Samsung Galaxy A6 və A6+ - məlumatlarınızı saxlamaq üçün geniş yaddaş və etibarlı mühafizə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məlumatlarımızın saxlanılması üçün daha geniş yaddaşın təmin edilməsi və onların istənməyən müdaxilədən qorunması günümüzün ən böyük problemlərindən biri sayıla bilər. Smartfon şəkil, plastik kart məlumatları, sosial media hesabları kimi bir çox şəxsi məlumatın yerləşdiyi cihazdır, və onun təhlükəsizliyinin təmin olunmasından əmin olmalıyıq. Belə ki, yeni Samsung Galaxy A6 xəttinin smatfonları məlumatlarınızın saxlanılması üçün geniş yaddaş, onların qorunması üçün isə bir neçə mərhələli qorunma sistemini təqdim edir.
Super Amoled displey və 18,5:9 formatlı alüminium korpus ilə təchiz olunmuş Galaxy A6 xətti müasir və cəlbedici təəssürat bağışlayır. Smartfonlar F 1.7 geniş diafraqmalı 16 MP-lik əsas kamera ilə təchiz olunublar. Qeyd edək ki, GalaxyA6+ smartfonunun əsas kamerası əlavə 5 MP-lik modul ilə də təchiz olunub. Bu modulun sayəsində siz "life focus" çəkim rejimindən istifadə edə bilərsiniz. Smartfonların frontal kamerası adi şəkillərlə yanaşı həm də geniş formatlı "panoram" şəkillər də çəkə bilir. Galaxy A6 smartfonunun selfi kamerası 16 MP, Galaxy A6+ isə - 24 MP-dir. MP-lər artdıqca, belə kameralarla çəkilən şəkillərin də həcmi daha böyük olur. Lakin, Galaxy xətti smartfonların yaddaşının microSD kart bölməsinin köməyi ilə 256 QB-ta qədər artırılmasını mümkün edir. Həmçinin, əlavə olaraq Galaxy A6/A6+ istifadəçilərinə Samsung Cloud virtual yaddaş bazasında 15 QB təqdim edilir. Foto, film və sənədlərinizi etibarlı və rahat yerdə saxlayın. Samsung Cloud sizə istədiyiniz anda və yerdə məlumatlarınızın surətini yaratmağa, bərpa etməyə və ya yeniləməyə imkan yardır. Burada məlumatlarınızı yaddaşda saxladıqda, cihazınız sıradan çıxarsa və ya itərsə məlumatlarınızın təhlükəsizliyi barədə düşünməyinizə ehtiyac qalmır. Belə bir hadisə baş verərsə, siz məlumatlarınızı istənilən yeni cihazda asanlıqla bərpa edə biləcəksiniz. Əsas ekran quruluşundan, çalar, saat və Wi-Fi tənzimləmələrinə qədər bütün şəxsi məlumatlarınız sizə dəyişmədən geri dönəcək. Samsung Cloud-dan istifadə etmək üçün əlavə proqram tələb olunmur, sadəcə öz Samsung hesabınıza daxil olmağınız yetərlidir. Ən əsası isə Samsung Cloud-dan istifadə pulsuzdur və zamanla məhdudlaşdırılmır.
Yeni Galaxy A6 xətti ilə şəxsi məlumatınızın daim mühafizə altında olduğundan əmin ola bilərsiniz. Etibarlı barmaq izi skaneri sistemi smartfonun kilidini açmağa və bir çox şifrə tələb edən əlavə və saytlara daxil olmağa imkan yaradır. Yeni modellərdə barmaq izi skanerinin korpusun arxa hissəsində əsas kameranın altında yerləşdiyindən, istifadəsi olduqca rahatlaşıb. İndi telefonunuzun kilidini sadəcə əlinizə götürməklə aça bilərsiniz.
Barmaq izi skanerindən əlavə burada smartfonun etibarlı mühafizəsinin təmin edilməsi üçün "face recognition" funksiyasından da istifadə olunur. İndi smartfonun kilidini açmaq üçün onu üzünüzə yaxınlaşdırmaq kifayətdir. "Face recognition" texnologiyası cihaz kilidinin yalnız sahibi tərəfindən açıla bilməsinin zəmanətidir, bunun sayəsində məlumatlarınızın daim etibarlı qorunduğuna əmin ola bilərsiniz.
Yeni Galaxy A6 xətti ilə siz məlumatlarınızın qeyd edilməsi üçün daha çox yaddaş və onların yüksək təhlükəsizlik şəraitində qorunmasının təmin olunmasını əldə edirsiniz.
Yeni Galaxy A6 xəttinin smartfonları haqqında əlavə məlumatı Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.Az, Soliton və Optimal mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
DİGƏR XƏBƏRLƏR
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
-
Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq
-
Qışda avtomobilinizi bu 10 təhlükədən qoruyun
XƏBƏR LENTİ
-
Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər
-
"Müalicəmi davam etdirmədim" - İntizar Məmmədzadə xəstəliyindən danışdı
-
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
-
Bella və Cici Hadidin atası özündən 35 yaş kiçik rus modellə evlənir - (Foto)
-
Kürdəmirdə 6 otaqlı ev əşyaları ilə birlikdə kül oldu - (Foto)
-
Samuxda minik maşını aşıb, ölən və xəsarət alan var - Yenilənib
-
Bakıda 23 yaşlı qadın qətlə yetirildi - ögey qardaşı saxlanıldı
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 17 nəfər həlak olub
-
İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakının məşhur şadlıq sarayları təftiş edildi: Qonaqlara mal əti əvəzinə nə yedirilib? - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
U-17 millimiz Litva ilə heç-heçə etdi
-
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Foto/Video)
-
Aparıcı Çinarə körpə qızı ilə nənəsinin yubileyində - (Video)
-
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
-
Aktrisa Leyla Musayeva vəfat etdi
-
“Ihlamurlar Altında”nın əfsanəvi cütlüyü 21 il sonra bir arada - (Video)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək
-
Aşıq Zülfiyyə ilə Telli Borçalı arasında "buzlar əridi" – Barışdılar





