“Keçən il daha yaxşı idi, indi ərəblər simicləşiblər...” - Bakıda Novruz tədbirləri - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Novruz bayramını qeyd edir. Şəhərin mərkəzi küçələri bayram rənglərinə boyanıb.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, artıq iki gündür xüsusilə İçərişəhər, Fəvvarələr meydanı və Nizami küçəsi turistlərlə qaynayır.
Onların arasında ərəblər və İrandan gələn soydaşlarımız daha çoxdur. Fəvvarələr meydanındakı kafe, restoran və barların qarşısında ərəb dilində reklam lövhələri vurulub, hər yandan ərəb musiqilərinin sədaları eşidilir.
Mərkəzi küçələrdə əl işlərinin sərgi-satış yarmarkası keçirilir. Yarmarkalarda kəlağayı, milli geyimli oyuncaqlar, bəzək əşyaları, rəsm əsərləri satışa çıxarılıb. Nizami küçəsindən metronun "Sahil" stansiyasına qədər hər yerdə Dədə Qorqud, Keçəl və Kosa geyimli şəxslərə rast gəlinir. Onlarla öz telefonu ilə şəkil çəkdirmək 3 manata başa gəlir.
Turistlərin çoxluğundan istifadə edənlər də var. Məsələn, yarmarkanın giriş-çıxışında meymun və itlərlə dayanan şəxslər heyvanla şəkil çəkdirənlərdən 5 manat toplayırlar.
...İranın Ərdəbil şəhərindən gələn Nemət deyir ki, artıq 3 ildir Novruzu Bakıda qarşılayır. Yalnız kafelərdəki qiymətlərdən narazıdır. "Bakıdakı kafelər gözəldir, dadlı yeməklər verilir. Amma qiymət yüksəkdir. İçərişəhərdə kirayə qaldığım evin yaxınlığındakı kafedə səhər yeməyi 35 manata başa gəldi. Bu pulla Ərdəbildə 5 gün səhər yeməyi verirlər",-Nemət söyləyir.
Ərəb turistləri isə daha sərbəstdirlər. Kimi çömbəlib, gəlib-gedənləri seyr edir, kimi də milli musiqilərin sədaları altında oynayır.
"Keçən il bundan yaxşı idi, indi ərəblər çox bicləşib",-Nizami küçəsindəki kafenin ofisiantı deyir. Əlavə edir ki, indi çoxları yalnız dönər sifariş edir və ya çay alıb özləri ilə gətirdiyi şirniyyatı yeyirlər. Bu da bəzən narazılıqla qarşılanır: "Bir də görürsən, on adam gəlib, çay alıb oturur. Özləri ilə gətirdikləri şirniyyatı, yeməyi yeyirlər. Əvəzində yeri 2 saat məşğul edirlər, zibillərini atıb çıxırlar, biz təmizləyirik".
Digər ofisiant da ərəblərdən şikayətçidir. Deyir ki, uşaqlara nəzarət edən yoxdur. Masadakı güldanı sındırırlar, əllərini silib kağızı yerə atırlar. "İngilislər daha səxavətlidirlər, "çaypulu" verirlər. Ərəblər ötən il bundan daha çox pul xərcləyirdilr".
Türkiyədən gələn turistlər isə deyirlər ki, onlar Novruz bayrami keçirmirlər. Bu bayramı yalnız Anadolu bölgəsində, Naxçıvanla sərhəddə qeyd edirlər. Amma nə kosa, nə keçəl, nə də papaqatdı adəti yoxdur. İlk dəfədir Novruz bayramının belə təntənə ilə keçirilməsinə şahiddirlər. "Şəkərbura və qoğalı, bir də plovu çox bəyəndim. Papaqatdı da xoşuma gəldi. Bu bir növ gözəl nemətləri bir-biri ilə paylaşmaq kimi gözəl adətlərdəndir",-aralarındakı nisbətən yaşlı qadın deyir.
Fars əsilli turist isə deyir ki, Bakıda özünü Avropadakı kimi hiss edir. Kafelərdə qulluq yüksək səviyyədədir, insanların geyiminə qadağa qoyulmur.
Bakıya gələn qonaqlar arasında fransız və ingilislər də var. Ərəblərdən fərqli olaraq onları daha çox İçərişəhərdəki muzeylər, əl işlərinin sərgi yarmarkası maraqlandırır...
İki gündür Fəvvarələr meydanında açıq havada bayram konserti keçirilir. Buna görə də şəhərin mərkəzi küçələrində sıxlıqdır, kafe və restoranlara yaxın düşmək mümkün deyil.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Rektor vəzifəsindən azad edilən Elçin Babayev həmin vaxt harada idi? - Detallar
-
Bölgələrin real tələbatına uyğun inkişaf planları: 14 iqtisadi zonada təlimlərə start verildi - (Foto)
-
Kolleclərə yeni təyinatlar olub
-
Ayın 24-də 20 dərəcə isti olacaq - Proqnoz
-
Bazarlarda gizli satılan balıq - Qiyməti və ovlanması ilə bağlı açıqlama
-
Əlilliyi olan şəxslərlə bağlı yeni qərar - Tələb ləğv edildi
XƏBƏR LENTİ
-
“Obitus” filminin möhtəşəm qala gecəsi Park Cinemada baş tutdu (Foto)
-
Rektor vəzifəsindən azad edilən Elçin Babayev həmin vaxt harada idi? - Detallar
-
Sərxan Kərəmoğlu: "Teymur Əmrahı efirə çağırırdım, Xalq artistləri hərəsi bir qapıdan gedirdi”
-
Dünyada qızılca epidemiyası: Yoluxma rekord həddə çatdı
-
Vahid Ələkbərovun ən böyük səhmdarı olduğu şirkətin zavodu vuruldu
-
“İcra nümayəndəsinin bacısı bizi obyektimizdən çıxarmaq istəyir” - (Video)
-
Azərbaycanda iki nəfər çayda batdı - Axtarışlar davam edir
-
"Sabah" - "Barselona" oyununun hakimləri bəlli oldu
-
Bölgələrin real tələbatına uyğun inkişaf planları: 14 iqtisadi zonada təlimlərə start verildi - (Foto)
-
Əli Kərimlinin məhkəməsinə Ramiz Mehdiyev çağırıldı - Ailəsi ilə birgə
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Kolleclərə yeni təyinatlar olub
-
Tovuzda avtomobil körpüdən aşdı - Yaralılar var
-
Ayın 24-də 20 dərəcə isti olacaq - Proqnoz
-
Məşhur gürcü qanuni oğru Moskvada saxlanıldı
-
Bazarlarda gizli satılan balıq - Qiyməti və ovlanması ilə bağlı açıqlama
-
Azad edilmiş ərazilərdə 16 tank əleyhinə mina aşkarlandı
-
Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib - (Video/Foto)
-
Əlilliyi olan şəxslərlə bağlı yeni qərar - Tələb ləğv edildi
-
Azərbaycanda yeni orfoqrafiya lüğəti hazırlanır: Hansı sözlərin yazılışı dəyişəcək?
-
Boşanmaların sayına görə ilk sırada hansı rayon gəlir?
-
Simeone La Liqada tarixi rekorda imza atdı
-
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib - (Yenilənib)





