Cəmiyyət

Rusiya şirkətləri Azərbaycana qida avadanlıqları və qablaşdırmaları tədarük edəcəklər

26 Mart 2018 22:44
0 Şərh     Baxış: 1 351
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın qida avadanlıqları və qablaşdırmaları istehsalçıları Azərbaycana məhsul tədarükü haqqında ilkin sazişlər imzalayıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, müvafiq razılaşmalar Kölndə "Anuga FoodTec - 2018" sərgisində əldə olunub.

Sərgidə Rusiya ekspozisiyasının operatoru olan "Rosspeçmaş" Assosiasiyası analoji sazişlərin Slovakiya və Pakistan şirkətləri ilə də imzalandığını bildirir. Həmçinin Rusiyanın qida sənayesinin məhsulları ilə Kuba, Vyetnam, Braziliya, Norveç və Avstraliya şirkətləri maraqlanır.

Sərgidə "Amata Scale", "Tauras-Feniks", "Klass-İnjinirinq", "Tayfun innovasiya", eləcə də "İMPRESS ART" və "Prom-Upak" ərzaq qablaşdırması şirkətlərinin qida avadanlıqları təqdim olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.