yaxın şəxsin peşə hazırlığına cəlb edildiyini bildirib. Nazir Prezident İlham Əliyevin tapşırığına əsasən icra olunan özünüməşğulluq proqramı çərçivəsində bu il bu beş rayon üzrə 323 nəfərin kiçik ailə təsərrüfatlarının qurulmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. Dövlət başçısının 2 avqust 2018-ci il tarixli sərəncamının Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı sahəsində tədbirlərin daha da gücləndirilməsinə imkan yaratdığını vurğulayan S.Babayev İsmayıllı, Göyçay, Ağsu, Şamaxı, Qobustan rayonlarında da bu sahədə işlərin davam etdirildiyini deyib.
S.Babayev bu bölgədə də DOST mərkəzlərinin yaradılacağını, bölgə sakinlərinin həmin mərkəzlərdə nazirliyin xidmətlərindən daha rahat və sadə prosedurlar əsasında faydalanacağını qeyd edib. O, eləcə də istənilən şəxsin hazırkı və gələcəkdə yarana biləcək bu və ya digər sosial təminat hüququ barədə həmin mərkəzlərdə məlumat ala biləcəyini, hər hansı belə hüququ mövcud olduğu halda bu hüququn elə mərkəzlərin özündəcə operativ şəkildə reallaşdırılacağını diqqətə çatdırıb.
Qəbul zamanı vətəndaşlar sosial müdafiə tədbirlərinin ildən-ilə gücləndirilməsinə, əhaliyə dövlət xidmətlərinin keyfiyyətinin artırılması, əhalinin bu xidmətlərdən daha rahat və asan, eyni zamanda şəffaf şəkildə faydalana bilmələri üçün şərait yaradılması istiqamətində görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
S.Babayev İsmayıllı rayon Məşğulluq Mərkəzində işsiz və işaxtaranlar üçün müasir üsullar əsasında xidmətlərin göstərilməsi üçün yaradılmış şərait və bu sahədə aparılan işlər, əmək bazarı ilə bağlı daim yenilənən informasiya bazası və s. ilə də tanış olub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Netflix” və “eBay” Azərbaycanda vergi ödəyəcək - Qayda dəyişdi
-
Azərbaycanda hansı yağlara üstünlük verilir?
-
Müavinət və təqaüd alanlara şad xəbər - Tarix bəlli oldu
-
Səhər yeməyində bunu yeyin, qan şəkəriniz sabit qalsın
-
Magistraturanın boş qalan yerlərinə qəbul üçün ixtisas seçimi başlayıb
-
Pensiya və müavinət təyinatlarında yeni rəqəmlər
XƏBƏR LENTİ
-
“Netflix” və “eBay” Azərbaycanda vergi ödəyəcək - Qayda dəyişdi
-
Azərbaycanda hansı yağlara üstünlük verilir?
-
Azərbaycan nümayəndə heyəti Buxara “Ark” Qalasına gəlib - (Video)
-
Cərimədən yayınmaq üçün bu üsula əl atdı - Cəzalandırıldı - (Video)
-
Xalq artisti Şükufə Yusupova ilə bağlı son vəziyyət
-
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər
-
Müavinət və təqaüd alanlara şad xəbər - Tarix bəlli oldu
-
Prezident İlham Əliyev Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb
-
Ağdaşda ər arvadını və oğlunu bıçaqladı
-
Səhər yeməyində bunu yeyin, qan şəkəriniz sabit qalsın
-
Tramp sentyabrda İrlandaya səfər edəcək
-
Qazaxıstanda seçkilərdə iştirak faizi açıqlanıb
-
Magistraturanın boş qalan yerlərinə qəbul üçün ixtisas seçimi başlayıb
-
Pensiya və müavinət təyinatlarında yeni rəqəmlər
-
Nazirlik Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yaydı
-
15 yaşlı qızdan sonra qardaşının da meyiti göldən çıxarıldı
-
Xırdalanda avtomobil yandı - (Video)
-
Qazaxda 3 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açıldı
-
Dünya bazarlarında neft 1 dollardan çox ucuzlaşıb
-
ABŞ-ın 40 trilyon dollarlıq borcu: Böyük təhlükə yaxınlaşır
-
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
-
5 rayon və Bakının bu ərazilərində işıq kəsiləcək
-
Bakıda qadını avtomobil vurdu
-
Paltaryuyan maşının dostu - Sirkə hər şeyi həll edir





