Təhsil

Bu universitetdə magistratura üzrə yeni ixtisas açıldı

4 İyul 2025 09:38
Baxış: 444
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Universitetinin 2025/2026-cı tədris ili üçün magistratura səviyyəsi və MBA proqramı (Biznesin idarə edilməsi) üzrə qəbul planı təsdiqlənib.

Milli.Az xəbər verir ki, qəbul planına əsasən magistratura səviyyəsində 10 ixtisas və 19 ixtisaslaşma, MBA proqramında isə 4 ixtisaslaşma üzrə qəbul aparılacaq.

Magistratura səviyyəsinə ümumilikdə 213 tələbə qəbulu nəzərdə tutulub. Plan yerlərində 173-ü Azərbaycan, 40-ı isə ingilis bölməsinin payına düşür.

Yeni tədris ilinin qəbul planına yeni ixtisaslaşma da əlavə olunub. Belə ki, cari tədris ilindən Təhsil psixologiyası ixtisaslaşmasına da tələbə qəbulu aparılacaq. 

Qəbul qaydalarında da yenilik tətbiq edilir. Bank işi və Gənclərlə iş ixtisaslaşmalarında təhsil müddəti bu ildən başlayaraq 1.5 ildir. Bu ixtisaslaşmalar üzrə magistrlik dissertasiyasının müdafiəsi nəzərdə tutulmadığından məzun təhsilini doktoranturada davam etdirə bilməyəcək.

MBA proqramının ingilisdilli Marketinq istiqaməti üzrə kadr hazırlığı İtaliyanın Tuscia Universiteti ilə birgə ikili diplom proqramı çərçivəsində aparılır. Azərbaycan Universiteti ilə Tuscia Universiteti arasında 2023-cü ildə imzalanan müqavilə ilə təsis olunan proqram həm yerli, həm də xarici tələbələrə açıqdır. Fənlərin tədrisi ingilis dilində aparılır. Təhsillərini uğurla başa vuran tələbələrə müvafiq ixtisas üzrə magistr dərəcəsi verilir və ali təhsil müəssisələrinin diplomları təqdim olunur.

Magistratura səviyyəsi üzrə qəbul planı ilə aşağıda tanış ola bilərsiniz:

https://au.edu.az/az/admission/magistraturaya-qebul 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.