Cəmiyyət

Mədəniyyət və Turizm Nazirliyinin işçisi Ağdamda yol qəzasında ölüb - YENİLƏNİB

27 Mart 2018 22:17
0 Şərh     Baxış: 1 274
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

22:17

Ağdamda qəzada ölən şəxsin kimliyi bəlli olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ölən şəxsin VAZ-21015-in sürücüsü Mirzəyev Ramil olduğu müəyyənləşdirilib. Onun Mədəniyyət və Turizm Nazirliyinin Ağcabədi şöbəsinin işçisi olduğu bildirilir.

Qəza nəticəsində xəsarət alanlardan birinin şəxsiyyəti bəlli olub. O, "Lada Priora"nın sürücüsü, Quzanli kənd sakini Məhərrəmov Ceyhun Adil oğludur. 

Qəzanın səbəbləri araşdırılır.

21:31

Ağdam rayonunda ölümlə nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Eyvazlı kəndi ərazisində baş verib. "VAZ 21015" markalı 90-XT-485 dövlət nömrə nişanlı avtomobil "Lada Priora" markalı 02-BM-892 dövlət nömrə nişanlı avtomaşınla toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, bir neçə şəxs isə ağır xəsarət alıb. Xəsarət alan şəxslər Ağdam Mərkəzi Rayon Xəstəxanasına və yaxınlıqdakı "N" saylı hərbi hospitala çatdırılıb. Yaralıların vəziyyətinin kritik olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.