Bəzi qızların burundan sonra ən böyük dərdi… - 3 min xərci var
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son dövlər Azərbaycanda rinoplastikaya (burun əməliyyatı) rəqib ola biləcək yeni bir estetik üsul olan qlyuteoplastika (arxanın şəkilləndirilməsi) yayılmağa başlayıb. Əvvəllər xanımlar artıq çəkilərindən, xoş görünməyən burunlarından azad olmaq istəsələr də, indi dünyada trendə çevirilən yuvarlaq arxalarının olması arzusundadırlar. Yerli estetik cərrahların instaqram səhifələrinə diqqət yetirsəz, özünüz şahid olacaqsız ki, azərbaycanlı qızların əksəriyyəti qlyuteoplastikadan yararlanırlar.
Milli.Az bildirir ki, "qafqazinfo"nun əldə etdiyi məlumata görə, azərbaycanlı qadınların çoxu dünya ulduzları Cenifer Lopez, Kim Kardaşyanın bədənini özlərinə nümunə seçərək bıçaq altına yatırlar. Sözügedən məşhurlar sosial şəbəkələrdə tez-tez bu tip fotolar paylaşaraq bu əməliyyatın reklamı ilə məşğul olurlar.
Yerli ulduzlardan qlyuteoplastikaya müraciət edənlər də az deyil. Lakin onlar bunu açıq şəkildə etiraf etməkdən çəkinirlər. Fotolarına baxanda isə bu üsula əl atdıqları açıq-aydın görünür. Məsələn, xalq artisti Aygün Kazımova da çəki artımından sonra bu plastik üsuldan faydalanıb.
Qlyuteoplastika nədir?
Qlyuteoplastika dedikdə arxanı dikləşdirmək, yumrulaşdırmaq, ətrafındakı artıq yağları almaq, popoüstü çuxur əmələ gətirmək, beli incəltmək nəzərdə tutulur. Bu məqsədlə liposaksiya ilə lazımi yerlərdən piylər alınıb, yağ inyeksiyası texnikası ilə istədiyimiz nahiyələrə vurularaq arxa şəkilləndirilir. Yağın kifayət etmədiyi hallarda isə silikon protezlər qoyulur.
Popo şəkilləndirilməsi əməliyyatı 18 yaşını tamamlamış, özündən narazı olan hər kəsdə icra oluna bilər. Pasientlər daha çox arxanın sallaq olmasından, yayılmasından, üzərində çökəkliklərin olmasından narazı olurlar.
Əməliyyat ortalama 2 saat çəkir. 1 gün klinikada qalıb ertəsi gün evə gedə bilərsiniz. 1 həftə sonra rahatlıqla iş həyatınıza geri dönə bilərsiniz. Əməliyyatın sonunda geyindirilən korsetin gecə və gündüz çıxarılmaması, 1 ay taxılması şərtdir. Vurulan piylərin 50%-i 1 ay içərisində sorulur, qalan 50%-i isə ömürlük qalır. Əməliyyatın nəticəsinin 70%-i bir ayın sonunda, 100% -i isə 6 ayın sonunda özünü göstərir.
Tanınmış plastik cərrah Sirus Qoçqani son illərin ən məşhur əməliyyatının qiymətini açıqlayıb:
"Bu prosedur qlyuteoplastika və yaxud popo lipofilinq adlanır. Bu əməliyyat hekəltaraşlıqdır. Çünki kimsə gəlib arxasını şişirtmək istəyir. Tək şişirtməklə iş bitmir. Biz liposaksiya üsulu (piy sovurma) ilə bədənin müxtəlif nahiyələrindən piy götürərək arxaya vururuq və həmin nahiyə üzərində heykəltaraş kimi çalışırıq.
Tək piyvurma ilə istənilən nəticə əldə etmək olmaz. İndiki dövrdə instaqram kimi sosial şəbəkələrin yaranması bu əməliyyata qarşı marağı daha da artırıb. Ən azı gündə 2-3 nəfər bizə müraciət edir. Tək popo yox, kürək, qarın nahiyələrin formaya düşməsini də buna aid etmək olar. Əməliyyatların xərci isə 1500- 3000 AZN arasında dəyişir ".
Cərrah əməliyyatın əks təsirindən də danışıb:
"Əks təsirləri də ola bilər. Bu, orqanizmdən asılıdır. Fəsadların yaranmasında infeksiya böyük rol oynayır. Bu da düzgün əməliyyat edilməməkdən irəli gəlir. Piy infeksiyaya tez meyillənir. Həmçinin, bəzi xəstələr var ki, onlardan piy gec sovurulur. Eləsi də olur ki, ümumiyyətlə piy sovurmaq mümkün olmur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Azərbaycanda minimum əməkhaqqı bu qədər arta bilər
-
Sabah çimərliyə getmək istəyənlərin nəzərinə
-
Pensiya alanlara şad xəbər
XƏBƏR LENTİ
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko





