Cəmiyyət

“İləllah” və “illəllah” sözlərininin mənası nədir?

31 May 2018 21:10
2 Şərh     Baxış: 15 186
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"İləllah" və "illəllah" sözlərininin mənası nədir və necə işlənməlidir?

Bəzən dindarlar bilməyərəkdən və ya diqqətsizlik üzündən "iləllah" və "illəllah" sözlərininin birini digərinin əvəzində işlədirlər.

Milli.Az islam.az-a istinadən bildirir ki, halbuki, bu iki ifadə tam fərqli mənaları bildirir. Gündəlik ibadətlərdə hər iki ifadəni işlədirik, amma əsas məsələ onları düzgün söyləməkdir. "İləllah" ərəb dilində "Allaha sarı" mənasını çatdırır, "illəllah" isə "Allahdan başqa" deməkdir. İbadətlərin niyyətini edərkən, "qürbətən iləllah" (tək "l" ilə) deməliyik, mənası budur: "Allaha sarı yaxınlaşmaq niyyəti ilə". Amma kəlmeyi-şəhadətdə və azanda söylənilən cümlədə isə "La ilahə illəllah" (qoşa "l" ilə) söylənməlidir, mənası budur: "Allahdan başqa məbud yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.