Yola salınan Səlim Müslümov kimdir? - DOSYE
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vəzifəsindən gedib.
Milli.Az oxu.az-a istinadən Səlim Müslümovun dosyesini təqdim edir:
Müslümov Səlim Yanvar oğlu 1961-ci il noyabrın 1-də Ağsunun Pirhəsənli kəndində anadan olub.
1983-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitiibr. 1983-1987-ci illərdə Moskva Dövlət Universitetinin məqsədli aspiranturasında təhsilini davam etdirib və 1987-ci ilin noyabrında namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.
1988-ci ilin yanvarından 1995-ci ilin iyulunadək Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim, dekan müavini vəzifələrində çalışıb.
1992-ci ilin yanvarından 1995-ci ilin iyununadək Türkiyə Cumhuriyyətinin Mərmərə Universitetində elmi ezamiyyətdə və doktoranturada olub. 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Azərbaycan Respublikası Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb.
2000-ci ilin martında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib.
2002-ci ilin 17 dekabr tarixində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sədri vəzifəsinə təyin edilib.
2004-cü il sentyabrın 18-də Beynəlxalq Sosial Təminat Assosiasiyasının Pekində keçirilən 28-ci Baş Assambleyası zamanı bu qurumun Büro üzvü seçilib.
2006-cı ilin fevral ayında Rusiyanın Kazan şəhərində "Pensiya sığorta sistemində mühasibat uçotu, təhlil və audit islahatları" doktorluq dissertasiyası müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsi alıb.
S.Y.Müslümov iqtisadi sahədə bir neçə qanunvericilik aktının hazırlanmasında yaxından iştirak edib. O, 4 kitabın və 50-dən artıq elmi məqalənin müəllifidir.
2002-ci il yanvarın 17-də Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ona gömrük xidməti general-mayoru rütbəsi verilib.
22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilib.
Rus və ingilis dillərində sərbəst danışır.
Evlidir, 3 övladı var.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İsti havalarda dərman içənlərə xəbərdarlıq - (Video)
-
Azərbaycan səhiyyəsinə ağır itki - Əməkdar həkim vəfat etdi - (Foto)
-
Bakıda qadın maşına hücum çəkdi - Anbaan Video
-
Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir
-
Bakıda sərnişin taksi sifariş etdi: “Lamborghini” gəldi - (Video)
-
Azərbaycan təhsilinə ağır itki - (Foto)
XƏBƏR LENTİ
-
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
-
Evlilik təkliflərini rədd edən qadınlar niyə "yox" dediklərini etiraf ediblər
-
Sabiq nazir müavini qızına dəbdəbəli toy etdi - (Video)
-
Sirkə və sodanı unudun: Duş başlığını təzə kimi edir
-
Putin Moskvada Uitkoff və Kuşnerlə görüşdü - Yenilənib
-
Bugündən Avropaya səyahət edənlər üçün qaydalar sərtləşir
-
"Qarabağ"da gözlənilməz ayrılıq
-
Təyyarədə sərnişini yapışqan lentlə oturacağa bağladılar - (Video)
-
Günün qoroskopu: Maliyyə məsələlərini bu gün bir kənara qoyun
-
Ağdamda traktor minaya düşdü
-
Elm adamlarına görə ən gözəl körpə adı bəlli oldu
-
İsti havalarda dərman içənlərə xəbərdarlıq - (Video)
-
Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
-
Putin: Kiyevə zərbələrin dayandırılması xahişi rəsmi kanallarla daxil olub
-
Azərbaycan səhiyyəsinə ağır itki - Əməkdar həkim vəfat etdi - (Foto)
-
Sultanlar illər sonra görüşdü - (Foto)
-
Süleyman Şükürov Avropa çempionu oldu
-
Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)
-
Yunanıstanda qəzaya uğrayan qırıcının pilotları həlak olub
-
Tuğba Ekinçi saxlanıldı
-
“Sabah” “Zirə”ni darmadağın etdi
-
Xəyalə Quliyeva “Maşın şou”da qazandığı avtomobillə foto paylaşdı
-
Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"
-
Serhat Kılıç evində ölü tapıldı





