Cəmiyyət

DTX-nin Mədəniyyət Mərkəzi musiqi və klassik yoqa məktəblərinə qəbul elan edir

27 Fevral 2018 18:56
Baxış: 5 151
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzi musiqi və klassik yoqa məktəblərinə qəbul elan edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, elanda deyilir: "Əgər övladınızın istedadının üzə çıxarılmasını, yaradıcılıq qabiliyyətinin inkişafını, mədəni-mənəvi aləminin zənginləşdirilməsini, ümumən vaxtının səmərəli keçirilməsini istəyirsinizsə, Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzi bu şansı Sizə verir.

Mədəniyyət Mərkəzində fəaliyyət göstərən musiqi məktəbinin - fortepiano, skripka, violençel, tar və qarmon siniflərinə, bundan başqa şahmat, rəsm, floristika, yaradıcı əllər, rəqs dərnəklərinə, həmçinin Azərbaycanda ilk dəfə yaradılan klassik yoqa məktəbinə yazıla bilərsiniz.

Dərslər fərdi və qrup şəklində keçirilir.

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi, 3 (keçmiş Şəhriyar adına Mədəniyyət evi).

Əlaqə telefonları: (012) 405 91 84; (012) 405 91 13

Əlavə məlumatı dtx.gov.az internet səhifəsindən əldə edə bilərsiniz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.