"Regional İnkişaf" İctimai Birliyi Gəncə-Qazax regionunda turizm bələdçiləri üçün təlimlər təşkil edib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Regional İnkişaf" İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə Gəncə-Qazax regionunda "Tematik turların təşkilində turizm bələdçilərinin rolu" mövzusunda təlim keçirilib.
Milli.Az bildirir ki, İctimai Birlikdən Trend-ə verilən məlumata görə, Dünya Turizm Bələdçiləri Assosiyasiyalar Federasiyası (WFTGA) və Mədəniyyət və Turizm Nazirliyinin turizm bələdçiləri üzrə proqramları əsasında hazırlanan təlimlərdə Gəncə-Qazax regionunun gənclərindən ibarət qrup iştirak edib.
İştirakçılara turistlərlə ünsiyyətin qurulması, bələdçilik peşəsinə yiyələnmək üçün vacib olan şəxsi keyfiyyətlər, turizm sahəsində beynəlxalq təcrübə və digər mövzular üzrə məlumatlar verilib, praktik məşgələlər təşkil olunub.
Şəmkir rayonunun Muxtariyyə kəndində yerləşən antik dövrə aid Şəmkir qalasına, Göygöldə yaşamış sonuncu alman sakini Viktor Klaynın evinə və bölgənin digər tarixi və turizm məkanlarına, sənaye obyektlərinə tematik turlar təşkil olunub. Gənc bələdçilər bu turlarda təlimlər zamanı əldə olunan bilik və bacarıqlarını nümayiş etdiriblər.
Azərbaycan Turizm və Menecment Universitetinin müəllimləri tərəfindən aparılan təlimin sonunda keçirilən attestasiyaya uyğun olaraq 7 iştirakçıya turizm bələdçisi kimi fəaliyyət göstərmək üçün şəhadətnamə, bütün iştirakçılara isə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, layihə Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nə əsasən regional turizmin inkişafı məqsədilə turizm bələdçilərinin hazırlanmasına, ölkəmizdə turizm xidmətinin inkişafına dəstək olaraq həyata keçirilir.
RİİB turizm bələdçiləri üçün bu cür təlimləri 2016-2017-ci illərdə İsmayıllı rayonunda, eləcə də Quba-Xaçmaz, Şəki-Zaqatala regionlarında da təşkil edib. Layihənin digər bölgələrdə davam etdirilməsi nəzərdə tutulur.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Tənhalıq demensiya riskini artırır
-
Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı - (Video)
-
Əməkdar müəllim faciəvi şəkildə öldü
-
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib - (Foto)
-
Qarabağ Universitetindən tələbələrin davası ilə bağlı açıqlama
-
Elmin Fərəcov nazirlikdə Aparat rəhbəri oldu
XƏBƏR LENTİ
-
Naringi qabıqlarını atmayın: Evdə və mətbəxdə faydalı istifadə üsulları
-
Noyabrın “əsas qəhrəman” bürcləri
-
Tənhalıq demensiya riskini artırır
-
Mədə sancısı və krampa qarşı təsirli bitki çayı
-
iPhone istifadəçiləri bu funksiyanı mütləq aktivləşdirin
-
Almanın üzərinə bir çimdik əlavə edin: faydası birə beş artır
-
Elektromobil idarə edənlərə batareya ilə bağlı qızıl məsləhət - (Video)
-
“Mustafa”nın yeni layihəsi bəlli oldu
-
Günün qoroskopu: Hər kəsin yükünü üzərinizə götürməyin
-
Rusiya ilə dost ola bilərik - Zelenski
-
Melaniya Tramp: Ukrayna ilə bağlı yeni razılaşma üzərində işləyirik
-
Saxta pulu həqiqi puldan necə ayırmaq olar? - (Video)
-
“Nvidia”nın həmtəsisçisi vəzifəsinə qayıtdı, bitkoin bahalaşdı
-
Şəmkirdə parçalanmış meyiti tapılan şəxsin kimliyi məlum olub
-
COP31 çərçivəsində mühüm nəticələr əldə olunub - Yalçın Rəfiyev
-
Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı - (Video)
-
Əməkdar müəllim faciəvi şəkildə öldü
-
"Barselona" Bakıya gəlib - (Video)
-
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib - (Foto)
-
Qarabağ Universitetindən tələbələrin davası ilə bağlı açıqlama
-
Sabah Qazaxda qaz kəsiləcək
-
Elmin Fərəcov nazirlikdə Aparat rəhbəri oldu
-
İnterpol iki azərbaycanlı qadını axtarır
-
Sabiq vəzifəli şəxs vəfat etdi





