Bu bitkinin bir çox adı var. Bamiyanı qombo, okra və qadın barmağı da adlandırırlar. Sadalanan adlara rast gəldikdə heç də təəccüblənməyin və söhbətin bamiyadan getdiyini bilin. Bamiya tərəvəzlər arasında yetərincə zəngin tərkibə malik olan tərəvəzlərdəndir. Bu bitkinin vətəninin hara olduğu məlum deyil, amma, onun tropik zonalarda daha çox yetişdiyi məlumdur. Belə ki, bamiya ən çox Şimali Amerikada, Hindistanda və tropik bölgələrdə yetişdiyi üçün onun vətəninin buralar olduğu düşünülür. Bəziləri isə Qərbi Avropanı bamiyanın vətəni hesab edirlər. Bamiyanı Rusiya və Ukraynada da yetişdirirlər. Bu bölglrdə bamiya havalar isinməyə başladıqdan sonra yetişdirilir. Amma, istənilən qədər məhsul əldə edilə bilmir.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, bamiya birillik tərəvəz bitkisidir. Onun boyunun hünürlüyü 40 sm, bəzən də 2 metrə qədər uzana bilir. Bamiyanın gövdəsi enli və uzun olur. Onun yarpaqları açıq-yaşıl rəngdə olur və meyvələr yarpaqların dib hissəsindən yetişməyə başlayır. Meyvələrin sayı çox olur, hətta bəzən beş meyvə bir hissədən yetişməyə başlayır. Meyvələri qutuya bənzəyir və onun içərisində toxumlar yerləşir.
Bamiya da badımcan kimi istisevər tərəvəz bitkisi sayılır. Bu da həmin tərəvəzələrin cənub bölgələrdən dünyaya yayılması səbəbindəndir. Amma, indi ağıllı bağbanların sayəsində bu tərəvəzləri nisbətən soyuq ölkələrdə də yetişdirmək mümkündür.
Bamiyanı mağazalardan təzə və ya donmuş halda almaq mümkündür. Son illərdə bazarlarda da bamiyaya rast gəlmək mümkündür. Tərəvəzin yığımı avqustdan noyabra qədər davam edir. Bamiya kalori dəyəri aşağı olan dietik tərəvəzlərdəndir. Onun 100 qramında 31 kKalori var. Bu xüsusiyyətinə görə öz fiqurasının yaxsı olmasına çalışanlar istədikləri qədər bamiya yeyə bilərlər.
Bamiyanın 100 qramında olan qida dəyəri:
- Zülallar - 2 qram
- Yağlar - 0,1 qram
- Karbohidratlar - 3,8 qram
- Su - 0,7 qram
- KKal - 31 kKalori.
Bamiya ət yeməyənlərin ən çox arzuladıqları qidalardandır. Onun tərkibində çoxlu faydalı qida maddələri var. Bamiyanın tərkibi dəmir, zülal, dietik liflər, C, B6, K, A vitaminləri ilə zəngindir. Tərkibində fol turşusunun miqdarının çox olduğuna görə bamiya uşaqlar və hamilələr üçün ən faydalı qida hesab edilir. Hamiləlik zamanı bamiya yemək dölün sinir sissteminin möhkəmlənməsinə səbəb olur. Bu tərəvəz qanda şəkərin miqdarını neytrallaşdırır, dietik liflər isə nazik bağırsaqların fəaliyyətini sürətləndirir. Mədə-bağırsaq fəaliyyəti zəif olan adamlara hər gün qida rasionunda bamiyadan istifadə etmək məsləhət görülür. Bu tərəvəz arıqlamaq istəyənlər və sağlamlıqlarının qayğısına qalanlar üçün əla qida vasitəsi hesab edilir. Bamiya angina, depressiya və xroniki yorğunluqdan əziyyət çəkənlər üçün çox faydalıdır. Bu tərəvəz dietik olmaqlaa bərabər ateresklerozdan əziyyət çəkənlər üçün əla qida vasitəsi hesab edilir. Bamiya yemək kapillyarların divarlarının da möhkəmlənməsinə səbəb olur. Bamiya orqanizmdən artıq xolesterinin və toksinlərin təmizlənməsinə səbəb olur. O bağırsaqlardan köpün, qazların xaric olmasına, qəbizliyin aradan qalxmasına səbəb olur. Bamiyanın tərkibində 31 kalori var və o dietik qida hesab edilir. Bamiyanı bişirmək, qızartmaq, salatlarda, şorbalarda istifadə etmək mümkündür. Balıq və ət yeməklərinin yanında bamiyadan qarnir kimi itifadə etmək mümkündür. Onu qızmar tavada bişirdikdə çoxlu miqdarda maddə hasil olur. Bu xüsusiyyətinə görə ona limon şirəsi əlavə edərək şorbalara əlavə etdikdə dadlı olur. Bamiyanın toxumlarını üyüdüb onu kofe şəklində içmək olur. Onun yağından da istifadə edilir. Belə ki, bamiya yağı çox gözəl qoxuya malikdir.
Bamiyadan ən çox qida sənayesində istifadə olunur. Qida hazırlamaq üçün onun körpə yarpaqlarından da istifadə edilir. Onun dadı badımcanın dadına bənzdiyi üçün badimcanlı yemək reseptlərində onun yerinə bamiyadan istifadə etmək mümkündür.
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Bamiya haqqında bilmədikləriniz
7 Aprel 2018 20:50
2 Şərh
Baxış: 3 503

DİGƏR XƏBƏRLƏR
-
Eks-sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb” - FOTOlar
-
Milli Məclisdə işğaldan azad edilmiş ərazilərdəki dini abidələr müzakirə ediləcək
-
Bakıda 67 yaşlı rəhbər işdən çıxarıldı, yerinə 31 yaşlı qadın təyin olundu - FOTO
-
Günün qoroskopu: öz ruhunuza bircə dəfə “eşidirəm səni” desəniz...
-
“BakuBus” avtobuslarının yarışması ilə bağlı AÇIQLAMA
-
Heydər Əliyev Fondu ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında memorandum imzalanıb - FOTO
XƏBƏR LENTİ
-
Həkim kompüter qarşısında yemək yeməyin zərərlərindən danışdı
-
"Barselona"nın keçmiş ulduzu karyerasını bitirdi
-
Tramp Rusiya PUA-larının Polşanın hava məkanını pozduğunu bildirib
-
Qurban Qurbanov oğlunu belə təbrik etdi - YENİLƏNİB - VİDEO - FOTO
-
Çin buna görə ABŞ-yə xəbərdarlıq etdi
-
ABŞ Ermənistana 145 milyon dollar yardım ayıracaq
-
Siçanlar üzərində test edildi, indi də insanlarda yoxlayacaqlar - Alimlər görün nə tapdı
-
Qubada güclü sel körpünü dağıtdı - VİDEO
-
Tramp açıq şəkildə hədələdi: Bunu etsəniz sizi ovlayıb, əzəcəyik!
-
NASA-dan Çinlə kosmik rəqabət səbəbi ilə məhdudiyyət
-
ABŞ-nin keçmiş senatoru Menendesin erməni arvadına hökm oxundu
-
Köçkünləri təhqir edən jurnalist işdən qovuldu
-
Bədənin bu hissəsi qadının yaşını göstərir
-
Bu ölkə İsrailə görə Avroviziyadan imtina edəcək
-
ABŞ bunu bərpa etmək istəyir
-
Dünyada ilk dəfə süni intellekt nazir təyin edildi
-
Tramp ona ölüm cəzası istədi
-
"Kimsə mənə deyirdi ki, ailə üzvlərimi öldürməliyəm" - Əhmədin şok etirafı - FOTO
-
Yəmən İsrailə raket atıb
-
Ukrayna ilə heç-heçəyə görə futbolçularımız MÜKAFATLANDIRILDI
-
Mülki azərbaycanlıların öldürülməsi ilə bağlı sənədlər məhkəmədə elan olunub - FOTO
-
Tramp xahiş etdi, 14 məhbusu əfv etdi
-
Bu universitetin yataqxanası bağlandı
-
Serdar Kılıç: Ermənistan sərhədin açılmasına müsbət yanaşır