Cəmiyyət

Astaralı gəncdən qeyri-adi avtomobil ixtirası - VİDEO - FOTO

12 İyun 2018 18:05
0 Şərh     Baxış: 1 598
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Astaralı gənc qeyri-adi yük avtomobili düzəldib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, bir neçə avtomobilin ehtiyat hissəsindən yığılan maşın 100-dən artıq ot bağlamasını götürmək gücünə malikdir. 

Astara rayonunun Şiyəkəran kənd sakini Ceyhun Babayev yük daşınması üçün nəzərdə tutulan maşını 2500 manatdan çox pul xərcləyərək 6 ay müddətində ərsəyə gətirib. 

Dizel motoru ilə işləyən maşın 100 kilometrə cəmi 2 litr yanacaq sərf edir. 

Ceyhun Babayev - Sakin: ""Niva"nı çəkdiyi üçün bilirəm ki, 1 tondan çoxdu çəkisi. Təsərrüfat üçün nəzərdə tutulub, 4 metrdi uzunluğu. "Pres" bağlamasını rahat 100 dənə vurub aparmaq olur.

Ceyhun Babayev maşını hazırlayarkən bir neçə "VAZ" markalı avtomobilin ehtiyat hissələrindən istifadə edib. Maşının elektrik işlərini də özü görüb. Bu, Ceyhunun gördüyü ilk belə iş deyil. Bundan əvvəl "Muravey" markalı motosikletin mühərrikində dəyişiklik edərək onun dizel yanacağı ilə işləməsinə nail olub. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Astaralı gəncdən qeyri-adi avtomobil ixtirası

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.