Cəmiyyət

"Günah keçisi" nə deməkdir?

30 İyun 2018 20:45
16 Şərh     Baxış: 3 438
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Gündəlik olaraq nitqimizdə istifadə etdiyimiz deyimlərin hərəsinin bir tarixçəsi var. Bəzən bu deyimlər tam yerində işlənər, bəzən də məhz o deyimlər bütün ifadəni əvəzləyər. Belə deyimlərdən biri də "Günah keçisi"dir. Əslində ilk baxışda elə də pis bir məna vermir.

Milli.Az islaminıesi.info-ya istinadən bildirir ki, bu gün işlətdiyimiz mənada günah keçisi günahsız olduğu halda başqalarının günahını daşıyan adama deyilir. Lakin bu deyimin tarixi kökü var. Tarixi kökü yəhudilərdən gəlir. Əhdi-Ədiqdə Kəffarə günü deyilən bir gündə yəhudilər iki keçi seçərdilər. Keçinin birinə yəhudi qövmünün ağlınıza gələ biləcək bütün günhalarını yükləyərdilər. Keçi Azazel adlı ruhu sakitləşdirmək  və yəhudi qövmümü günahlardan arındırmaq üçün Qüdsdən kənarda bir uçurumdan atılardı. Bəzi mənbələrdə isə keçinin çöllüyə buraxılması yazılıb.

Digər keçi isə qurban olaraq kəsilirdi. Bəzən də insanlar öz şəxsi günahlarından ötrü bir keçi alaraq məbədə gedərdilər. Məbəddə həmin şəxs əlini keçinin başına və ya boynuna qoyaraq "Günahlarım üçün bu heyvanı qurban edirəm" dedikdən sonra heyvanı boğazlayıb öldürərdi. Beləliklə o şəxs günahlarının hesabını heyvanı boğazlayıb öldürməklə ödəmiş hesab olunardı.

Ona görə də bəzi deyimlərlə ehtiyatlı olmalıyıq. Çünki inancımızla və mənəviyyatımızla uzlaşmaya bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.