Frankfurtda Azərbaycan Konqreslər Bürosunun stendi böyük maraqla qarşılanıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mayın 15-dən Almaniyanın Frankfurt şəhərindəki "Frankfurt Messe"də dünyanın ən nəhəng turizm sərgilərindən biri olan IMEX sərgisi açılıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dünyanın müxtəlif ölkələrindən yüzlərlə təşkilatın iştirak etdiyi bu sərgidə respublikamızı Azərbaycan Konqreslər Bürosu (AzKB) uğurla təmsil edir. Mayın 17-dək davam edəcək sərgidə Azərbaycan Konqreslər Bürosunun stendi ilk gündən təşkilatçılar və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. IMEX rəhbərliyinin Azərbaycan Konqreslər Bürosuna ünvanladığı təbrik məktubu bunun əyani təsdiqidir. Məktubda Azərbaycan Konqreslər Bürosuna yüksək səviyyədə iştirakına görə minnətdarlıq edən IMEX-in təşkilati və satış işləri üzrə baş meneceri Oliver Bailey Büronu sərginin ilk günündən əldə etdiyi uğura görə təbrik edib.
İMEX sərgisi hər il dünyanın MİCE sənayesinin bütün sektorlarından 3500-dən çox təchizatçını Frankfurtda bir araya gətirir.
Qeyd edək ki, 2013-cü ildən fəaliyyətə başlayan Azərbaycan Konqreslər Bürosunun vəzifələrindən biri Azərbaycana irimiqyaslı beynəlxalq tədbirləri cəlb etmək və ölkəmizin beynəlxalq səviyyəli tədbirlər məkanı kimi təbliğidir. Bu məqsədlə Büro dünyanın müxtəlif ölkələri ilə işləyir, hədəf bazarlarla yaxın əlaqələr qurur, bazar iştirakçılarını ölkəyə cəlb etməyə çalışır, əməkdaşlıq üçün beynəlxalq konqres və seminarlarda fəal iştirak edir.
Azərbaycan Konqreslər Bürosu ölkəmizdə işgüzar turizmin, həmçinin digər iqtisadi sektorların inkişafı üçün strategiya hazırlayaraq icra edir. Qurumun başlıca məqsədi dəyərli məlumat və dəstək xidmətlərini təmin etməklə, habelə yerli sənaye tərəfdaşlarının maraqlarını qorumaqla Azərbaycanın nüfuzunu dünya səviyyəli toplantı və görüş məkanı kimi möhkəmləndirməkdir.
Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 2016-cı il 1 sentyabr tarixli Sərəncamına əsasən Bakı şəhərində ticarət festivalının təşkili Azərbaycan Konqreslər Bürosu tərəfindən həyata keçirilir. 2017-ci il aprelin 10-dan mayın 10-dək Azərbaycanda ilk dəfə olaraq Bakı Şopinq Festivalı keçirilib. Bu layihə ötən ilin payızında da (15 oktyabr-15 noyabr) uğurla təkrarlanıb. Hər iki festival şəhərimizin qonaqları, yerli alıcılar və ticarət sektorunun iştirakçıları tərəfindən çox böyük maraq və məmnuniyyətlə qarşılanıb. Üçüncü şopinq festivalı bu il mayın 1-dən start götürüb. Festival mayın 31-dək davam edəcək.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - (Foto)
-
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festivalla əlaqədar viza proseduru sadələşdirilir
-
İnsan susuz neçə gün yaşaya bilər?
XƏBƏR LENTİ
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Serdar Ortaç vəsiyyətini açıqladı
-
“Elmlər”də axşam saatlarında avtobus böhranı - (Video)
-
Oğuzhan Koç onu konsertindən qovdu - (Video)
-
Abşeronda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"
-
“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı açıqlanıb
-
Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı
-
“Sabah”ın Bakıdakı oyunlarının bilet qiymətləri açıqlandı - 35-dən 285-ə qədər...
-
Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirilib - (Foto)
-
"Amerikada bir ay konsert verdik, 100 dollar pul verdilər" - Alim Qasımovla müsahibə





