Astaranın respublikamız üçün strateji əhəmiyyət daşıması təkcə sərhədyanı rayon olması ilə deyil, ölkənin iqtisadi həyatında da mühüm rola malik olması ilə bağlıdır. Subtropik zonada yetişən bütün sitrus meyvə və tərəvəzlərin əksəriyyəti Astaraya məxsusdur. Astaranın çayı, dəfnə yarpağı dünya bazarlarında Azərbaycan məhsullarına xüsusi dəyər gətirir. Yeri gəlmişkən onu da qeyd edək ki, Astarada yenidən vüsət götürmüş tikinti-abadlıq və quruculuq işləri diqqət çəkir.
Bu dəfə yolumuzu Azərbaycanın cənub mirvarisi sayılan Astaradan saldıq. Gördüklərimizi, eşitdiklərimizi sizinlə də bölüşmək qərarına gəldik. Rayonda aparılan xüsusi tikinti və abadlıq işləri həqiqətən təqdirəlayiq idi.
İlk öncə, onu qeyd edək ki, Astara rayon icra başçısı Taleh Qaraşov bizi böyük hörmətlə qəbul etdi. Qonaqpərvər olmasını əməlləri ilə də göstərən icra başçısı Bakıdan gəldiyimizi, mətbuat nümayəndəsi olduğumuzu bilib, köməyini əsirgəmədi. Əsl ev yiyəsi kimi yüksək mədəniyyətə malik qonaqpərvərliyini nümayiş etdirdi. İcra başçısı vaxtının az olmasına baxmayaraq, rayon barədə geniş bilgi verdi. Daha sonra Astara rayonu barədə maraqlı məlumatlar əldə etmək üçün müavinləri ilə də bizi tanış etdi. Onlar da bizə bütün lazımi məlumatları verməklə yanaşı, şəhərlə də tanış etdilər.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Astara rayonu ilə tanış olmaq üçün rayonun icra nümayəndələri, YAP Astara rayon təşkilatının sədri, rayon icra hakimiyyətinin başçısının müavini Natiq İbadov, Astara rayon İcra başçısının aqrar məsələlər üzrə müavini Allahverən Mahmudov rayon barədə bütün məlumatları əldə etmək üçün xüsusilə Milli.Az xəbər portalının əməkdaşına böyük dəstək oldular.
Astara Bakı şəhərindən 313 km məsafədə yerləşir. Rayonun əhalisi təxminən 94 min nəfərə yaxındır. Astarada yaradılmış "Hirkan" milli parkının 21,3 min hektar ərazisindən 18,3 min hektarı Astara rayonunun ərazisindədir. Meşələrində relikt şabalıd, yarpaq palıd, dəmirağac, ipək akasiyası, azad cökə, vələs, fındıq, qoz, qızıl qoz və sair bitir. Meşələrində bəbir, vaşaq, ayı, meşə pişiyi, oxlu kirpi, daşlıq dələsi, porsuq, çaqqal, tülkü, canavar, göl donuzu və sair yaşayır.
Astaranın ərazisi aran və dağ zonasından ibarətdir. Rayonun şərqində Xəzər dənizi dalğalanır, qərbində isə zəngin meşəli dağlar dayanır. Xəzər dənizində olan nadir balıq növlərindən hazırlanan xörəklər Astara mətbəxini hər yerdə məşhur edib. Astara hazırda bütün dünyada ekoloji cəhətdən təmiz və keyfiyyətinə görə yüksək olan çayı ilə məşhurdur. Astarada limon, portağal, kivi, kinkan, feyxoa və digər sitrus meyvələri ilə bütün dünyada məşhurdur. Bu yerin ənənəvi çəltik sahələri son vaxtlar daha da genişlənib.
Astaranın mətbəx mədəniyyəti də çox zəngindir, özünəməxsusluğu və rəngarəngliyi ilə seçilir. Saxsı təndirdə bişirilən əl çörəyi, ləvəngi və onun müxtəlif növləri, düyüdən hazırlanan 21 növ plov, ətdən 23, çöl və su quşundan 7, balıqdan 50-dən çox xörək növü hazırlanaraq süfrələrə verilir. Xüsusilə balıq sirdağı, balıq ləvəngisi, cücə ləvəngisi, pətə, qara plov, toy qatığı, boranılı plov, turşu-kabab və başqa yerli xörək növləri rayona gələn qonaqların sevimli xörəklərindəndir.
Astraya gəlişimiz orucluq aylarına təsadüf etdiyindən, iftar saatlarında bir çox Astara sakinləri bizə evlərinə qonaq çağırıb iftar süfrəsi verdilər. Astarada olduğumuz müddətdə Kişəbə kəndində də olduq. Dedilər ki, bu kənddə "Miçurin bağı" var. Maraqlandıq ki, niyə bunun adı Miçurindir? Dedilər ki, orada bir ailə yaşayır, Şakir kişinin ailəsi. Onların bağında elə bir meyvə, tərəvəz növü tapa bilməzsən ki, yetişdirilməsin. Yollandıq Şakir kişinin məşhur Miçurin bağına. Şakir kişi, həyat yoldaşı Zərifə xanımla bizi qarşıladı. Həqiqətən də deyilən qədər var imiş. Bağda palma ağacından tutmuş, kivi, banan ağaclarına qədər var. Özü də o qədər səliqəli və sıralama ilə ağaclar əkilmişdi ki, çaşıb qaldıq. Bilmədik Azərbaycandayıq, ya başqa ölkədə. Ona görə deyirlər ki, torpaq əmək tələb edir. Nə əkirsən, onu da biçirsən.
Əslində astaralılar xoşbəxtdirlər, həm də ona görə ki, Tanrı onlara dünyanın ən gözəl nemətlərini, gözəlliklərini bəxş edib, Astaranın bir tərəfi talış dağlarının ətəyi, digər tərəfi Xəzər dənizinin sahili, başqa bir tərəf meşələr, dağlar, güllər, çiçəklər, şəlalələr, çaylar əhatə edir.
Astara sakinləri tərəvəz əkinçiliyi ilə də məşğuldur. Rayon əhalisi ildə 100 min tona qədər faraş tərəvəz istehsal edirlər. Astaranın çay bağları da xüsusi əhəmiyyət daşıyır.
Astara rayonunda çox qədim tarixə malik olan daşınmaz tarix və mədəniyyət abidələri var. Ən maraqlı abidə, hazırda Tarix Diyarşünaslıq Muzeyində saxlanılan daş insan heykəlidir. Bu daş heykəlin 2000 ildən çox yaşı var. Muzeydə 8 mindən çox eksponat saxlanılır.
Rayonun Ərçivan kəndində əsası 1499-cu ildə qoyulmuş Məhəmməd Hənəfiyə məscidi Şah İsmayıl Xətai tərəfindən ziyarət edilib. Həmin kənddə 19-cu əsrə aid Kərbəlayi Həmid Abdulla hamamı, Pensər kəndində Məşədi Abutalıb hamamı və digər tarixi abidələr bu gün də qorunub saxlanılır. Astarada çoxsaylı qədim ziyarətgahlar, pirlər, ocaqlar da var. Bunların içində Baba Cəbrayıl, Seyid Camal, Qırxövliyyə, Gəzən daş, Şeyx Məhəmməd Zalani, Şeyx Məhəmməd Dilimi, Xudavənd Xatun xüsusilə məşhurdur.
Rayonda Astara Mədəniyyət Evi, Mərkəzi Kitabxana, Tarix Diyarşünaslıq Muzeyi, Uşaq Musiqi məktəbi tam təmir olunaraq istifadəyə verilib. Rayon ərazisi 62 min kv.km-dir. Hər bir bölgənin özünəməxsus folkloru nümunələri olduğu kimi Astara rayonu da flokloru ilə digərlərindən çox seçilir. Astarada fəaliyyət göstərən "Əvəşor" folklor kollektivi də bu milli adət-ənənələri həm yaşadır, həm də davam etdirir. "Əvəşor" folklor ansamblıdır. "Əvəşor" sözü təzə il mənasını daşıyır. Kollektivin yaradıcısı Fərbiyyə Şabanovadır.
Astara görkəmli ziyalıları ilə də seçilir. Sovet İttifaqı qəhrəmanı, akademik Ziya Bünyadov, Mirzə Cəbiyev, Ağahəsən Nəhmətov, Rəhmət Hətəmov, Azərbaycanın milli qəhrəmanı Yalçın Nəsirov və digərləri Azərbaycanın Cənub bölgəsinin övladlarıdır.
Astara turizm məkanı kimi də Azərbaycanın əsas bölgələrindən biri sayılır. Rayon ərazisinin böyük hissəsinin dağlar, meşəliklər, çay və bulaqların təşkil etməsi bu bölgədə turizm sektorunun inkişafına da təkan verib. Astara rayonunda abadlıq və bərpa işlərinin aparılması turizm sektorunun inkişafına təsirini göstərib. Rayonun İstisu deyilən bölgəsi təbii gözəlliyi və müalicəvi əhəmiyyəti ilə ilə daha çox gələn yerli və xarici turistlərin diqqətini çəkir. İstisunun ətrafında olan dağlar və meşələr insanların ruhunu oxşaya bilir. Dağlardan axıb gələn çaylar bölgəyə xüsusi gözəllik verir. Xüsusilə də yerin altından çıxan sözün həqiqi mənasında olan isti su müalicəvi əhəmiyyət daşıyır. Bura gələn insanlar dincəlməklə yanaşı, eyni zamanda müalicə ala bilirlər. İstisu bir çox xəstəliklərin müalicəsində xüsusi əhəmiyyət daşıyır. Yaxşı bir misal var. Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. İstisuda, Hirkan qoruğunda bircə dəfə olmaq yetərlidir ki, oranın gözəlliynə vurulasan. Sanki bu məkanları seyr edəndə cənnətin özünü görmüş olursan. Dağların əhatəsində olan göllər isə bölgəyə xüsusi yaraşıq verir.
Ərçivan kəndində yerləşən Yanar bulaq kompleksi barədə də danışmağın xüsusi əhəmiyyəti var. Bulaq suyunu tərkibində olan su xüsusi minerallarla zəngindir. Ən maraqlı və xüsusilə də gələn turistlərin diqqətini çəkən odur ki, suya kibrit vurduqda alışıb yanır və eyni zamanda yanaraq su axını davam edir. Yanar bulaq kompleksi 1985-ci ildə inşa edilib. Ərazisi 150 kv.m-dir. 2007-ci ildə əsaslı şəkildə təmir edilərək əhaliyə müalicə məqsədilə istifadəyə verilib. Ərçivan kəndində "Ləm" yay istirahət düşərgəsi 19-cu əsrin tarixi abidələrindən sayılır. 40 kv.m sahəni əhatə edir. Astara şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin adını daşıyan prospekt 2007-ci ildə yenidən qurulub asfaltlaşdırılıb və küçə işıqları quraşdırılıb.
Astarada bir çox ticarət mərkəzləri, mədəniyyət evi, gənclər evi, Uşaq Əyləncə Mərkəzi, Mədəniyyət Mərkəzi, Şəhidlərin xatirə kompleksi, musiqi məktəbləri, Pedaqoji Texnikum fəaliyyət göstərir. Bundan əlavə, yenidənqurma işləri sırasında Astara elektrik stansiyasının, Astara Dəmiryol Stansiyası, Astara Qaz Kompressor Stansiyası, Astara Yük Terminalı da əhalinin istifadəsinə verilib. Bundan əlavə, Qarabağ müharibəsi veteranları üçün sahəsi 677 kv.metr olan 4 mərtəbəli 32 mənzilli yaşayış binası da müasir standartlara uyğun olaraq tikilərək təhvil verilib. Astara əhalisinin işlə təmin olunması üçün bir çox iaşə və sənaye müəssisələri, fermer təsərrüfatları və sair fəaliyyət göstərir ki, işsizliyin aradan qaldırılmasına və insanların sosial problemlərinin həllinə müsbət təsirini göstərir. Astara rayonunda 63 məktəb, 55 klub, 80 kitabxana fəaliyyət göstərir. Astara rayonunda səhiyyə sahəsi də inkişaf edib. Hazırda rayonda 17 poliklinika, 15 xəstəxana fəaliyyət göstərir. Bundan əlavə 80 nəfərlik iş yeri olan Astara kərpic zavodu, 16 iş yeri olan çınqıl karxanası fəaliyyətdədir.
Astara Azərbaycanın xarici ticarətində və sərhəd ticarətində də çox strateji və ticari əhəmiyyəti olan bölgəsi sayılır. Astara Azərbaycanın cənub bölgəsi olmaqla yanaşı, yüksək mədəniyyəti ilə də seçilir. Bölgənin özünəməxsus adət-ənənələri, toy mərasimləri var ki, bu günə qədər gəlib çatıb. Müasir dövrün olmasına baxmayaraq bölgədə bu gün də milli adət-ənənələr qorunub saxlanılır.
Tahirə Məmmədqızı
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanın cənub mirvarisi - REPORTAJ
15 Sentyabr 2011 08:00
0 Şərh
Baxış: 3 244

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: işdə qarışıqlıq yarana bilər
-
Ötən ildən qohum evliliyi ilə bağlı qadağa qüvvəyə minənədək qeydə alınan nikahların sayı açıqlandı
-
Qohum evliliyinə qarşı ciddi mübarizə: Azyaşlıların kəbinini kəsən mollalara ağır cəza gəlir!
-
Faciəvi şəkildə ölən dönərçi Kamilin qızı ilə VİDEOsu
-
Bu şəxslər Azərbaycanı tərk etməlidirlər - RƏSMİ
-
Rusiya kəşfiyyatına qarşı açıq əməliyyat: Bakıdan sərt mesaj!
XƏBƏR LENTİ
-
Bakıda həbs edilən həmin şəxsləri Ukrayna "qara siyahı"ya saldı - FOTO
-
Sevda Nüsrətin yeməklərinə "ağız büzdü" - VİDEO
-
Aktau hadisəsi ilə bağlı ekspertizanın nəticələri qısa müddətdə elan oluna bilər - RƏSMİ
-
Qaxda traktor gölə düşdü – Sürücü boğularaq öldü
-
Süleyman Salahovun meyiti bu ərazidən tapıldı
-
Ardaya "pis xəbər" - Alonso yeni Modriçi TAPDI
-
Ziyəddin Hüseynov Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb - Baş Prokurorluq
-
Sverdlovsk vilayətində polis çoxsaylı Azərbaycan vətəndaşlarını saxlayıb - Baş Prokurorluq
-
Media Reyestrində olmadan fəaliyyət göstərənlər 5000 manatadək cərimələnəcək
-
"Dostluq vacibdir, amma son olaylar narahatlıq doğurur" - Zaxarovanın açıqlaması yayıldı
-
Arı sancan kişi öldü
-
Rusiyadakı diasporamıza idarədə hansı suallar verilib? - Özü danışdı
-
Tanınmış şokolad firması müflis oldu - İşçilər aylardır maaş ala bilmir
-
İyul ayı eşqə qapı açır - 4 bürc üçün ilin romantik vaxtı
-
Azərbaycanda qohumlar arasında DƏHŞƏT - Əsəblərinə hakim ola bilmədi, yeznəsinin bu orqanını kəsdi
-
"Kaş həmkarlarım belə etməzdi"
-
Yekaterinburqda azərbaycanlıları öldürən OMON-çuların FOTOsu - Onları siz də tanıyın
-
Azərbaycanda bu valyuta sürətlə bahalaşmağa başladı - Manatın mövqeyi təhlükə altında?
-
"Real" "Yuventus"dan üstün oldu
-
Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar
-
Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO
-
İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? VİDEO
-
Türkiyədəki qiymətlər Gülbən Ərgəni şoka saldı - VİDEO
-
Yumurtanı qaynadıb suyunu tökməyin – Bilmədiyiniz faydaları