Cəmiyyət

Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri kimdir? - DOSYE

23 Aprel 2018 23:14
Baxış: 4 329
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, millət vəkili Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Fuad Muradov 1979-cu il iyulun 22-də Bakı şəhərində anadan olub. 1986-1996-cı illərdə Bakıdakı 6 saylı orta məktəbdə təhsil alıb.

2000-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının su təminatı və idarəetmə fakültəsini bitirib. 2000-2002-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında TEMPUS proqramı çərçivəsində Sənayedə ətraf mühitin qorunması ixtisası üzrə magistr dərəcəsi alıb.

1999-2001-ci illərdə "Ümidli Gələcək" Gənclər Təşkilatının təsisçisi və vitse-prezidenti olub. 2000-2004-cü illərdə Azərbaycan Ekoloji Layihələr Mərkəzinin baş ekoloqu, 2003-cü ildə "Təşəbbüs" Xeyriyyə İctimai Birliyinin təsisçisi kimi fəaliyyət göstərib.

2003-2004-cü illərdə Avropa Gənclər Forumunun maliyyə-nəzarət komissiyasının sədri olub, 2002-2004-cü illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi vəzifələrində çalışıb.

2004-cü ilin mayından Gənclərin Sosial İnkişafı və Səmərəli Məşğulluğun Təmin Edilməsi Koalisiyasının koordinatoru, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri işləyib.

2005-ci ildə Dialoq və Əməkdaşlıq naminə İslam Konfransı Təşkilatı Gənclər Forumunun Avropa ölkələri üzrə əlaqələndiricisi seçilib. 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvüdür.

2005-ci ildə Azərbaycan Respublikası III çağırış MM-in deputatı seçilib. İnsan hüquqları komitəsinin üzvü olub. Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavini, Azərbaycan-Malaziya parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Belçika, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Hindistan, Azərbaycan-Küveyt, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə İşçi Qruplarının üzvü olub.

2006-cı ildə Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupunun üzvü olub. 2008-ci ildən etibarən Parlamentlərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının BMT Korrupsiyaya qarşı Konvensiyası üzrə Qlobal İşçi Qrupunun üzvüdür. 2010-cu ildə Azərbaycan Respublikası IV çağırış MM-in deputatı seçilib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü olub. Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavinidir. Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-ABŞ, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə İşçi Qruplarının üzvüdür.

2011-ci ildən "Avronest" Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin həmsədridir.

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı"nın layihəsini hazırlayan İşçi Qrupunun üzvü olub.

2015-ci ildə üçüncü dəfə millət vəkili seçilib və MM-in Gənclər və idman komitəsinin sədridir.

Bitərəfdir. Evlidir, üç övladı var.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.